Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (8-04-2018, 19:26)
İcra Başçısı Bələdiyyə sədri ilə bacarmır?

İcra Başçısı Bələdiyyə sədri ilə bacarmır?

Ötən ay Mediatv.az-ın redaksiyasına Biləsuvar rayonunun Səmədabad kənd ərazisində olan min hektarlarla bələdiyyə və dövlət mülkiyyətində olan torpaq sahələrinin adı çəkilən rayona aidiyyəti olmayan "Astaraçay"ın törəmə müəssisəsi "Muğan düyü" MMC-yə icarə müqaviləsi ilə verildiyi barədə ilginc informasiyalar daxil olmuşdu.Daxil olmuş informasiyanı dəqiqləşdirmək üçün Biləsuvar Rayon İcra Hakimiyyətinə rəsmi sorğu ilə müraciət etsək də,rəsmi sorğumuza cavab gəlmədi.Daxil olmuş informasiyalar əsasında "Biləsuvarlılar torpaqdan imtinaya məcbur edilirlər" sərlövhəli yazı dərc etdik.Yazı dərc olunduqdan sonra eyni problemi yaşayan Biləsuvar rayon Səmədabad kənd sakini Eynullayev Cavanşir Əzizulla oğlu Mediatv.az-ın redaksiyasına məktubla müraciət edib.Şikayətçi Cavanşir Eynullayev  dəfələrlə Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevə və digər təşkilatlara müraciət etsə də problemin həllinə nail ola bilmir.Göydə Allaha yerdə cənab Prezidentə ümid ediyini bildirən şikayətçinin məktubunu olduğu kimi təqdim edirik:

Möhtərəm Cənab Prezident! Sizin apardığınız iqtisadi siyasətə dəstək olaraq kənddə yaşadığımız üçün əkinçiliklə məşğul oluruq. İllər boyu pambıqçılıqla ailəmizi dolandırırıq. Pambıqçılıq bizim üçün həm iş yeri həmdə qazanc mənbəyidir.Buna baxmayaraq hal-hazirda ailəmizin icarəsində olan 10 ha bələdiyyə torpağında pambıq əkini aparmağa imkan vermirlər.Biləsuvar rayon Səmədabad kənd bələdiyyəsinin sədri Həsənov Hidayət Ədialət oğlu bizə bələdiyyə icarə torpağında pambıq əkininə tam şəkildə mane olur və bizi polislə hədələyir.Bütün işlərə polisin köməyi ilə mane olmaq istəyir. Səbəb kimi istifadəmizdə olan torpağın "Muğan Düyü" MMC-ə satıldığını göstərir. Cənab Prezident sizin məmurlara göstərişiniz əhalinin sosial durumunun yaxşılaşması üçün olduğu halda bələdiyyə sədri Hidayət Həsənov bu göstərişlərin əksinə olaraq sosial problemləri həll etmək əvəzinə özü sosial problemlər yaradır.Bələdiyyə sədri bu günə qədər kənddə demək olar ki, heç bir iş görmür, özbaşınalıq edir, işində ciddi nöqsanlara yol verir.Bələdiyyənin əmlakını öz şəxsi əmlakı hesab edir. Narazılıq bildirdikdə "get hara şikayət edirsən et, yenədə sonda mən haqlı olacağam".Dəfələrlə rayon icra hakimiyyətinin başçısı Mahir Quliyevin qəbulunda olub şikayətimi bildirmişəm.Lakin problem həllini tapmır. Bu hərərkət idarəçilik yox "rekertçilik" deməkdir. Başa düşmək olmur Hidayət Həsənov bələdiyyə sədridir yoxsa şirkət rəhbəridir. Cənab Prezident aidiyyatı orqanlara müraciət edilməsinə baxmayaraq Hidayət Həsənov barəsində heç bir tədbir görülmür. İstifadəmizdə olan bələdiyyə icarə torpağını zorla bizdən almaq istəyir. Torpağın bizdən alınması ailənin maddi vəziyyətinin ağırlaşmasına və işsiz qalmağımıza səbəb olacaq. Cənab Prezident Sizə müraciətdə məqsədimiz  Hidayət Həsənov kimi məmurların zülümündən xilas olmaqdır. Onu da qeyd edim ki, Hidayət Həsənovun ailəsi 1993-cü ildə Azərbaycan dövlətçiliyinə ziyan vurmuş separatçı Əlikram Hümbətovala yaxın əlaqədə olmuşdurlar. 1993-cü il iyul-avqust aylarında yaşadığımız Biləsuvar rayon Səmədabad kəndi qondarma "Talış Muğan" Respublikasının son sərhəd nöqtəsi və döyüş texnikasının oylağına çevrildi. Həmin aylarda Hidayət Həsənovun atasi Ədalət Həsənov mağaza satıcısı olduğu halda birdən-birə Sovxoz Direktoru təyin edildi. Məqsəd məlum idi Sovxozun əmlakını talan etmək və buna azda olsa nail oldular. Çox şükürlər ki Ulu Öndər Heydər Əliyev bu özbaşınalıqların qarşısını vaxtında aldı. Cənab Prezident talan etmək, saxtakarlıq Hidayət Həsənovun qanına hopub,yaranmış bu problemdən qurtulmaq üçün bizə köməy etməyinizi Sizdən xahiş edirik. Göydə Allaha yerdə

Sizə ümid edirik. 

İcra Başçısı Bələdiyyə sədri ilə bacarmır?
İcra Başçısı Bələdiyyə sədri ilə bacarmır?

 

шаблоны для dle 11.2

Xəbər lenti
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024