Siyasət (22-08-2014, 18:10)
Aslan İsmayılov məmurdan üzr istədi
Vəkil Aslan İsmayılov "Bakıelektrikşəbəkə" ASC-nin sədri Baba Rzayevdən üzr istəyib.
Bu barədə A.İsmayılov özünün facebook səhifəsindəki statusunda yazıb: “Dünən Cavid Qurbanovun göstərişi ilə heç bir qanuni əsas olmadan (Cavid Qurbanovun nəfsini nəzərə almasaq) evi uçurulan, qazı, suyu, işığı kəsilən Tərgül Əliyevanın işi ilə bağlı bütün günü hakimiyyət orqanları ilə təmasda oldum. Baş Prokuror Zakir Qaralovun qəbul otağından, “qaynar xətt2indən tutmuş, rayon prokuroruna qədər hamı ilə danışdım, baş verən misilsiz özbaşnalığı, Cavid Qurbanovun tapşırığı ilə Binəqədi polisinin var gücü ilə bir xanıma və 3 azyaşlı uşaqlarına qarşı törətdiyi cinayətləri izah etməyə çalışdım.
Gördüyüm o oldu ki, hamısı Cavid Qurbanovdan qorxur. Hüquq mühafizə orqanlarından əlim üzüldükdən sonra qazını, suyunu kəsən icra orqanları ilə əlaqə saxladım. Eyni vəziyyətlə üzləşdim. Sonda “Bakıelektrikşəbəkə” ASC-nin sədri Baba Rzayevlə əlaqə saxladım. Gün ərzində gördüyüm dərəbəylikdən, əsəblərim tarıma çəkildiyindən, yüksək tonda "hansı əsasla qanunsuz olaraq insanların işığını kəsirsiz" deyə soruşdum. Gün ərzində məni çox səmimi dinləyib sonda "bizlik deyil" deyənlərdən fərqli olaraq Baba Rzayev sözümü kəsərək "mənimlə bu tonda danışmayın" deyib evin ünvanını və sahibinin ad-familiyasını soruşdu. "Qanunsuz bir iş varsa, 10 dəqiqəyə aradan qaldırılar və günahkarlar cəzalanar" deyib telefonu qapatdı.
Əlim hər yerdən üzüldüyündən, “bu qaranlıqda bir qadın və 3 azyaşlı uşaq gecəni necə keçirəçəklər” fikri ilə evə gedirdim ki, yolda ev sahibi zəng edib bildirdi ki, işığımızı bərpa etdilər. Zəngimdən təxminən 10-20 dəqiqə keçmişdi. Gün ərzində baş verən stresslərə baxmayaraq kimsəsiz ailənin heç olmasa işığını bərpa etdirdim deyə, gecəni rahat yatdım.
Yenidən telefon əlaqəsi yarada bilmədiyimdən bu yazıda yüksək tonda danışdığıma görə Baba müəllimdən üzr istəyirəm və vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə təşəkkür edirəm. Digər şəxslərə isə bildirirəm ki, mənimlə çox mülayim danışmağınıza baxmayaraq, imkanım olan kimi sizin şəxsən törətdiyiniz qanunsuzluqlara görə qanun qarşısında cavab verməyinizə çalışacam.
P.S. Prezidentə xidmət yaltaqlana-yaltaqlana yaşamaqdan, insanların haqqını yeməkdən yox, vəzifə borcunu ləyaqətlə yerinə yetirməkdən ibarətdir”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024