Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (21-05-2019, 19:48)
Elşən Cəbrayılovun daha bir 150 minlik fırıldağı üzə çıxdı

Azərbaycanda bir çox vəzifəli şəxslərin ailə üzvləri və yaxın qohumlarının özlərini "xüsusi imtiyazlı təbəqə” qismində görərək, qanunları veclərinə almamaları, vətəndaşlara qarşı etika və hüquqdan kənar davranmaları haqda az qala hər gün yeni faktlar ortaya çıxmaqdadır.

Çox təəssüf ki, prezident İlham Əliyev keçirdiyi hökumət müşavirələrində və başqa tədbirlərdə məmurlardan və yüksək status sahiblərindən öz ailə üzvlərinin nalayiq hərəkətlərinə son qoymağı dəfələrlə tələb etsə də, bu çağırışın qarşılığında hələ də məsuliyyətsizlikdən əl çəkməyənlər az deyil.
Dövlət başçısının xalqla səmimi təmaslarından, onun tələb və tövsiyələrindən nəticə çıxarmayan məmur qohumları özlərini yenə cəzasızlıq mühitində hiss etməkdədirlər. Media və sosial şəbəkədə bununla bağlı yayılan yeni fakt və məlumatlar belə deməyə tam əsas verir.

Redaksiyamıza da tez-tez analoji müraciətlər daxil olur. Bizə üz tutan vətəndaşlar əksər hallarda məmur və statuslu şəxslərin yaxın adamlarının qanunazidd əməllərindən və onlara qarşı ölçü götürülməməsindən şikayətlənirlər. Yardım və dəstək üçün redaksiyamıza müraciət edən Bakı şəhər sakini, həkim-stomatoloq Məmmədova Sülhiyyə Abid qızı isə Milli Məclisin deputatı Rafael Cəbrayılovun qardaşı, "Dərhal” Mənzil Tikinti Kooperativinin təsisçisi və direktoru Elşən Cəbrayılovun ona qarşı yol verdiyi qanunsuzluqdan şikayətçidir.

Sülhiyyə Məmmədovanın sözlərinə görə, 2009-cu ildə oğlu Fərid Əliyevlə birlikdə iş qurmaq məqsədilə Elşən Cəbrayılovun kooperativinin inşa etdiyi tikilidə qeyri-yaşayış sahəsi əldə etmək üçün 150 min manat ödəsə də, deputatın qardaşı öhdəliyini yerinə yetirməkdən və ona verilmiş pulu geri qaytarmaqdan imtina edir.

Şikayətçi bildirib ki, məsuliyyətdən yayınmaq işində Elşən Cəbrayılova deputat qardaşı Rafael Cəbrayılovun sinif yoldaşı, vaxtilə prokurorluq orqanlarında işləmiş Mirəhməd Abbasov yaxından kömək edir:

"Biznes qurmaq məsələsini ailəvi dostumuz olan Mirəhməd Abbasovla müzakirə etdik. Mirəhməd təkidlə qeyri-yaşayış sahəsi almağımızı, gələcəkdə də həmin sahəni icarəyə verərək, gəlir əldə etmək imkanının olduğunu dedi. Mən ona dost kimi etibar etdiyim üçün Mirəhmədin bu işdə bizə kömək edəcəyi haqda vədinə inandım.

Mirəhməd faktiki olaraq tələbə yoldaşı, deputat Rafael Cəbrayılovla birgə inşa etdirdikləri Novxanı yolu ilə Mehdiabad-Fatmayi yolunun kəsişməsində yerləşən beşmərtəbəli binanın əlverişli variant olması barədə təklif verdi. Həmçinin dedi ki, həmin binalar onlar tərəfindən inşa edilsə də, şirkətin direktoru rəsmi olaraq Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovdur. Mirəhmədin təkidli təklifini qəbul etdik və həmin sahəyə birgə baxış keçirdik. Baxış zamanı həmin binalarda ilkin inşaat işlərinə başlanılmışdı, hətta qeyri-yaşayış sahəsinin ilkin beton-konstruksiya işləri aparılırdı.

Bundan sonra Mirəhmədlə birlikdə "Dərhal” Məhdud Məsuliyyətli Cəmiyyətin ofisinə getdik. Həmin ofisdə Elşən və Mirəhmədə 150 min manat pul verdim və oğlum Fəridin adına müqavilə bağlandı. Həmçinin ödənilmiş pul vəsaitinə dair seriya kassa mədaxil orderinin qəbzi mənə təqdim edildi. Fəridin imzası olmadan Elşən Cəbrayılov tərəfindən imza edilərək möhürlənmiş müqaviləni evə apardım, oğlum Fərid imzaladıqdan bir həftə sonra Mirəhməd gəlib müqaviləni mənim evimdən apardı”.

