Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (31-10-2018, 14:12)
QSC-də Əlirza Süleymanov erası bitir

 

“Azərbaycan Dəmir yolları” QSC-nin sədri, deputat Cavid Qurbanov ciddi kadr dəyişikliklərinə hazırlaşır. Quruma rəhbər təyin edildiyi qısa zaman kəsiyində kifayət qədər uğurlu islahatlara imza atan C.Qurbanov artıq fəaliyyəti ciddi narazılıq doğuran bir sıra kadrlarla vidalaşmaq qərarı verib.

Mediatv.az Editor.az-aistinadən xəbər verir ki, Cavid Qurbanovun yollarını ayırmağa hazırlaşdığı şəxslərin sırasında ilk pillərdə “Azərbaycan Dəmir yolları” QSC sədrinin I müavini Əlirza Süleymanov gəlir. İndiyədək adı mətbuatda bir sıra qalmaqallarda hallanan və 1997-ci ildən etibarən Dəmir Yollarında rəhbər vəzifələrdə çalışan Əlirza Süleymanovu əvəz edəcək kadr da artıq hazırdır.

Mənbə iddia edir ki, C.Qurbanovun təqdimatı ilə Ə.Süleymanovun yerinə “Azərbaycan Dəmir yolları” QSC-nin Ukrayna Nümayəndəliyinin rəhbəri Natiq Nağıyev təyin ediləcək.

Natiq Nağıyevin Ukraynada çalışdığı müddətdə öz fəaliyyəti ilə müsbət mənada fərqlənməsi, bu ölkədəki azərbaycanlılar arasında nüfuz sahibinə çevrilməsi C.Qurbanovun diqqətindən yayınmayıb.

İddialara görə,“Azərbaycan Dəmir yolları” QSC-də vəzifəsindən azad olunacağı gözlənilən şəxslərdən biri də qurumun Sərnişin daşımaları Departamentinin rəisi Elyar Muradovdur. I müavin Əlirza Süleymanovun kadrı kimi tanınan Elyar Muradovun da adı zaman-zaman mediada müxtəlif qalmaqallarda hallanıb.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc edə bilərik. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024