Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (15-04-2019, 11:40)
"Hesablama Palatası müstəqil fəaliyyət göstərə bilmir"

 Bugünlərdə Milli Məclisdə dövlət büdcəsindən mənimsənilən vəsaitlər ətrafında müzakirələr zamanı kifayət qədər ciddi rəqəmlər açıqlandı. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2018-ci ildə fəaliyyətinə dair Hesabatla bağlı çıxışında bildirdi ki, maliyyə inzibatçılığı sahəsində mövcud olan xarakterik nöqsanların və təsiredici meyllərin müəyyən olunması məqsədilə hesabat ilində başa çatdırılmış 53 audit ilə aşkarlanmış nöqsanlar təhlil edilib:

“Son illərdə tərəfimizdən normativ-hüquqi aktların tələblərinə riayət edilməmə halları 8 istiqamət üzrə təsnifləşdirilir. 2018-ci ildə həmin istiqamətlər üzrə ümumilikdə 714 halda nöqsan müəyyən edilib. Bu, əvvəlki ilin göstəricisi ilə müqayisədə 3,6 faiz çoxdur. Lakin 2017-ci ildə auditlərin sayının hesabat ilinin göstəricisi ilə müqayisədə 8,2 faiz az olduğunu nəzərə alsaq, bir tədbirlə müəyyən edilmiş nöqsanların orta sayının azalma meylli olduğunu deyə bilərik. Bu, maliyyə idarəetmə strukturunda aparılmış siyasətin, maliyyə inzibatçılığının gücləndirilməsi istiqamətində atılan addımların, dövlət vəsaitlərin istifadəsi sahəsində normativ-hüquqi aktların təkmilləşdirilməsi üzrə aktiv fəaliyyətin ilk nəticələridir”.

Daha sonra Palatanın hesabatına əsasən çıxış edən deputatlar Qüdrət Həsənquliyev büdcədən 23 milyon oğurlandığını, Ziyad Səmədzadənin isə büdcədən 90 milyon manatın səmərəsiz xərclədiyini deyib.

Maraqlıdır, büdcə yeyintilərinə qarşı mübarizə necə aparılmalıdır?

İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanda ictimai vəsaitlərin idarə edilməsi ilə bağlı nöqsanlar rəsmi olaraq səsləndiriləndən qat-qat artıqdır: 

“23 və 90 milyon manatın səmərəsiz istiqamətə xərclənməsi kifayət qədər ciddi göstəricidir. Yaxud da Hesablama Palatası tərəfindən səsləndirilən son bir neçə ildə 75 milyon manat vəsaitin büdcəyə bərpası məsələsi və.s. Azərbaycanın dövlət büdcəsi təxminən 20-25 milyard ətrafında dəyişir. Eyni zamanda ictimai vəsaitlərin idarə edilməsi ilə bağlı böyük nöqsanlar vardır. İctimai vəsaitlərin planlaşdırılması və idarə edilməsində prosesə nəzarətin təmin olunması istiqamətində ictimai iştirakçılıq çox zəif təşkil olunub və bunun üçün şərait yaradılmır. Dövlət qurumlarının hesabatlılığı çox aşağı səviyyədədir. Bir sıra qurumlar, hətta öz hesabatlarını belə açıqlamırlar və burada əsas məlumatların ictimailəşdirilməsində ciddi çatışmazlıqlar var. Belə bir şəraitdə nöqsanlarla effektiv mübarizə aparmaq mümkün deyil. İlk növbədə Hesablama Palatasının müstəqilliyi daha da gücləndirilməlidir. Eyni zamanda Palata öz fəaliyyətinin əhatəliliyini artırmalıdır. Son illərdə bu istiqamətdə müəyyən addımlar atılır və Palatanın öz fəaliyyətində apardığı qiymətləndirmədə də, rəylərin hazırlanmasında da xeyli inkişaf müşahidə olunur. Nəzərə almaq lazımdır ki, Azərbaycanda ictimai vəsaitlərə kənar nəzarəti həyata keçirən qurum olaraq Hesablama Palatası tam təşəkkül tapmış və müstəqil fəaliyyət göstərə bilən qurum deyil. Bu istiqamətdə fəaliyyət genişləndirilməli və bunun üçün müvafiq infrastruktur fomalaşdırılmalıdır. Hesablama Palatası haqqında qanuna dəyişikliklər edildi, amma hesab edirəm ki, yeni səlahiyyətlərin verilməsinə imkanlar vardır.

