Sosial / Slayd (2-08-2015, 17:48)
Texnologiya Universitetində korrupsiya texnologiyası kimləri bitirəcək?
Gəncədən Moderator.az- a Texnologiya Universitetinin rektoru Akif Süleymanovla bağlı məlumat daxil olub. Bildirilir ki, rektor istintaqa ifadəsində maraqlı epizodlara toxunaraq özünü təmizə çıxarmaq istəyib:
"Maliyyə Nazirliyinin yoxlaması Texnologiya Universitetində bir milyon manat mənimsəmə aşkarlayaraq materialı baş prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə verib və Akif Süleymanov barəsində bir neçə maddə üzrə cinayət işi qaldırılıb. Bəlli olub ki, rektor dərsə gəlməyən tələbələrin pul kartlarını, əmrdə adları olmayan yaxın qohumlarının adlarına pul kartları gətizdirərək bir milyon manat dövlət büdcəsinə ziyan vurub.
Texnologiya Universitetində oxuyan tələbələrin illik pulları da "Kapital bank"ın Gəncə filialına saxta arayış verməklə mənimsənilib. Bu faktı istintaqçılar universitetin tələbələrini dindirərək aşkarlayıb. Məlum olub ki, tələbələrin illik pullarını Gəncə Şəhər "Kapital bank"ına keçirməyərək və "Kapital bank"ın saxta arayışını tələbələrə veriblər, beləliklə universitetdə oxuyan tələbələrin illik pullarını mənimsəyiblər.
Akif Süleymanov Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə verdiyi ifadədə bildirib ki, bir milyon manatın bir qismini Gəncə Şəhərinin abadlaşmasına xərcləyib. Gəncə Şəhər İcra Hakimiyyətinin başcısı Elmar Vəliyev tərəfindən məcbur edilib Universitetin qarşısındakı yeraltı keçidi təmir etdirib, Gəncə Şəhərinin abadlaşmasında ağaclar, güllər, binaların qarşısına vurulan aqlay, tamet, qum, sement, üstəlik fəhlələrin pullarını, təxminən bir milyon manatdan artıq pul ödənilib. Bir milyon manatın 500 min manatını Universitetin baş mühasibatçısı dövlət büdcəsinə ödədiyindən, yerdə qalan hissəsini İcra Başcısı Elmar Vəliyevlə mənim üzərimə düşür.
Akif Sülyemanov verdiyi ifadədə bildirib ki, bir milyon manatın 500 min manatı dövlət büdcəsinə baş mühasibatçı tərəfindən qaytarıldığından, yerdə qalan hissəsi, yəni 400 min manatı Gəncə Şəhər İcra Hakimiyyəti Elmar Vəliyevin və mənim üzərimə düşdüyündən, 100 min manatı da Texnologiya Universitetinin hüquqşünası Şakir Əliyevin üzərindədir.
Akif Süleymanov verdiyi izahatda bildirib ki, Texnologiya Universitetinin hüquqşünası Şakir Əliyevin onun büdcədən külli miqdarda pul çəkdiyindən xəbəri olduğundan və saxtalaşdırdığı sənədlərə hüquqşünas kimi qol çəkdiyindən hər sənədin "şapka"sını istəyib, o da məcbur olub hissə - hissə hesablayaraq hüquqşünas Şakir Əliyevə 100 min manat pul verib.
Maraqlıdır ki, Texnologiya Universitetinin adı korrupsiyada hallandlğından bu il ali məktəbə qəbul olan abituriyentlər Texnologiya Universitetini ixtisas seçimində seçməyiblər. Təhsil naziri Mikayıl Cabbarov bu universitetin də bağlanması mesajını verib...
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024