Şikayətçinin sözlərinə əsasən, oğlu 2010-cu ilin noyabrından, özü isə 2011-ci ilin iyun ayından işləmək üçün Dubaya gedib. Çalışdıqları şirkətin ciddiliyi və özlərinin işlərinin çox olması səbəbindən Azərbaycana tez-tez gəlmək imkanları olmayıb. O ərəfədə ailəvi dostları olan Mirəhmədin qeyri-müəyyən cavabları da şikayətçini şübhələndirib. Sülhiyyə Məmmədova 2016-cı ildə Bakıya gələrək, "Dərhal” MMC-yə artıq pulunu ödədiyi qeyri-yaşayış sahəsinin satışa çıxarıldığını görüb:

"2016-cı ilin dekabrında yaxın qohumumun vəfatı ilə əlaqədar Bakıya gəldim. Mirəhmədlə münasibətlər bir qədər pozulmuşdu, zəngimə cavab vermirdi. İşlərin necə aparıldığına baxmaq üçün 2017-ci il martın 15-də tikinti olan əraziyə gəldim. Mənə məxsus qeyri-yaşayış sahəsinin (Abşeron rayonu, Mehdiabad qəsəbəsi, "Binəqədi Gənclər şəhərciyi” Yaşayış Kompleksi, əvvəllər 1, hazırda isə 19 saylı bina) yanından keçəndə üzərində "Satılır” elanını, onun altında da əlaqə saxlamaq üçün 055 611 56 35, 077 535 41 17 telefon nömrələrinin yazıldığını gördüm.

Bu məsələni araşdırmaq üçün "Dərhal” MTK-nın ofisinə müraciət etdim. Ofisin Rasim adlı əməkdaşı məsələdən məlumatı olmadığını bildirdi və bu barədə Elşən Cəbrayılova müraciət etməyimi tövsiyə etsə də, onun hazırda ölkə xaricində olduğunu qeyd etdi. Həmin vaxtdan bəri Elşən Cəbrayılovu tapa bilmədim və aldadıldığımı başa düşərək, məhkəməyə müraciət etdim”.

Sülhiyyə Məmmədovanın "Dərhal” MTK-nın sədri Elşən Cəbrayılova qarşı qaldırdığı iddiaya baxan Binəqədi Rayon Məhkəməsi şikayətçinin lehinə qərar çıxarsa da, deputatın qardaşı mənimsədiyi pulu ona qaytarmaqdan hələ də yayınır:

"Məhkəmə 150 000 (yüz əlli min) manat məbləğində pulun "Dərhal” MTK-dan alınaraq, Əliyev Fərid Vaqif oğluna ödənilməsi barədə qərar çıxarıb. Qətnamənin icrası Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsə də, icra məmuru məhkəmə qətnaməsini icra etməkdən yayınır, hakimlərə müxtəlif yollarla təzyiq edilir”.

Elşən Cəbrayılov Azərbaycan Respublikasının adından çıxarılan qərarı nəinki icra etmir, hətta məhkəmə çağırışlarından yayınır və öz himayədarlarının yardımı ilə ölkəni tərk etməyə çalışır. Biznesini Türkiyəyə daşıyan Elşən Cəbrayılov qanunun tələbini yerinə yetirmək, vətəndaşa vurduğu maddi ziyanı ödəmək əvəzinə, xaricə çıxmaq haqqında fikirləşir. Təbii ki, havadarları, başlıca olaraq, qardaşı Rafael Cəbrayılovun da bu məsələdə müstəsna xidmətləri var. Məhz deputatın himayəsi ilə "toxunulmaz” olan Elşən Cəbrayılovla bağlı heç bir qərar icra olunmur”.

Sülhiyyə Məmmədovanın danışdıqlarından belə anlaşılır ki, onlar Mirəhməd Abbasov və "Dərhal” MTK-nın yeganə qurbanları deyillər. Şikayətçi bildirib ki, Mirəhməd Abbasov deputat Rafael Cəbrayılovla yaxın münasibətlərindən istifadə edərək, onun qardaşı "Dərhal” MTK-nın direktoru Elşən Cəbrayılovla əlbir olub digər tələbə yoldaşları, hazırda "Lombard” müdiri olan Məlahət Qurbanova və Osman Hacıyevi də eyni qaydada aldadaraq, pullarını mənimsəyiblər, bu azmış kimi onları müxtəlif yollarla təhdid etməklə borcu ödəməkdən yayınırlar.
İcmal.az
шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024