Karusel / Slayd (23-07-2019, 19:31)
Maliyyə Bazarlarına Nəzarət Palatasına İTTİHAM
Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) fəaliyyəti birmənalı qarşılanmır.
Mediatv.az-ın Qaynarinfo-ya istinadən verdiyi məlumata görə, bir çox müstəqil ekspertlər hesab edir ki, Palata Azərbaycanın mövcud maliyyə bazarını sağlamlaşdırmaq əvəzinə, daha çox iflic vəziyyətə salır. Bunun isə birbaşa səbəbkarı kimi qurumun sədr vəzifəsini icra edən İbrahim Alışovun adı hallanır.
Mövzu ilə bağlı Qaynarinfo-ya danışan maliyyə üzrə ekspert Odər Qəni də Palatanın sədr əvəzi İ.Alışovun malaiyyə bazarını iflic vəziyyətinə saldığı qənaətindədir.
"Cənab Alışov prezident İlham Əliyevin verdiyi qərarları, imzaladığı sərəncamları heçə sayaraq öz bildiyini edir, buna görə də maliyyə bazarını iflic vəziyyətə salıb".
KOMPENSASİYALARIN BƏRBAD HALA SALINMASI
Ekspert fikirlərini aydınlaşdırmaq və İbrahim Alışovun prezidentin verdiyi normal qərarları necə anormal hala sadlığını konkret misallarla izah edir:
"Palatanın göstərişi ilə may ayının 1-dən etibarən kompensasiyaların verilməsinə başlandı. Bu xəbər kimilərini sevindirsə də kimilərini yenidən davaya, məhkəməyə və stresə düçar etdi.
Götürək bankların lizinqlə satdığı avtomobillərin bir çoxu ilə yaranan problemi. Məsələn, tutaq ki, Əli adlı vətəndaş bankda lizinqdə olan (ümumi dəyəri 10.000 manat olan) avtomobilini daha sonra Vəli adlı vətəndaşa satır. Tərəflərin razılaşması ilə 3.000 manat Vəli Əliyə şəxsən təqdim edir və geri qalan 7.000 manatı aylıq anuitet qaydada banka kredit olaraq ödəyir. Amma yekunda kompensasiya krediti ödəyən Vəliyə deyil, Əlinin adına yazılır. Belədə Palata iki tərəf arasında davaya səbəb olur.
Digər problemli məsələ, zaminlərlə bağlıdır. Belə ki, banka borclu olan şəxslərin zaminləri krediti ödədikdən sonra kompensasiya borclu şəxsin adına yazıldı.
Şərti nümənədə izah edək. Tutaq ki, Əli 2015-ci ildə götürdüyü 10 min manatlıq krediti ödəmədikdən sonra bank borcluya zamin duran şəxsdən borcu aylıq anuitet qaydada geri alır. Yekunda kompensasiya borcu ödəyən zaminə deyil, krediti götürən şəxsə verilir.
Palata isə bu kimi məsələlərlə bağlı deyir ki, zaminlər və ya avtomobilin ikinci sahibləri (krediti ödəyən şəxslər) kompensasiya yazılan şəxsi məhkəməyə verərək borcunu geri ala bilər".
RESTRUKTURİZASİYADA BANKLARA İLK ZƏRBƏ
Ekspertin sözlərinə görə, problemli kreditlərin restrukturizasiyası istiqamətində də Palatanın verdiyi qərarlar anormaldır.
Qeyd edək ki, kreditlərin restrukturizasiyası tam və ya qismən ödənilməmiş, barəsində məhkəmə qərarı olan kreditlərə şamil edilir. Burada vətəndaş nə əldə edir? Birincisi, fərman qüvvəyə minən günədək olan bütün dəbbələr, faizlər silinir. İkincisi, iş problemli kredit siyahısından çıxarılır, məhkəmə qərarları qüvvədən düşür. Daha sonra, məsələn, şəxsin 10 min manat kredit borcu varsa, məbləğ, təxminən 5 ilə bölünür. 1-ci ildə güzəşt tətbiq edilir. Növbəti 4 il üçün 1 faiz tətbiq edilməklə krediti geri qaytarmış olur.
Bu situasiyada Palatanın banklara qarşı tələbi belədir: Restrukturizasiya üçün problemli kredit sahibini (müştərini) banka dəvət edin və yenidən 1%-lə kredit müqaviləsi bağlayın. Bağlanan müqaviləni və buna dair sənədləri Palataya göndərdikdən sonra restrukturizasiyanı təmin edin. Bəs problem nədir?
Birincisi, 2015-ci il devalvasiyası üzərindən 4 il ötür. Yəni, bu müddət ərzində faktiki ünvanını, əlaqə nömrəsini, yaşayış ünvanını, dünyasını və s. dəyişən müştərilər kifayət qədərdir. İlk növbədə dünyasını dəyişən insanlar siyahıdan silinir. Bundan sonra faktiki ünvanını və əlaqə nömrəsini dəyişənləri tapmaqda banklar çətinlik çəkəcək ki, bu da bankın maliyyəsinə birbaşa təsir göstərəcək. Ölkəni tərk edən vətəndaşların da sözügedən siyahıya mənfi təsirini nəzərə alsaq, bankların 10 nəfərdən 6-nı tapacağını təxmin etmək olar. Lakin, o 6 nəfər də bankla müəyyən dövrlərdə mübahisə yaşadığına görə restrukturizasiya sənədlərinə könüllü olaraq imza atmayacaqları da aşkardır. Bu zaman həmin 6 nəfərdən 3-nün bu işə razılığı olacağını proqnozlaşdırmaq heç də çətin deyil. Belə vəziyyətdə bankın təkrar məhkəməyə müraciət etmək hüququ da yoxdur. Bəs bank necə etsin? Deməli, Palatanın verdiyi yalnış və tələskən qərarlara görə ölkədə fəaliyyət göstərən banklar əziyyət çəkəcək ki, bu da ölkə iqtisadiyyatına ciddi zərər vuracaq".
Ekspert hesab edir ki, Palata bu problemin həlli üçün başqa addımlar atmalıydı: "Azərbaycanda iki dövlət bankı fəaliyyət göstərir. "Azər Türk Bank" və "Azərbaycan Beynəlxalq Bankı". Hər iki bankın 20 filialını bu işə cəlb etməklə 40 filialın eyni anda bütün restrukturizasiya işlərini görməsini təmin etmək olardı. Bu zaman müştəriləri dövlət tapacaqdı, müştərilərlə məsələnin həllini və restrukturizasiya sənədlərinin imzalanmasını da dövlət bankları öz üzərinə götürəcəkdi. Beləliklə məsələ daha asan və daha məhsuldar həll olunacaqdı. Ən azından iki mübahisəli şəxs eyni masada oturmayacaqdı".

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024