Karusel (Dünən, 22:50)
7 saylı Xüsusi Təyinatlı Yol İdarəsi ilə bağlı iddialar – işçilərdən şikayət
7 saylı Xüsusi Təyinatlı Yol İdarəsinin (XTYİ) xadimə və fəhlələri adından Vətəninfo.az-ın redaksiyasına daxil olan müraciətdə bir sıra ciddi iddialar səsləndirilib.Müraciətdə bildirilir ki, idarənin direktoru kimi təqdim olunan Məhəmməd Musayev (iddialara görə, Saleh Məmmədovun bacısının qudasıdır) artıq iki il yarımdır işçilərin aylıq əməkhaqqından 10-15 manat məbləğində vəsaiti səbəb göstərmədən tutur. Adlarının açıqlanmasını istəməyən əməkdaşlar qeyd edirlər ki, aylıq əməkhaqları 420 manatdır və edilən kəsintilər onsuz da az olan maaşlarına ciddi təsir edir.
Şikayətdə o da iddia olunur ki, Məhəmməd Musayevin köməkçisi kimi təqdim edilən Nazir Nemətov ildə iki dəfə işçilərə mükafat yazdırır, lakin sonradan həmin vəsait müxtəlif bəhanələrlə geri yığılır.
Əməkdaşların sözlərinə görə, son iki ay əməkhaqları gecikdirilib və bir neçə gün əvvəl ödənilən məbləğ də kəsinti ilə verilib. Onlar şikayət etmək istəsələr də, təzyiq və hədələrlə üzləşdiklərini bildirirlər.
Keçidlərdə icarə və elektrik enerjisi ilə bağlı iddialar
Redaksiyaya göndərilən məlumatda 7 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin balansında olan yeraltı və yerüstü keçidlərdə fəaliyyət göstərən obyektlərlə bağlı da iddialar yer alıb.
İddia olunur ki, müxtəlif ünvanlarda yerləşən keçidlərdə ümumilikdə onlarla mağaza və köşk fəaliyyət göstərir. Bildirilir ki, həmin obyektlərə elektrik enerjisi qanunsuz şəkildə qoşulur və bu xidmətlərə görə aylıq 9 min manatdan çox vəsait yığılır.
Məlumatda həmçinin qeyd edilir ki:
Keçidlərdə 56 ədəd “PayPoint” və “Emanat” aparatı yerləşir və hər birindən aylıq 110 manat olmaqla ümumilikdə 6160 manat yığılır.
30 oyun aparatından aylıq 70 manat olmaqla 2100 manat vəsait toplanır.
Mağazalardan aylıq icarə haqqının 17 min manatı keçdiyi iddia edilir.
Popkorn, gül, oyuncaq satışı və digər əlavə fəaliyyət növlərindən də ümumilikdə 10 min manatdan artıq vəsait əldə olunduğu bildirilir.
Şikayətdə vurğulanır ki, toplanan vəsaitlərin qeyri-rəsmi şəkildə yığıldığı və “qara kassa”nın köməkçi Nazir Nemətov vasitəsilə idarə olunduğu iddia edilir.
Müraciətdə sahə rəisi kimi təqdim olunan Fuad Vəliyevin də fəaliyyəti ilə bağlı narazılıqlar yer alıb. İddia edilir ki, keçidlərin təmizliyi üçün nəzərdə tutulan vəsait və ləvazimatlar işçilərə tam şəkildə verilmir, hətta sıradan çıxmış təmizlik vasitələrinin təmir edilərək istifadəyə verildiyi bildirilir.
Qeyd olunan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Mövzu ilə bağlı rəsmi açıqlama təqdim olunacağı təqdirdə, həmin mövqe də oxuculara çatdırılacaq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
Milli Kitabxanada “Xalq şairi Hökümə Billuri – 100” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026























