Siyasət / Slayd (12-02-2015, 20:54)
Bəylər Əyyubov "Azəryolservis" ASC-ni də ələ keçirir
Bu gün sosial şəbəkələrdə və mətbuatda "Azəryolservis” ASC-yə yeni rəhbərin təyin edilməsi barədə məlumatlar yayılıb.
Həmin məlumatlarda deyilir ki, prezidentin sərəncamları ilə "Azəryolservis” ASC-nin sədri postundan azad olunaraq "Azərbaycan Dövlət Dəmir Yolları” QSC-yə rəhbər təyin edilən Cavid Qurbanovun postu da boş qalmayıb. Belə ki, "Azəryolservis” ASC-nin sədri vəzifəsinə Bakı 1 saylı Yol İstismarı İdarəsinin rəisi Saleh Məmmədovun təyin edildiyi bildirilirdi.
"Azəryolservis” ASC-dən verilən məlumatda C.Qurbanovun postunun Saleh Məmmədova verilməsi barədə deyilənlər qismən təsdiqlənib: "Saleh Məmmədov hazırda ASC-yə rəhbərlik etsə də ortada hələ heç bir rəsmi təyinat yoxdur: "Məlumdur ki, "Azəryolservis” ASC-nin sədri prezident tərəfindən xüsusi sərəncamla təyin edilir. Belə bir sərəncam isə hələ verilməyib. Amma ASC sədri vəzifəsinin icrası müvəqqəti olaraq Saleh Məmmədova həvalə olunub”.
Məsələ ilə bağlı, istiqlal.az saytına "Azəryolsevis"-dəki mənbələrdən yeni məlumatlar daxil olub. Mənbə bildirir ki, nəqliyyat naziri Ziya Məmmədov C.Qurbanovun "Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin kollkektivinə təqdimatı zamanı "Azəryolservis"ə Saleh Məmmədovun təyin ediləcəyini bildirib. S.Məmmədovun təyinatı "Azəryolservis"-in rəhbər şəxsləri arasında sevinclə qarşılanıb. Çünki kənar şəxsin təyinatı arzuolunmazdır - kənar şəxsin "təmizləmə" əməliyyatı aparacağı şübhəsizdir.
Mənbə S.Məmmədovun prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun çətiri altında olduğunu deyir: "Cavid Qurbanov ASC-yə rəhbər təyin edildikdən sonra S.Məmmədovu işdən çıxartmışdı. Ancaq B.Əyyubovun müdaxiləsindən sonra onu nəinki işə bərpa etdi, hətta ASC-nin əsas idarəsi olan Bakı 1 saylı Yol İstismarı İdarəsinə rəis təyin etdi. İndi də B.Əyyubovun iradəsinə uyğun olaraq ASC-yə rəhbər təyin edilib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024