Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (7-06-2018, 09:27)
Goranboy Səhiyyəsindən şikayət var

Goranboy Səhiyyəsindən şikayət var

 Mediatv.az-ın elektron poçtuna Goranboy rayonu Qızılhacılı qəsəbə sakini,Qızılhacılı qəsəbə1saylı tam orta məktəbinin sabiq informatika müəllimi Eminov Neman Bayram oğlu tərəfindən şikayət məktubu daxil olub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına ünvanlanmış şikayət məktubunu olduğu kimi təqdim edirik:

                                           Surəti:             Azərbaycan Respublikasının 1-ci Vitese

                                                                   Prezidenti,  Heydər Əliyev Fondunun

                                                                   Prezidenti, Azərbaycanın 1-ci xanımı, 

                                                                   hümanist, qayğıkeş, ziyalı,  xanım

                                                                   Mehriban Əliyevaya

 

                                           Surəti:             Azərbaycan Respublikasının Səhiyyə Naziri

                                                                  cənab Oktay Şirəliyevə

 

                                           Surəti:             Goranboy rayon Mərkəz Xəstəxanasının 

                                                                   baş həkimi

                                                                   cənab Rüstəm Budaqova

 

 

Cənab Prezident!

                          Hörmətli   Mehriban xanım!

Əsassız işlədiyim məktəbdən məktəb direktoru tərəfindən işdən azad olunduğuma, mənə qarşı olunan haqsızlıqlara və ədalətsizliklərə, hələ də məktəb direktorunun etdiyi özbaşınalıqlar barəsində tədbir görülməməsinə və heç bir işlə təmin olunmadığıma görə səhhətimdə, xüsusi ilə də əsəb sistemimdə ciddi gərginliklər yaranıb. Bunun üçün 2018-ci ilin aprel ayında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə yazılı müayinə və müalicə olunmağım üçün müraciətlər etdim. Eyni zamanda Goranboy rayon Mərkəzi Xəstəxanasının baş həkimi cənab Rüstəm Budaqova da 29 may 2018-ci il tarixində müraciət etmişdim. Bu müraciətlərim əsasında 01 iyun 2018-ci il tarixində Goranboy rayon Mərkəzi xəstəxanasının şöbə müdiri xanım Afina Həsənova mobil telefonuma zəng vuraraq ərizəmlə bağlı məni Goranboy rayon Mərkəzi Xəstəxanasına dəvət etdi. 02 iyun 2018-ci il tarixində Goranboy rayon Mərkəz Xəstəxanasında şöbə müdiri xanım Afina Həsənovanın qəbulunda oldum, mənə anket açdırdı, bir neçə müayinələrdən keçməmi  tibb bacılarına göstəriş verdi. Tam müayinələrdən keçmədim (məsələn terapevtin, göz həkiminin, baş kəllə-beyin həkiminin, rentgenoloqun,) müayinələrindən keçirilmədim.  Nervpotoloq xanım Ayna Məmmədova məni konsultant etdi və baş həkimin göndərişi ilə Akademik Mirqasımov adına Respublika Klinik xəstəxanasına göndərildim. 05 iyun 2018-ci il tarixində bu xəstəxanada oldum, heç bir müayinələrdən  keçirilmədim səthi olaraq bu xəstəxananın Nervpotoloqu mənə baxış keçirdi və bir də psixoloqun yanına göndərdi. Sonda bildirdi ki, mən səni burada saxlayıb müalicə edə bilmərəm ona görə də məni qeydiyyatda olduğum Goranboy rayon Mərkəzi Xəstəxanasının nəzarəti altına göndərilməklə müalicə olunmağımı bildirdi və mənə məsləhət vərəqi verdi.

06 iyun 2018-ci il tarixində mən məsləhət vərəqini götürərək Goranboy rayon Mərkəz Xəstəxanasına gəldim. Vərəqi bu xəstəxananın  şöbə müdiri xanım Afina Həsənovaya təqdim etdim. O, məni Nervpotoloq həkim xanım Ayna Məmmədovanın yanın göndərdi. Həkim məsləhət vərəqinə baxdı məni yenidən xanım Afina Həsənovanın yanına göndərdi. Mən bu qapı–qapı gəzməklərimdən (Süründürməçilikdən)  bir iş başa düşmədim bunu xanım Afina Həsənova dedikdə əsəbi halda mənə uca səslə qışqıraraq get hara şikayət edirsən et, məndə otağı tərk etdim.

Pulum,  vəzifəli qohumum yoxdur deyə mənim müraciətimə baxılmamalıdırmı? Mən müayinə və müalicə olunmamalıyammı?

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeliyində çalışan vəzifələrindən suistifadə edən və vətəndaşların hüquqlarını bilərəkdən taptalayan, süründürməçilik edərək vətəndaşları intihar etmək həddinə gətirib çıxaran bu qanun tanımaz məmurların əlindən bezmişəm.

Bu haqsızlıqlara artıq tab gətirə bilmirəm. Azərbaycan Respublikasından çıxıb getmək istəyirəm.  

İllərdir ki, Goranboy rayon Mərkəzi Xəstəxanasında “Şəkərli diabet” xəstəliyi ilə qeydiyyatda olan anam Eminova Əsbət Sayəddin qızına “qanda şəkərin miqdarını ölçən” aparatı vermirlər.

 

Əvvəlcədən Sizə öz dərin minnətdarlığımı bildirirəm.

шаблоны для dle 11.2

Xəbər lenti
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024