Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (22-05-2019, 21:37)
Deputatı kim və niyə danışdırır?

 Lənkəran hava limanının Rusiyaya icarəyə verilməsini təklif edən Milli Məclisin deputatı Rüfət Quliyevin bu təşəbbüsü kəskin reaksiyalar doğurub.

Yenicag.Az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində millət vəkili Rüfət Quliyev Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan təkliflə çıxış edib.

Deputat həmin obyektlərin tender formasında Rusiyaya icarəyə verilməsi təklifini irəli sürüb:
“Düşünürəm ki, Lənkəran hava limanı Rusiyadan olan hər hansı güclü kommersiya strukturlarından birinə təklif olunsa, ya hamısını, ya da qismən Azərbaycanın hər hansı kommersiya strukturu ilə şərikli istifadə edə bilərlər” (ONA).

Siqaret istehsalı üzrə ixtisaslaşan, Azərbaycanın ictimai rəyində heç də müsbət reputasiyaya malik olmayan, Milli Məclisdə xüsusi fəallığı ilə seçilməyən deputat Rüfət Quliyevin birdən-birə belə təşəbbüslə çıxış etməsini təsadüf kimi qiymətləndirmək çətindir.

Deputatın sözügedən təklifi ilə bağlı Yenicag.az-a danışan “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin fikrincə, bu tip təşəbbüslərin irəli sürülməsi Rusiyanın “beşinci kolon” vasitəsilə Azərbaycana təzyiqləri artırmasının göstəricisidir:
“Çox təəssüf ki, Azərbaycanda milli zehniyyat sanki işğal olunmuş vəziyyətdədir və bu, yürüdülən rəsmi siyasətin acı nəticəsidir. Bəli, Rusiya, xüsusilə, son dövrlərdə Azərbaycandakı təsirini artırmaq üçün müxtəlif istiqamətlərdə fəallaşmaqdadır.

Məsələyə bir qədər geridən baxsaq, xatırlatmalıyıq ki, Rusiyanın Azərbaycan parlamentinin və hətta hökumətinin tərkibinin formalaşdırılmasında birbaşa rolunun olmasına dair davamlı fikirlər, iddialar mövcuddur.

Yəni Azərbaycan milli şüuruna, milli ideologiyasına düşmən yanaşmasında olan bir sıra insanların məhz Rusiyanın təsiri sayəsində Milli Məclisdə təmsil oluna bildikləri deyilir. Başqa sözlə, Rusiya burada öz nüfuzunu möhkəmləndirmək üçün ardıcıl addımlar atmaqdadır.

Vəziyyətə geniş nəzər saldıqda, fikrimizə gələn ilk yanaşma bundan ibarətdir ki, Rusiya Azərbaycana təzyiqləri artırmaqla hakimiyyətdən hansısa qərarın verilməsini gözləyir. Acınacaqlı haldır ki, hakimiyyətdəki mühafizəkar qüvvələr Azərbaycanın üzünü sivil və mütərəqqi dünyaya deyil, mürtəce Rusiyaya doğru çeviriblər. Nəticədə isə Rusiya “beşinci kolon” vasitəsilə Azərbaycan hakimiyyətinə təzyiq göstərir. Ona görə də, bu təklifin ortaya atılmasını təsadüf saymıram.

Konkret məsələyə gəldikdə isə hava limanı kimi böyük strateji əhəmiyyətə malik obyektin Rusiyaya icarəyə verilməsi qəti şəkildə yolverilməzdir. Heç bir halda buna getmək olmaz”.

Deputat həmkarının “icarə” təklifini Yenicag.az-a dəyərləndirən millət vəkili Fərəc Quliyev də ölkənin hər hansı hava limanının Rusiyaya icarəyə verilməsinin əleyhinə çıxıb:
“Hesab edirəm ki, belə məsələlərdə Rusiyaya meydan vermək, onun imkanlarını genişləndirmək doğru deyil. Mən bu təklifin hansı məqsədlə irəli sürüldüyünü bilmirəm. Milli Məclisdəki son çıxışımda ölkədə rus dilində təhsil alanların sayının beş faizi keçdiyini bildirmişdim. Bu, olduqca böyük rəqəmdir. Fikrimcə, Azərbaycanda bu sayda rus məktəblərinin olması doğru deyil.

Mən bilmirəm, deputat həmkarım nə məqsədlə belə bir təkliflə çıxış edib. Mən bu cür ciddi, strateji obyektin başqa bir ölkəyə icarəyə verilməsinin əleyhinəyəm”.
 
шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024