Karusel (14-09-2014, 13:51)
Biləsuvarda yeni məktəb binasının açılışı olub - Foto
Biləsuvar rayonunda Aşağı Cürəli kənd tam orta məktəbi üçün inşa olunmuş yeni binanın açılışı olub
13 sentyabr 2014-cü il tarixdə rayonun Aşağı Cürəli kəndində yeni inşa olunmuş 450 şagird yerlik kənd tam orta məktəbinin açılış mərasimi keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının məsul işçisi Vəfadar Bağırov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, məktəbin müəllim və şagird kollektivi, kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov əvvəlki məktəb binası barədə məlumat verərək bildirdi ki, 23 sinif komplektindən ibarət olan, 450 şagirdin təhsil aldığı bu tədris ocağı 1965-ci ildə tikilmiş və 190 şagirdin təhsil alması üçün nəzərdə tutulmuşdur.Məktəbdə bu gunə kimi heç bir təmir işi aparılmadan istismar olunmuşdur.Məktəbdə şagirdlərin sayının artımı və heç bir şəraitin olmaması normal dərs prosesinin aparılmasını mümkünsüz etmişdir.Məhz Ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə olan diqqəti və qayğısının nəticəsidir ki, bu gün Aşağı Cürəli kəndində ən müasit tələblərə cavab verən yeni bina tikilərək müəllim və şagirdlərin istifadəsinə verilir.
Sonra məktəb kollektivi və kənd sakinləri çıxış edərək kənddə tədris üçün gözəl şərait yaratdıqlarına görə Ölkə Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev tədbirdə çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və birbaşa köməkliyi sayəsində qəbul edilmiş Dövlət Proqramının icrası rayonumuzda da uğurla həyata keçirilir.Bu gun rayonumuzda qlobal və əsaslı işlər aparılır.Bütün bunlar məhz cənab Prezidentimizin bizə olan köməyinin nəticəsində baş verir.Bu gün açılışına yığışdığımız bu tədris ocağında həm müəllimlər, həm də şagirdlər üçün gözəl şərait yaradılmışdır. Biz ölkə rəhbərinin dediyi kimi yaxın illər ərzində çalışacağıq ki, bir dənə də olsun yararsız məktəbimiz qalmasın.Müəllimlər gözəl binalarda işləsinlər, şagirdlər gözəl məktəblərdə dərs keçsinlər. Sizlərdən isə yalnız bir şey tələb olunur şagirlərə gözəl təhsil vermək və yeni tikilən bu tədris ocağını təmiz saxlamaq, onu qorumaq.
Sonra Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının məsul işçisi Vəfadar Bağırov çıxış edərək Respublikamızda aparılan hərtərəfli sosial-iqtisadi inkişafdan, abadlıq-quruculuq işlərindən ətraflı məlumat verdi, məktəbin pedaqoji kollektivini və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi.
Sonda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev kənd ağsaqqallarının xeyir-duası ilə məktəbin açılışını bildirən qırmızı lenti kəsdi və məktəbə baxış keçirdi.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024