Gündəm / Slayd (2-06-2014, 11:15)
“Azəryoçservis” ASC Nəriman Məmmədovun və oğlanlarının nəzarətinə keçib?
Cavid Qurbanovun “Azəryoçservis” ASC-də əsas səlahiyyətlərini itirdiyi bildirilr
“Azəryolservis” ASC sədri Cavid Qurbanov əlində olan sərmayənin bir hissəsini Azərbaycandan kənara çıxarmağa başlayıb; bir neçə ay əvvəl deputatın İstandulda oğlu Şəmşir Şəmşirliyə 5 milyona restoran aldığı bildirilir…
Bu barədə Mediatv.az-a daxil olan məlumatda bildirilir ki, ASC sədri Nəqliyyat naziri Ziya Məmmədovla aralarında baş verən “soyuq müharibə”də hər ehtimala qarşı tədbiri əldən verməyərək Azərbaycanda əldə etdiyi nəqd sərvətin bir hissəsini Türkiyəyə çıxardıb.
Mediatv.az-a daxil olan məlumatda bildirilir ki, Cavid Qurbanov İstanbulun ən bahalı yerlərindən biri hesab olunan Beşiktaşın göbəyində böyük bir restoran, həmçinin turizm şirkəti açıb. Qeyd edək ki, Cavid Qurbanovun böyük oğlu Şəmşir Şəmşirli Azərbaycanının İstanbuldakı Konsulluğunda çalışır. Məlumata əsasən Cavid Qurbanov Beşikdaşda aldığı restoran və turizm şirkətini oğlunun nəzarətinə verib. Hazırda Cavid Qurbanovun və oğlunun Türkiyədə yeni obyektlər almaq üçün arayış içində olduqları qeyd olunur.
ASC sədrinini yaxından tanıyan mənbənin bildirdiyinə görə son zamanlar ölkə mətbuatında hətta iqtidara yaxın mətbu orqanlarda yol sektoruna dövlət tərəfindən milyardlarla manat vəsaitin sərf olunmasına baxmayaraq, Azərbaycanda yolların bərbad gündə olması, “Azəryolservis” ASC-nin gördüyü işlərin keyfiyyətsizliyi, həmçinin nəqliyyat Naziri Ziya Məmmədovunda bu məsələyə görə açıq aşkar Cavid Qurbanovu hədəf alması ASC sədrini işini ehtiyyatlı tutmağa sövq edib. Belə ki, bildirilir ki, son zamanlar başverənləri saf-çürük edib nəzərdən keçirən ASC sədri qəflətən nəyinsə qurbanı olmaq şansını da nəzərə alaraq biznesini və topladığı sərvətini sığortalamaq üçün ölkədən çıxartmaq qərarına gəlib.
Xatırladaq ki, bir müddət əvvəl Nəqliyyat naziri Ziya Məmmədova yaxınlığı ilə seçilən mətbu orqanlarında Cavid Qurbanovun oğluna məxsus Bakı şəhərində dəbdəbəli restoranını satdığını, həmçinin banklardakı pullarını çıxardaraq xaricə göndərməsi ilə bağlı məlumatlar dərc olunmuşdu.
Məlumatlı şəxs bildirir ki, Savid Qu4rbanov İstanbulun Beşiktaşrayonunda əldığı restoran 5 milyon dollara yaxın xərc çəkib. Həmçinin yeni yaratdığı və qeydiyyatdan keçirdiyi turizm şirkətinədə 2 milyon dollardan çox yatırım qoyub.
Bundan başqa mənbə ASC sədrinin gələcək planları ilə bağlı da bəzi ilginc məsələrə aydınlıq gətirib. Mənbənin bildirdiynə görə ki, Cavid Qurbanovun əsas hədəflərindən biri Bakı şəhər icra başçısı Hacıbala Abutalıbovun yerinə keçməkdir. Çünki Nəqliyyat naziri Ziya Məmmədov “Azəryolservis” ASC-ni n idarə edilməsində artıq Cavid Qurbanovu xeyli zəiflədib. Yəni hazırda “Azəryoçservis” ASC Cavid Qurbanovun 1 müşaviri və 2 əsas sektor müdiri Ziya Məmmədovun adamlarıdır.
Daxil olan məlumatda bildirilir ki, artıq 6 aya yaxındır ki, Ziya Məmmədov “Azəryoçservis” ASC-ni Qardaşı Nəriman Məmmədovun və onun hüquq mühafizə orqanlarında çalışan iki oğlunun nəzarətinə verib. Nəriman Məmmədov və oğlanları “Azəryoçservis” ASC-nin bütün gəlirlərinə nəzarəti öz əllərinə alıblar. Mənbə bu barədə detallı məlumatı bizə təqdim edə biləcəyini bildirdi. Qeyd edək ki, bir neçə ay əvvəl nəqliyyat naziri Ziya Məmmədov qardaşı Nəriman Məmmədovu “Azəryoçservis” ASC-nin sədr müavini təyin edib. Bundan sonra Savid Qurbanovun “Azəryoçservis” ASC-də bütün səlahiyyətlərini itirdiyi bildirilir. Məlumatda həmçinin ölkə prezidentinin son zamanlar açılışını etdiyi yollarda Cavid Qurbanovun iştirak etməməsinə də diqqət çəkilir.
Bildirilir ki, məhz bu amilləri nəzərə alan Cavid Qurbanov öz gələcəyini Bakı Şəhər İcra hakimiyyətinin başçısı vəzifəsində görür. Mənbə qeyd edir ki, artıq bəzi mətbu orqanlarda Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun “vurulması” prosesina başşlanılıb. Bu prosesin arxasında isə Cavid Qurbanovun olduğu qeyd olunur.
Yazıda adı keçəq şəxslərin mövqeyini dərc etməyə hazırıq…
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024