Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (16-07-2019, 12:34)
Lerikin iki kəndi Prezidentdən kömək istədi

 
Lerik rayonun Kekonu və Sorsçay kəndlərinin bir qrup sakini AzToday.az saytı vasitəsilə ölkə başçısına müraciət edərək yaşadıqları ərazidə hökm sürən problemlərin həlli üçün yardımçı olmasını xahiş edirlər. Prezidentin Lerikə xüsusi diqqət göstərdiyini, rayonun sosial-iqtisadi inkişafına dair fərmanlar imzaladığını məmnunluqla qeyd edən müraciət müəllifləri xüsusilə yol çəkilməsi sahəsində son illər görülən böyük miqyaslı işləri xatırladırlar:

“Böyük diqqət və qayğınız sayəsində indi ölkəmizdə kənd yollarının müasirləşdirilməsi, əvvəllər yol olmayan kənd və qəsəbələrə yüksək səviyyədə yolların çəkilməsi geniş vüsət alıb. Həm də bu cür layihələrin miqyası və coğrafiyası ildən-ilə daha da genişlənir. Bunu ötən illər ərzində Lerikin kənd yollarının yenidən qurulması layihələrinin uğurla gerçəkləşdirilməsi də aydın göstərir. Məsələn, ötən il oktyabrın 15-də rayonumuza səfəriniz zamanı Piran-Hamarat-Vijaker avtomobil yolunun yenidən qurulması dediklərimizin parlaq ifadəsidir. Eləcə də 30 min nəfərin yaşadığı və 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisi üçün ayırdığınız vəsaitlər buna bir daha sübutdur. Belə infrastruktur layihələri kənd və qəsəbələrin sakinlərinin həyatına birbaşa təsir edir, vətəndaşların istehsal etdiyi məhsulların alıcılara tez və rahat şəkildə çatdırılmasına imkan verir. Bununla yanaşı, yeni yolların inşası, həm də bölgəmizin turizm potensialının artırılmasına və turist axınının təmin edilməsinə geniş imkanlar yaradır”.

Müraciət müəllifləri qeyd edir ki, prezidentin müvafiq sərəncamı ilə rayon mərkəzini Şinəbənd, Nuravud, Zərdəbərə kəndləri ilə birləşdirən yol da abadlaşdırılıb. Təəssüflər olsun ki, Lerik rayonunun iki yaşayış məntəqəsi- Kekonu və Sorsçay kəndləri görülən işlərdən, inkişafdan kənarda qalıb. Bu kəndlərə yerli məmurların canfəşanlığı nəticəsində dövlət başçısının diqqət və qayğısından heç bir pay düşməyib. “Unudulmuş kəndlər”in sakinləri yeni çəkilmiş yollardan sonra XIX əsrin palçıqlı cığırları ilə hərəkət etmək məcburiyyətində qalırlar. Müasir Azərbaycanın inkişafından “pay görməyən” kənd sakinləri yenə də son ümid kimi cənab Prezidentə üz tuturlar:

“Sizin ölkəmizə rəhbərlik etdiyiniz ötən illər ərzində Azərbaycanda yüksək sürətli və dayanıqlı sosial-iqtisadi inkişafa nail olunub. Sosial-iqtisadi islahatların vacib tərkib hissələrindən biri olan yol infrastrukturu geniş miqyasda müasirləşdirilib, bu sahədə dünyanın mütərəqqi təcrübəsinin tətbiq edilməsi diqqət mərkəzində saxlanılıb. Hər bir ölkə vətəndaşı kimi sizin gördüyünüz işləri dəstəkləyir, vətənimizin inkişafını görüb fərəhlənirik. Lakin, bəzi məmurların çirkin əməlləri nəticəsindəı bizim kəndlərimiz – Kekonu və Sorsçay bu inkişafdan kənarda qalıb. Yalnız öz maraqlarını güdən, bunun üçün yeri gəlsə xalqın mənafelərini belə qurban verən vəzifə sahibləri sizin Lerikə göstərdiyiniz qayğıdan bizləri məhrum ediblər. Belə ki, Şinəbənd, Nuravud, Zərdəbərə kəndlərini birləşdirən müasir yol infrastrukturu ilə bizim kəndləri cəmisi 3 kilometr məsafə ayırır. Bu 3 km-lik məsafə bizi müasir inkişafdan azı 3 əsr geridə qoyub. Artıq keçilməz vəziyyətdə olan bu yollar kənd sakinlərinin həyatını daha da dözülməz edib. Dəfələrlə əlaqədar dövlət qurumlarına müraciət etsək də səsimizi eşidən olmayıb. Özlərini sizin sadiq əsgərləri kimi qələmə verən Lerik rayon İcra Hakimiyyətinin məmurları əslində sizin xalqa göstərdiyiniz qayğıdan sui-istifadə edir, öz şəxsi maraqlarını qoruyurlar. Lerik rayonunun təbii qazla təmin edilməsi üçün həyata keçirilən layihələrdən də bizim kəndlər kənarda saxlanılıb. Lerik rayon İcra Hakimiyyətinin məmurları sanki bu iki kəndi – Kekonu və Sorsçayı görməzdən gəlirlər. Yerli icra məmurları bizim kəndlərin sosial-iqtisadi inkişafı ilə bağlı heç bir iş görmürlər, infrasturuktur və sosial layihələrdən kənarda saxlanılırıq.

Bir sözlə Kekonu və Sorsçay kəndləri yerli məmurların səhlənkarlığı səbəbindən Sizin verdiyiniz verdiyiniz gostərişlərinizdən yararlana bilmir. Biz Lerik rayon İcra Hakimiyyətindən və rayonun müvafiq qurumlarından yolumuzun asfaltlaşdırılmasını yox, sadəcə torpaq yolun genişləndirilməsini istəmişik. Amma bunu da bizə çox görürlər. Bir texnika ayırıb, müasir yol infrastrukturu ilə bizim kəndləri ayıran cəmisi 3 kilometr torpaq yolun genişləndirilməsini belə həyata keçirmirlər. Payız və qış aylarında kəndlərimizin yolları tam yararsız vəziyyətə düşür. Adicə yağışlı havalarda Kekonu və Sorsçay kəndlərinə minik avtomobilləri gedib-gəlmək olmur. Allah eləməmiş kəndlərimizdə sakinlərin təcili tibbi yardıma ehtiyacı yarandıqda onları normal xəstəxanaya vaxtında yetişdirə bilmirik. Əgər kəndlərimizin yollarının genişləndirilməsini Lerik rayon İcra Hakimiyyətində oturan məmurlardan deyil, qonşu İran dövlətindən xahiş etsəydik, bəlkə də indi yollarımız düzəlmişdi. Çünki yerli məmurlar israrlı xahiş və tələblərimizə məhəl qoymurlar. Öz əməlləri ilə sanki qəsdən sizin gördüyünüz işlərə kölgə salmağa çalışan belə məmurlar xalq arasında narazılıq yaradırlar. Bizim ümidimiz sizədir, cənab Prezident! Yol çəkmək dünyada ən savab əməllərdən biridir. Siz bütün ölkə boyu bu savabı qazanırsınız. Xahiş edirik ki, bizim kəndlərimizə – Kekonu və Sorsçaya da bu savabdan pay düşməsinə köməklik edəsiniz. Bizi məsuliyyətsiz məmurların ümidinə buraxmayın. İnanırıq ki, tezliklə biz də rahat yollarla hərəkət etməyin sevincini yaşayacağıq. Sizə öncədən minnətdarıq, cənab Prezident! Qoy yolunuz həmişə açıq olsun"шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024