Siyasət (7-12-2018, 16:00)
Milli Məclisdə Parlament-100 və “Lazarev klubu” müzakirəsi

Mediatv.az xəbər verir ki, parlamentin spikeri Oqtay Əsədov öncə dekabrın 7-nin Azərbaycan Parlametinin ilk iclasının keçirildiyi gün olduğunu xatırladıb və bu münasibətlə millət vəkillərini təbrik edib.
Daha sonra deputat, Azərbaycan- Rusiya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Əli Hüseynli çıxış edərək qeyd edib ki, bu günlərdə Yerevan şəhərində ermənipərəst deputat Konstantin Zatulinin təşəbbüsü ilə “Lazarev klubu” yaradılıb:
“Son dövrlərdə Rusiyanın siyasi elitasını təmsil edən bir sıra adamlar Azərbaycanda səfərdə olublar. Onlarla Rusiya-Azərbaycan əlaqələri, o cümlədən də Qarabağ münaqişə ilə bağlı bir sıra müsbət fikirlər səsələndiriliblər. İndi isə yaradılan bu qrup görülən işlərə, obyektiv yanaşmalara uğursuz cavab cəhdidir.
Hətta erməni saytları da yazır ki, bu, ağrıkəsici yox, ağrıartırıcı təşəbbüsdür. Bu, hətta reallıqda soyuq olan Ermənistan-Rusiya münasibətlərinə “pozitiv” ruh verməkdən başqa bir şeyil. Mən spiker olaraq sizdən xahiş edirəm ki, sizin səviyyənizdə Rusiya Dumasına məktub göndərilsin”.
Spiker Oqtay Əsədov cavab olaraq artıq Rusiya Dumasının sədri Vyaçeslav Volodinə bununla bağlı məktub yazdığını və etiraz etdiyini bildirib:
“Onun fikirləri Azərbaycan-Rusya münasibətlərinə təsir edə bilməz”.
Deputat Fazil Mustafa öz növbəsində Cümhuriyyət qurucularının xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş edib. Eyni zamanda təklif edib ki, Cümhuriyyətlə bağlı yubiley medalı hansı deputatlara veriləcəksə, bu gün təntənəli şəkildə bu iclasda baş tutsun:
“Təklif edirəm ki, bu mükafat Cümhuriyyət qurucularının varislərinə, İstiqlal Bəyannaməsinə imza atan deputatlara təqdim edilsin. Rəsulzadənin nəvəsi Azərbaycanın tanınmış rəssamıdır. Ona da bu medal verilsin. Hansı ki, Rais Rəsulzadənin səhhəti ilə bağlı dövlət başçısı səviyyəsində diqqət göstərildi”.
Millət vəkillərindən Bəxtiyar Əliyevlə Zahid Oruc da Zatulinin addımlarına, “Lazarev klubu”na sərt etirazlarını bildiriblər və əlavə ediblər ki, həmin klubdakılarla bağlı Rusiya tərəfindən sərt ölçülər götürülməlidir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025