Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (11-02-2015, 16:51)
Cavid Qurbanovun yeni təyinatının səbəbi

Cavid Qurbanovun yeni təyinatının səbəbi

“2015-2016-cı illərdə ölkə dəmir yolunda çox böyük islahatlar getməlidir”

 

Mediatv.AZ bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin iqtisadi siyasət Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov Cavid Qurbanovun Azərbaycan Dəmir Yolları QSC-nin sədri təyin olunmasına münasibət bildirərkən dedi.
 
Deputatın sözlərinə görə, təyinatın bir neçə mühüm səbəbi var:
 
“Son zamanlar cənab prezident müəyyən islahatlar aparır. Bunlardan biri də kadr islahatlarıdır. C.Qurbanov uzun müddət "Azəryolservis"də çalışıb. Bu sahə hər şeydən öncə strateji əhəmiyyətli bir sahədir. C.Qurbanov həmin vəzifədə çox yaxşı işlədi. Bütün yolların, körpülərin, keçidlərin tikintisində onun böyük əməyi var. İndi də məsləhət görülüb ki, C.Qurbanov Azərbaycan Dəmir Yolları QSC-nin rəhbəri təyin olunsun. Bu qurum da strateji əməliyyətli bir sahədir və C.Qurbanovun bu sahədə də kifayət qədər təcrübəsi var.
 
Bundan başqa, 2015-2016-cı illərdə ölkə dəmir yolunda çox böyük islahatlar getməlidir. Buna görə də C.Qurbanov kifayət qədər bacarıqlı bir kadr olduğu üçün bu vəzifəyə təyin olundu. Bu təyinatı çox yüksək qiymətləndirirəm”.
 
Bildirək ki, C.Qurbanov 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1987-1992-ci illədə "Elektromexanizasiya" Trestinin 4 saylı Avtonəqliyyat Kontorunda direktor, 1992-1993-cü illərdə "Avtonəqliyyat" Birliyində baş direktor, 1993-1994-cü illərdə isə "Azəravtoyol" Dövlət Şirkətində prezident vəzifəsində işləyib.
 
Daha sonra C.Qurbanov 1995-ci ildə "Azərərzaqnəqliyyat" Birliyində direktor, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin Təchizat şöbəsində rəis, 1997-2001-ci illərdə "Azərdəmiryolservis" İstehsalat Birliyində rəis vəzifələrini icra edib.
 
2003-cü ildən "Yolnəqliyyatservis" Departamentinin, 2004-cü ildən isə Nəqliyyat Nazirliyi "Yolnəqliyyatservis" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi vəzifələrində çalışıb.
 
C.Qurbanov fəaliyyətinin 7 ilini məhz dəmir yolları sahəsində keçirib, texniki elmlər namizədidir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024