Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (22-08-2014, 21:40)
“Azəryolservis” vətəndaşın evini başına uçurur

“Azəryolservis” vətəndaşın evini başına uçurur

 

Onun yerində "dövlət əhəmiyyətli otel" tikilir

“Azəryolservis” ASC-nin rəhbəri Cavid Qurbanovun göstərişi ilə Tərgül Əliyeva və Miraslan Əkbərova məxsus şəxsi ev sökülüb. 

Mediatv.az xəbər verir ki, bu barədə məlumatı “Azadlıq” qəzetinə tanınmış vəkil Aslan Ismayılov verib. Vəkilin sözlərinə görə, hadisə dünən günorta saatlarında baş verib. Aslan Ismayılov özü də hadisə yerində olub: “Söküntüyə Binəqədi polisləri nəzarət edirdi. Polislər mənə, o cümlədən ərazidə olan media mənsublarına qarşı kobudluq edib. Bizi buradan uzaqlaşdırıblar”, - deyə Aslan Ismayılov qeyd edib.

Vəkil bildirib ki, Tərgül Əliyevanın həyat yoldaşı Miraslan Əkbərov Rusiyada fəhləlik etməklə ailəsini dolandırır. Aslan Ismayılov deyib ki, evləri sökülməmişdən əvvəl “Azəryolservis”in işçiləri Miraslan Əkbərovu təhqir edib: “Həmin Miraslan Əkbərov mənim yanıma gəlmişdi. Dedi ki, hələ evini sökməmişdən əvvəl ”Azəryolservis"in işçiləri onunla kompensasiya barədə söhbət ediblər. Söhbət əsnasında onu təhqir ediblər. Bu baxımdan mən Miraslan Əkbərovun hüquqlarının müdafiəsini üzərimə götürdüm. Yəni onu təhqir etdiklərinə görə.

Bu məsələ ilə bağlı Cavid Qurbanovla əlaqə saxladım. Görüşdük. Ona dedim ki, sizin işçiləriniz niyə vətəndaşı təhqir edir? O isə bildirdi ki, belə şey ola bilməz. Daha sonra bildirdi ki, Miraslan Əkbərov bir daxmaya görə külli miqdarda kompensasiya tələb edir.

Qeyd edim ki, Miraslan Əkbərovun evi “Çermet” deyilən ərazidə yerləşir. Həyətyanı sahəsi 7 sotdur. Evi isə 150 kvadratmetrdir. Burada torpağın sotu 70 min manatdır. Miraslan Əkbərov evinin hər kvadratına 1500 manat kompensasiya tələb edir. Torpaq sahəsinin əvəzinə isə həmin ərazidən 1 kilometr aralıda yer istəyir. “Azəryolsersiv” isə bununla razılaşmır.

Cavid Qurbanov əsaslandırır ki, dövlət əhəmiyyətli layihədir. Amma araşdıranda məlum olub ki, orada Cavid Qurbanov otel tikmək fikrindədir".

Aslan Ismayılov deyir ki, dünən evi sökəndən sonra Miraslan Əkbərovun ailəsinə zəng vurub deyiblər ki, hesabınıza 147 min manat köçürülüb: “Orada 3 ailə yaşayır. 7 sot da torpaqdır. Bayaq dediyim ki, orada torpağın sotu 70 min manatdan başlayır. Torpağın da, evin də sənədi var. Indi Cavid Qurbanov məhkəmə ilə həmin sənədləri ləğv etdirmək istəyir”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024