Karusel / Slayd (18-04-2021, 22:39)
Tibb müəssəsində neqativ hallara “yaşıl işığı” kim yandırıb?
Sadiq oxucularımız xatırlayarlar, fevral ayında Mediatv.az saytı “Hematologiya Mərkəzi qalib əsgərlərə cəmi 5 manat güzəşt edir?” sual başlıqlı məqalə dərc etmişdi.
Məqalədə Azərbaycan Ordusunun şanlı qələbəsi ilə nəticələnən Vətən Müharibəsi şəhidlərinin ailələrinin, qazilərin, veteranların sosial vəziyyətlərinin yaxşılaşdırılmasına yönəlik tədbirlərin, bu qəbildən olan insanların problemlərinin həllinin möhtərəm Prezidentimizin diqqət mərkəzində saxladığı mühüm məsələlərdən biri və birincisi olduğu xatırlanmış, eyni zamanda bu siyasətə kölgə salan təəssüf doğurucu bir hadisədən söz açılmışdı.
Mediatv.az-a daxil olmuş məlumatda bildirilirdi ki, xəstə anasını müşayiət edən döyüşçümüzün Milli Hematologiya və Transfiziologiya Mərkəzində qarşılaşdığı hal onun şüurundakı səhiyyəmizin müqəddəsliyi haqda bütün müsbət stereotipləri alt-üst edib: “Təsəvvür edin, analizin qiymətində ona yalnız 10 faiz (?) güzəşt düşdüyünü deyiblər və 58 manat əvəzinə 53 manat alıblar. Üstəgəl, bu gülünc güzəşt faizinin məhz TƏBİB tərəfindən müəyyənləşdirildiyini bildiriblər”.
Redaksiya olaraq bu məsələni çox təəccüblü, həm də məyusedici hal kimi dəyərləndirmişdik: “Vətən uğrunda sinəsini sipər etmiş igid oğullarımıza, özü də məhz müharibənin yaşatdığı təşviş və həyəcanın fəsadından əziyyət çəkən əsgər analarına cəmi-cümlətani 10 faiz güzəşt edilir? Harda yazılıb, hansı qərarla qüvvəyə minib belə münasibət?”
Maraqlıdır ki, TƏBİB-dən bu məsələyə aydınlıq gətirilməsi üçün göndərdiyimiz sorğu məktubuna hələ də cavab ala bilməmişik. Öz səylərimizlə öyrənmişik ki, “Milli Hematologiya və Transfiziologiya Mərkəzi” publik hüquqi şəxs uzunmüddətli pullu xidmətə keçib.Tibb müəssiəsinin pullu xidmətə keçməsi görəsən hansı qanunla tənzimlənir? Mərkəzdən açıq-aydın bildirilir ki, şəhid ailələrinə qiymətdə 50 faiz, qazilərə isə 10 faiz güzəşt olunur. Əgər İcbari Sığorta üzrə Dövlət Agentliyi belə bir əmr veribsə, onun da qanuni əsasa söykənməsi üçün Nazirlər Kabinetinin qərarı olmalıdır. Belə qərar normativ hüquqi akt olduğundan qanun qüvvəli hesab olunardı. Amma yoxdur. Əgər məsələnin məğzi müəssisənin təşkilati-hüquqi formasından (publik hüquqi şəxs) asılıdırsa, o halda nəyə görə publik hüquqi şəxslər olan Kliniki Tibbi Mərkəız, 3 və 5 saylı Bakı şəhər xəstəxanaları pullu xidmətə keçməyiblər?Məlumata görə burada analizlərin qiyməti həddən artıq bahadır.Analizlərin qiymətini görəsən Taarif Şurası təsdiqləyibmi?
Gerçəkdən də sözügedən Mərkəz kimi elə ixtisaslaşmış tibb müəssisələri vardır ki, (Travmatologiya İnstitutu, Ağciyər xəstəlikləri institutu) öz profilləri üzrə respublika üzrə yeganədirlər. Belə çıxır ki, həyatı onlardan asılı olan, tibbi sığortası olmayan vətəndaş bu müəssisələrdə müalicə ala bilməzlər və göz-görəti ölməyə məhkumdurlar. Bəs hanı “dövlət üçün vətəndaşlarının sağlamlığından daha vacib heç nə yoxdur!” tezisi? Məsələyə münasibətini soruşduğumuz ekspertlər də hesab edirlər ki, bu qəbildən olan ixtisaslaşdırılmış tibb müəssisələrində xidmət pullu olmamalıdır.
İndi isə keçək Milli Hematologiya və Transfiziologiya Mərkəzində göstərilən pullu xidmətdə şəffaflığın necə təmin olunması məsələsinə. Döyüşçüyə onun analizə görə ödədiyi tibbi xidmət haqqının təsdiqi olaraq verilmiş “mədaxil qəbzi” ilə bərabər kassa aparatından çıxan çek də təqdim olunmalı idi. Bu, dövlət vergi nəzarəti üçün vacib prosedurdur. Əks təqdirdə Mərkəzin mühasibatlığının nağd pul gəlirlərini uçotdan və vergidən yayındırması, mənimsəmələr üçün şərait yaranır. Bizim misalda isə vətəndaş odədiyi məbləğə görə kassa aparatından çıxmış çek tələb etsə də, ona kassa çeki təqdim etməyiblər və bildiriblər ki, burada heç bir şəxsə kassa aparatından çıxmış çek təqdim olunmur.
Məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə etdiyimiz müraciətə Xidmətin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi mücərrəd bir cavab yazmışdır. Cavb məktubunda bildirilir ki, qeyd edilən məsələlər vergi ödəyicisinin fəaliyyəti üzrə aparılacaq vergi nəzarəti tədbirləri zamanı nəzərə alınacaq və nəticəsindən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir. Həmin tədbirlərin nə vaxt keçiriləcəyi isə bildirilməyib. Yəni ki, vaxt qeyri-müəyyəndir. Deməli, operativliyin əhəmiyyətini unudan vergi orqanı həmin o hələlik qeyri-müəyyən olan vaxtı “müəyyən” statusuna keçirənədək Mərkəzdə vergi qanunvericiliyinin tələblərinin pozulması halları qarşısında “yaşıl işıq” yanır, dövlətin büdcəsinə və vətəndaşların mənafeyinə ziyan vurulması prosesi davam edə bilər.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024