Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (Bu gün, 12:09)
Eks-bankir Zal Yusifovun oğlu yenidən həbs edildi: Bir milyondan çox ziyan var

  “Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifov yenidən həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, keçmiş bankir oğlu bu dəfə 6 nəfərin yarım milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olunur.
Polisin apardığı istintaqla İ.Yusifovla əlbir olan İlham Abbasov da cinayət məsuliyyətinə cəlb edilib.
Amma o həbs edilməyib. İ.Yusifov və İ.Abbasovun ikisinə də xüsusilə külli miqdarda dələduzluq ittihamı verilib.
Zərərçəkənlərə dəymiş ziyan ödənilməsə, onları 14 ilə kimi həbs gözləyir. Bu, İslamın ikinci eyni tipli ağır cinayəti olduğundan ağırlaşdırıcı hal hesab olunur.
Qeyd edək ki, “Texnikabank” ASC-nin Bakı filialının rəhbəri olmuş Zal Yusifov 2010-cu ildə 81 nəfərin banka qoyduğu təxminən 38 milyon manatın mənimsənilməsində, oğlu İslam isə eyni iş üzrə dələduzluq epizodunda iştirakçı kimi təqsirli biliniblər. Zal Yusifov həmin vaxt 15 il, oğlu İslam Yusifov isə 8 il azadlıqdan məhrum ediliblər. Onların milyonlarla manatlıq əmlakı müsadirə edilib. 5 il sonra İslam Yusifov, illər sonra isə atası Zal Yusifov azadlığa buraxılıb.
İslam Yusifov əvvəllər müğənni Xatirə İslamla yaxınlığı ilə də gündəmə gəlib. Onun bir müddət müğənniyə sponsorluq etdiyi bildirilib. O, 2010-cu ildə məhkum edildikdən sonra mənimsədiyi pulların 2 milyon manatını Xatirəyə xərclədiyini, ona 2 ev aldığını deyib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025