Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (27-09-2021, 12:32)
"Onların Tağı Əhmədovdan 3 dəfə pul götürdüklərini bilirəm" - MƏHKƏMƏ

"Onların Tağı Əhmədovdan 3 dəfə pul götürdüklərini bilirəm"
Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun adı keçən 2 milyonluq dələduzluq işi üzrə məhkəmə araşdırması davam edir. İş üzrə zərərçəkmiş şəxs kimi tanınan AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyev məhkəmədə ifadə verib. Bildirək ki, Soltan Əliyev və Tağı Əhmədov yaxın dostdur.

Bu iş üzrə təqsirləndirilən Səadət Xəlilov, Sahil Abuşov və Qulu Muxtarovdur. Onların cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutur.

Sonuncu məhkəmə prosesində zərərçəkmiş Soltan Əliyev ifadə verib.

Soltan Əliyev deyib ki, təqsirləndirilən Səadət Xəlilov bu hadisə baş vermədən illər əvvəl ona işbirliyi təklif edib. Birlikdə iş görüblər, amma Səadət Xəlilov ona borclu qalıb:

“5-6 il sonra borcunu qaytardı. Dedi ki, başqa borclarım da vardı, bağlamışam. Mən düzü onun pulu qaytaracağını gözləmirdim. Fikirləşdim ki, adama bax, 5-6 il sonra da olsa, borcu qaytarır. Ona bir az da buna görə etimadım yarandı.

2016-cı ildə Səadətlə küçədə görüşdük. Dedi ki, Bakının bir nömrəli mərmərçisiyəm. İrandan, Qazaxıstandan gətirib sərfəli qiymətə satırlar. Mənə dedi ki, yaxşı, imkanlı dostların var, onlardan pul al, şərik olaq, sən də payını götür”.

Soltan Əliyev bildirib ki, birinci dəfə Səadət Xəlilova 200 min manat borc verib. Bunun müqabilində ayda 4000 qazanc alıb.

“Sonra məni Sahiblə də tanış elədi. Dedilər ki, sifarişlər çoxdur. Düzü, ikinci dəfə yuxarı məbləğ dedilər, mən tərəddüd elədim. Ardınca 1 dənə daş gətirdilər, dedilər ki, qiyməti 2 milyona yaxındır. Xaricə çıxarmaq olsa, auksionda 9-10 milyona satılar. Onda 1 milyon istəyirdilər, mən də verdim. Üçüncü dəfə 800 min verdim, toplam 2 milyon oldu”- deyə zərərçəkmiş qeyd edib.

2-3 ay sonra pullarını ala bilmədiyini deyən Soltan Əliyev bildirib ki, onların başqa şəxslərə də borcu olduğunu öyrənib.

“Onları məhkəməyə də vermişdilər. Hətta öyrəndim ki, verdikləri də təmiz daş deyil”- deyə S.Əliyev əlavə edib.

S.Əliyev istintaq zamanı üzləşdirmədə deyib ki, pulu Tağı Əhmədovdan alaraq adı çəkilən şəxslərə faizə verib. Amma sonradan ifadəsini dəyişərək söyləyib ki, Tağı Əhmədovdan pulu borca alıb, Səadət adlı şəxsə iş qurmaq adı ilə verib.

S.Əliyev prokurorun suallarını cavablandıran zaman daha çox “xatırlamıram”, “yadımda deyil”, “dəqiq bilmirəm” deyib. Bu isə qarşı tərəfin narazılığına səbəb olub.

Növbəti prosesdə S.Əliyev yenə də prokurorun suallarını cavablandıracaq.

Məhkəmə prosesi oktyabrın 1-də davam etdiriləcək.

Bildirək ki, təqsirləndirilən şəxslərdən Sahil Abuşov məhkəmədəki ifadəsində bildirib ki, onlara sələm verən şəxs Tağı Əhmədov olub. O, pulları Yasamalda YAP-ın binasının yanında götürürdüklərini deyib.

Digər təqsirləndirilən Qulu Muxtarov dindirilən zaman bildirib ki, Səadət və Soltan Tağı Əhmədova verilməli olan faizləri gecikdirirdi, buna görə də aralarında problemlər yaranmışdı:

“Onların Tağı Əhmədovdan 3 dəfə pul götürdüklərini bilirəm, 200 min manat bir, 850 min manat bir, 750 min manat da bir. Bu söhbətlər əsnasında bir dəfə Səadətə zəng vurub harada olduğunu soruşdum. Dedi, “harada olacam, cəhənnəmdə, Tağı müəllim məni döyüb biabır elədi”.

İstintaq zamanı təqsirləndirilən şəxslərin anten məlumatlarından məlum edilib ki, onlar dəfələrlə YAP-ın Yasamal rayon təşkilatında olublar. Həmin zaman da təşkilatın sədri Tağı Əhmədov olub.

Həmçinin o da məlum olub ki, Tağı Əhmədovla hazırda həbsdə olan Səadət Xəlilov arasında pul mübahisəsinə görə dəfələrlə telefon danışıqları olub.

Xatırladaq ki, Tağı Əhmədov vaxtı ilə “MTN işi”ndə də zərərçəkmiş idi. Tağı Əhmədov maaşından “yığıdığı” 3 milyonu MTN generalı Akif Çovdarova verdiyini deyirdi.

Musavat.com
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024