Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 09:21)
İcra başçılarının FÖVQƏLADƏ hazırlığı - AKTUAL

 İcra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Quba Rayon İcra Hakimiyyətində də ixtisarlar aparılıb.

Oxu.az xəbər verir ki, aparılan struktur dəyişikliyi ilə əlaqədar icra hakimiyyətinin 36 əməkdaşı vəzifəsindən azad edilib.
Dəyişikliklə əlaqədar Quba Rayon İcra Hakimiyyətində 36 vəzifə ləğv edilib və nəticədə həmin şəxslər işini itiriblər. İcra başçısı İlqar Mahmudovun sərəncamı ilə həmin əməkdaşların dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar. Məlumata görə, vəzifəsini itirənlərdən 31 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyinin baş məsləhətçi - baş mühasibidir. Digər şəxslər isə Quba Rayon İcra Hakimiyyətində müəyyən vəzifələrdə çalışanlardır. Qeyd edək ki, bundan əvvəl icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı, Tovuz Rayon İcra Hakimiyyətinin isə 43 əməkdaşı, Cəlilabad Rayon İcra Hakimiyyətinin isə 38 əməkdaşı vəzifələrindən azad edilib.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Musavat.com-a bildirib ki, hazırda icra hakimiyyətləri sistemində yeni və genişmiqyaslı islahatların aparılması gözlənilir:” Artıq məlum olduğu kimi, bəzi ərazilərdə prezidentin xüsusi nümayəndəliyi institutu yaradılıb və bu model müəyyən mənada sınaqdan keçirilib. Əslində, həmin institutlar prezidentin xüsusi nümayəndəsi modelinin tətbiqinə hazırlıq kimi də qiymətləndirilə bilər. Görünür ki, keçid dövründə mərhələli şəkildə ilkin olaraq icra hakimiyyətlərinin strukturlarında dəyişikliklər həyata keçirilir və növbəti mərhələyə hazırlıq görülür. Ehtimal olunur ki, növbəti addım kimi referendum keçirilə və idarəetmə sistemində müəyyən konstitusion dəyişikliklər edilə bilər. Bu da institusional islahatların həyata keçirilməsi üçün əsas şərtlərdən biri sayılır. Mənim fikrimcə, gələcəkdə yerli icra hakimiyyətlərinin strukturu dəyişdirilə və bu qurumlar öz yerini prezidentin xüsusi nümayəndə institutuna verə bilər. Belə halda bir neçə rayonun, məsələn, üç və ya dörd rayonun birləşdirilərək vahid mərkəzdən idarə olunması mümkündür. Hətta inzibati rayonların iqtisadi rayonlar əsasında yenidən formalaşdırılması variantı da istisna edilmir”.
Ekspertin fikrincə, Azərbaycan hökuməti hazırda yerli icra hakimiyyətlərinin strukturunda ciddi dəyişikliklər etməyi planlaşdırır:” Lakin hesab edirəm ki, bu islahatların səmərəsi yalnız o halda yüksək olar ki, yerlərdə bələdiyyələrin ,yəni yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri genişləndirilsin. Bu modeldə prezident tərəfindən müəyyən nəzarət mexanizmi yaradıla bilər və prezident qərarlarının icrasına nəzarət edən xüsusi institut fəaliyyət göstərə bilər. Bu isə idarəetmənin daha effektiv təşkilinə kömək edər. Hazırkı sistemdə prezident başqa bir bölgədə yaşayan və həmin ərazi ilə birbaşa əlaqəsi olmayan şəxsi səlahiyyətli nümayəndə kimi təyin edir. Əgər həmin nümayəndə də indiki icra başçıları kimi öz komandasını gətirib bölgəni idarə etməyə başlayarsa, bu, ilkin mərhələdə müəyyən çətinliklər yarada və idarəetmənin səmərəliliyini azalda bilər. Məsələn, başqa bir bölgədən gələn şəxs Zaqatalanı idarə etməyə başladıqda, yerli şəraitə uyğunlaşma müəyyən vaxt tələb edə bilər. Buna görə də daha məqsədəuyğun variant kimi, Zaqatala daxil olmaqla digər rayon və kəndlərdə əhalinin öz bələdiyyə rəhbərlərini seçməsi göstərilə bilər. Rayon mərkəzlərində və böyük şəhərlərdə də bələdiyyə rəhbərləri birbaşa əhali tərəfindən seçilməlidir və onların qarşısında məsuliyyət daşımalıdır. Belə olduğu halda, mərkəzi icra hakimiyyəti üzərindəki təzyiqlər və narazılıqlar da müəyyən dərəcədə azalacaq. Çünki vətəndaşlar artıq problemlərlə bağlı birbaşa mərkəzi hakimiyyətə deyil, özlərinin seçdiyi yerli rəhbərliyə müraciət edəcəklər”.
A.Nəsirli deyir ki, bu modeldə bələdiyyələrdən əsas tələb o olacaq ki, prezidentin fərman və sərəncamlarının, həmçinin Azərbaycan Respublikasının qanunlarının pozulmamasına nəzarət etsinlər və belə halların qarşısını alsınlar: "Eyni zamanda, qanunlara zidd qərarların qarşısını almaq üçün müəyyən nəzarət mexanizmləri də tətbiq oluna bilər. Hesab edirəm ki, Azərbaycan hökuməti islahatları bu istiqamətdə aparsa, daha səmərəli nəticə əldə etmək mümkün olar. Əks halda, sadəcə olaraq icra hakimiyyətlərinin daha böyük formatı yaradılacaq və idarəetmə sistemində köklü dəyişiklik baş verməyəcək”.
 шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
6 03 2026
6 03 2026
6 03 2026
6 03 2026
6 03 2026
6 03 2026
6 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026