Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (23-01-2017, 15:14)
Buzovnadakı 14 saylı birləşmiş şəhər xəstəxanasından şikayət


 

 

Xəstəxananın həkimi S. Ağayev səhlənkarlıqda və rüşvət almaqda günahlandırılır.Xəzər   rayon  Buzovna   qəsəbə  sakini  Əliyev  Vüqar   Hüseynağa  oğlu  tərəfindən  ərizə  daxil  olub.  Ərizəni  olduğu  kimi  sizə  təqdim  edirik:

                                                             

    Azərbaycan  Respublikasının Prezidenti cənab  İlham Əliyeva

    surəti-Azərbaycan  Respublikasının  səhiyyə  naziri  cənab  Oqtay                                                                                Şirəliyevə

    surəti-Azerbaycan Respublikasının  baş Prokuroru  cənab  Zakir Qaralova 

    surəti-KİV -nə Xəzər  rayon  Buzovna   qəsəbəsi  C.M.Quluzadə küçəsi   ev 40 ünvanında yaşayan  Əliyev  Vüqar Hüseynağa  oğlu tərəfindən 
                                                             

                                                                   Ərizə

 

Hörmətli  cənab  Prezident ! Yazıb sizə bildirmək  istəyirəm ki mən   Əliyev  Vüqar  neçə  illərdi ki,  həkim  səhlənkarlığının  qurbanına  çevrilmişəm. Belə ki  2012-ci  ilin  fevral  ayında  belimin  aşağı nahiyəsində  yaranmış  problemin   müayinə  və  müalicəsi  üçün  Buzovna  qəsəbəsində  yerləşən  14 saylı  xəstəxanaya  müraciət  etdim. Məni   xəstəxanada  müalicə  həkimi  cərrah  S. Ağayev müayinə  etdi. Bildirdi  ki, təcili  əməliyyat  olunmalıyam. Əməliyyat  üçün  onun  özünə  600manat  verməli  olduğumu  bildirdi.  Mən xəstəlikdən əziyyət  çəkdiyim  üçün  həmin  məbləği  verməyə  razı  oldum.Özüm  işləmədiyim  üçün  həmin  pulu  qohum-əqrəbadan  və  dost-tanışdan  borc  aldım.  Lakin  bu  əməliyyat  mənə  600  manata  yox ,  daha  böyük  bir  məbləğə  başa  gəldi.  Belə  ki,  xəstəxanada  yatdığım  15  gün  ərzində  əlavə 1000 manata  yaxın  xərcim  çıxdı. Çünki  adi  bintdən  tutmuş   iynə-dərmana  qədər  hər  bir  şeyi  mənim  özümə  aldırırdılar.  Mən  bütün  bunlara  ona  görə  dözməyə  məcbur  idim  ki,  xəstəliyim  sağalsın.  Aradan  dörd  ildən  artıq  müddət  keçməsinə  baxmayaraq  bu  xəstəlikdən  heç  bir  irəliləyiş  olmadı.  Belə çıxir  ki, S. Ağayevin  mənim  üzərimdə  apardığı  əməliyyat  pul  xatirinə  imiş.  Mən  bu  gün  də  həmin  xəstəlikdən  əziyyət  çəkirəm.  Ancaq  əlavə  pulum  yoxdur  ki,  yenidən  əməliyyata  gedim. Həkim  S. Ağayev  isə  mənimlə  qətiyyən  maraqlanmır.

Cənab  Prezident!  Sizdən  xahiş  edirəm  ki,  14  saylı  xəstəxanadakı  həkim  özbaşınalıqlarına  son  qoyulmasına  tədbir  görəsiniz.  Sizə  öncədən  öz  təşəkkürümü  bildirirəm.

 

 

17.01.2017-ci  il.                          Əliyev  Vüqar.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
12 05 2024
12 05 2024
12 05 2024
12 05 2024
12 05 2024
12 05 2024
12 05 2024
12 05 2024