Digər problemlərdən biri Palatanın maddi-texniki bazasının imkanlarının məhdud olmasıdır. Qanunvericilik imkan verir ki, Palata öz büdcəsini müəyyənləşdirsin. Belə olduğu halda, Palata həm kadr potensialını genişləndirməli, həm də maddi-texniki bazasının inkişaf etdirilməsi istiqamətində strateji proqram hazırlamalıdır. Ümumiyyətlə, qurumun fəaliyyəti o şəkildə formalaşdırılmalıdır ki, ictimai vəsaitlərə daxil olan dövlət büdcəsi, büdcədənkənar fondlar, Neft Fondu və.s bütün növ vəsaitlərin illik auditini və monitorinqini təmin edə bilsin. Digər bir məsələ keyfiyyət auditinin təşkil edilməməsidir. Palata bu kimi istiqamətlərdə müvafiq imkanları yarada bilməlidir”.

Analitikin sözlərinə görə, büdcənin hazırlanma prosesində ictimai iştirakçılıq yox səviyyəsindədir:

“”Transparency International” təşkilatı tərəfindən hazırlanan açıq büdcə indeksində Azərbaycanda dövlət büdcəsinin hazırlanması prosesində ictimai iştirakçılıq 100 ballıq qiymətləndirmə üzrə 11 xala layiq görülüb. Yəni, prosesdə vətəndaş cəmiyyətinin, müvafiq institutların və eləcə də ekspertlərin iştirakını təmin etməliyik. Hətta dövlət büdcəsi parlamentdə müzakirə olunarkən yerli ekspertlərin prosesdə iştirakına şərait yaradılmır. Təbii ki, belə olan halda nöqsanlar ortaya çıxır. Düşünürəm ki, bu, problemin kökündə dayanan əsas məsələlərdən biridir və öz həllini tapmalıdır. Dövlət qurumlarının hesabatlılığı təmin olunmalıdır və bu məlumatların əlçatanlığı üçün infrastruktur formalaşdırılmalıdır”.

Rəşad Həsənov hesab edir ki, dövlət satınalmaları keçirilən zaman böyük nöqsanlara yol verilir: 

“Satınalma proseslərinin şəffaflaşdırılmasına ehtiyac var. Dövlət satınalmaları bir sıra hallarda qeyri-müəyyən şəraitdə keçirilir. Satınalmalarla, eləcə də tenderlərlə bağlı məlumatların ictimailəşdirilməsi mexanizmlərinə dəyişikliklər edilməlidir. Burada hansı qurumların, təşkilatların və ya şirkətlərin hansı xidmətləri alması və olunan təklifləri hansı keyfiyyətinə görə seçməsi barədə məlumatlar olmalıdır. Çünki bu hər bir vətəndaşın vəsaitidir. Bu vəsaitin üzərində sərəncam verən qurum vəsaitin sahibi deyil. Ona görə də o vəsaitin hər qəpiyinə qədər hansı istiqamətə xərclənməsilə bağlı ictimaiyyəti məlumatlandırmağa borcludur. Xüsusilə də 2019-cu il müəyyən islahatlar perspektivi formalaşıb. Bu məqamlar diqqətdə saxlanılmalı və bu istiqamətdə dekorativ yox, konkret və səmimi addımlar atılmalıdır”.
шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024