Siyasət (Bu gün, 08:48)
ADSEA Zaur Mikayılovun DƏDƏ MALIDIR - FAKT BUDUR!
32gun.az olaraq, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov barədə mətbuatda və digər internet resurslarında gedən məlumatları araşdırdıq. Qarşımıza çıxan mənzərə heç də ürək açan deyil. Eyni ilə rəhbəri olduğu qurumun şikayətçilər tərəfindən sosial şəbəkələrdə, telekanallarda və mətbuatda vətəndaşlar tərəfindən şiddətli tənqidə məruz qalması kimi... Milyonluq tender müqavilələri, ucu-bucağı görünməz xərclər və su kimi axan pullar...
Diqqətçəkən tenderlər
2024-cü ilin oktyabrında Zaur Mikayılovla Milli Məclisin deputatı Xanlar Fətiyev arasında 746 min manatlıq sövdələşmə baş verib. “SEDAM” MMC ADSEA-nın Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti üçün tender keçirərək “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyindən aqreqat alıb. Araşdırmalar göstərir ki, bu zavodun faktiki sahibi Xanlar Fətiyevdir.ADSEA-nın tabeliyindəki digər satınalmalar da diqqət çəkir:
- 2025-ci ilin iyulunda Regional Su Meliorasiya Xidməti Gülməmmədova Vüsalə ilə 109 477,44 manatlıq ofis icarəsi müqaviləsi bağlayıb. Vüsalə Gülməmmədova Abşeronun keçmiş icra başçısı İradə Gülməmmədovanın qızıdır.
- Avqust ayında ADSEA “Embawood” şirkəti ilə 219 935,48 manatlıq mebel və inventar alışı üzrə müqavilə bağlayıb. Şirkətin pay sahiblərindən biri deputat Məşhur Məmmədovdur.
- “İnterkabel” Firması 467 048,72 manatlıq elektrik kabelləri satınalması üzrə tenderin qalibi olub. Şirkətin fəaliyyəti barədə məhdud məlumat var.
- “Az-Tex-İmport” MMC 540 000 manatlıq kabel sınaq və diaqnostika avadanlıqları alışı üzrə qalib seçilib.
- “B2B” MMC isə 10 manat nizamnamə kapitalı ilə fəaliyyət göstərir, qanuni təmsilçisi Bəşirov Ramal Bəşir oğludur və şirkətin keçmiş məmurlara aid olduğu iddia edilib.
Kadr siyasəti və qudalıq əlaqələriZaur Mikayılovun rəhbərliyi altında ADSEA və tabeliyindəki qurumlarda kütləvi ixtisarlar aparılıb. 2024-cü ilin iyulunda yayılan məlumatlara görə, təxminən 400 işçi işdən çıxarılıb. İşçilər işə bərpa tələbi ilə məhkəməyə müraciət ediblər.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025


























