Karusel / Slayd (27-10-2021, 15:15)
Gəncə Texnologiyalar Universitetində NARAZILIQ...
Gəncə Texnologiya Universitetinin bir qrup müəllimi Prezident İlham Əliyevə və surəti Təhsil Nazirliyinə ünvanlı müraciəti «Təzadlar» qəzetinə də göndərib. Qeyd edək ki, müraciətdə ciddi ittihamlar olduğundan universitetin iş telefonuna dəfələrlə zəng etsək də, cavab verən olmadı. Odur ki, həmin müraciəti ixtisarla dərc edərək qarşu tərəfin də mövqeyini təqdim etməyə problem görmədiyimizi bildiririk. Beləliklə:
Azərbaycan Prezidenti Cənab İlham Əliyevə!
Çox hörmətli cənab Prezident! Qarabağ qayğılı vaxtınızda üzrxahlıqla bizi çoxdandır narahat edən bir problemi diqqətinizə çatdırmaq istəyirik. Uğurlarından daha çox baş verən neqativ və qalmaqallı hadisələri ilə gündəmdən düşməyən Gəncə Texnologiya Universitetinin rektoru Akif Süleymanov haqqında hər gün yeni məlumatlar yayılır. Müraciətlərə, şikayətlərə baxdıqda Universitetdə idarəetmənin hansı səviyyədə olduğunu təsəvvür eləmək elə də çətin olmur.
Elə bu nöqteyi-nəzərdən də, bu gün yenidən bu mövzuya açıqlama gətiririk. Etiraf edək ki, əslində, problem və nöqsanların gündəmə gətirilməsi ilə bu təhsil ocağında iş bitmir. Çünki bu istiqamətdə həqiqətən də, ciddi addımlar atılmalıdır ki, zamanla da olsa, nəticəni görə bilək. Dövlət qurumları, Təhsil Nazirliyi isə susur.
ATU-da hər il tələbə sayı azalır. Buna da səbəblər var. Bir vaxtlar ölkəmizdə ən qabaqcıl təhsil müəssisələrindən hesab edilməsinə baxmayaraq, hal-hazıdra 3000 tələbə təhsil alır. Akif Süleymanov 2013-cü ilin mart ayında rektor vəzifəsinə təyin edilib. Lakin bu 8 il ərzində təhsil müəssisəsində yaxşılığa doğru heç bir dəyişiklik baş verməyib. Belə ki, problemlər öz aktuallığını qoruyub saxlayır. A.Süleymanov rektor olduğu müddətdə işlədiyi “Kompyuter mühəndisliyi və telekommunikasiya” kafedrasında müəllim kimi bir saat belə dərs deməyib. Amma adı çəkilən kafedranın müdiri R.Hacıyev onun bu özbaşnalığına 8 ildir ki, göz yumur. A.Süleymanov dərs demədən müftə maaş alaraq fəzifəsindən sui istifadə edib. Bu ilin aprel ayında Təhsil Nazirliyinin ATU-ya gələn yoxlama üzvləri də qeyd olunanların doğru olduğunun şahidi olublar. Ayda özünə 10 min manat maaş yazdıran rektor A. Süleymanov maddi pozuntular etməklə də ciddi məşğul olmuşdur. Onun 8 illik fəaliyyəti artıq Təhsil Nazirliyinin yoxlaması tərəfindən araşdırılıb, lakin nəticə yoxdur. Respublikanın digər ali məktəbləri ilə müqayisədə cəmi 3 min tələbəsi olan bir universitet (həm də dövlət universiteti olmaqla) rektorunun digər universitet rektorlarından fərqli olaraq bu qədər fantastik maaş alması görən nə ilə izah oluna bilər.
Məlum olubdur ki, qocaman rektoru Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov dəsdəkləyir. Digər məlumatlara əsasən ATU-nun rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanovla iqtisadiyyat naziri Mikayıll Cabbarov yaxın dostudur.
Cənab Prezident!
Nəzərinizə çatdırırık ki, 29 sentyabr bilik günü münasibəti ilə, bütün ali məktəblərdə və orta məktəblərdə ilk adımları atan tələbələri, gələcəkdə uğur qazanması üçün universitet rəhbərləri və digər ziyalı təbəqənin nümayəndələri ürək sözlərini tələbələrə çıxşlarında bildirirlər. Lakin o çıxşlardan öncə “Azərbaycan Milli Dövlət Himninin Musiqisi” səslənir, hər bir şəxs özlüyündə Azərbaycan Himnini təkrar edərək musiqi sədaları altında fəxrlə başa çatdıraraq, alqışlar altında yekunlaşdırırlar.
Amma uzun müddətdir xəstəlikdən əziyyət çəkən rektorun ayağa durmaq taqəti olmadığından dövlət himninin səslənməsi Azərbaycan Texnologiya Universitetində təxirə salındı. Bundan əlavə, Qarabağ uğrunda dünyasını dəyişmiş şəhidlər belə bir dəqiqəlik sükutla anılmadı. ATU-nun rektoru Akif Süleytmanov uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkirdi. Xatırladaq ki, bu ilin iyul ayının 10-da Təhsil nazirinin müvafiq əmri ilə A.Süleymanovun xəstəliyi ilə əlaqədar Y.Ömərov ATU-ya elmi işlər üzrə prorektot və eyni zamanda 3 aylığına rektor əvəzi təyin edildi. Elə hadisələr də bundan sonra başladı. Təqribən bir həftə sonra ağır xəstə olan A.Süleymanov qəfil “sağaldı” və Təhsil Nazirliyinə ərizə ilə müraciət edərək işə qayıtmasını xahiş etdi. Beləliklə, universitetdə bir-neçə günlüyə ikihakimiyyətlik yarandı. Bu da arzuolunmazdır. Allah rektora şəfa versin, amma ağır xəstəlikdən əziyyət çəkən ATU-nun rektoru Akif Süleymanovun son vəziyyəti daha acınacaqlıdır. Təqdim edilən fotoşəkildən aydın olur ki, xəstəliyi pik həddə çatan universitet rektoru əmək qabiliyyətini itirib, əmək funksiyalarını yerinə yetirə bilmir. ATU-nun rektoru insult xəstəliyindən əziyyət çəkdiyi halda, rektorun xəstəliyini hipertoniya, yəni aşağı təziq xəstəliyi yazdırıblar, buna dair əlimizdə rəsmi sənəd də var.
Cənab Prezident, odur ki, xahiş edirik, Ulu öndər Heydər Əliyevin yaratdığı təhsil ocağını qorumaqda bizə kömək edəsiniz
Dərin hörmətlə: ATU-nun bir qrup müəllimi
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024