Sosial / Karusel (2-09-2016, 17:26)
Masallıda bələdiyyə sədri vətəndaşa belə "torba tikir"... - ETİRAZ
Masallı rayon sakini Şəmsəddin Mikayılov rayonun əkinə yararlı münbit torpaqları təhlükə qarşısında olması ilə bağlı redaksiyamıza müraciət edib.
Mediatv.az xəbər verir ki, Şikayətçi “Qafqazinfo”ya bildirib ki, Masallı rayon icra başçısının göstəşi əsasında Ərkivan bələdiyyəsinin sədri Anar Rəcəbov və müavini Eynulla Əzizov qəsəbənin əkinə tam yararlı münbit torpaqlarını yük maşınları ilə daşıyaraq satışa çıxarır və həmin ərazidə çınqıl-qum sexi yaradırlar.
“Dolanışığı yalnız həmin pay torpaqlardan çıxan sakinlər dəfələrlə icra başçısına şikayət etsələr də, onların şikayətinə baxan olmayıb. Bundan başqa, məsələylə əlaqədar olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Dövlət Əmlak Komityəsin Cəlilabad Regional şöbəsinə, Bəldiyyələrlə İş Mərkəzinə və aidiyyatı üzrə bütün təşkilatlara müraciət edilib.
Amma müraciətimiz bu günə qədər araşdırılmayıb.
Qəsəbənin yararlı torpaqları tükənmək üzrədir. Bu qanunsuz işlərə etiraz edən vətəndaşlara isə təzyiq göstərilir, Ərkivan bələdiyyə sədri Anar Rəcəbov və müavini E. Əzizovun vasitəsi ilə həmin vətəndaşları şərləyib həbs etdirmək istəyirlər”.
Şikayətçinin sözlərinə görə, İcra başçısının müavini Nəsir Muxtarlı vətəndaşlara torpaqların qazılmasının icra başçısının birbaşa göstərişi əsasında yerinə yetirildiyini, buna heç kimin mane ola bilməyəcəyini deyib: “Nəsir Muxtarlı İcra başçısının göstərişi ilə bələdiyyə sədri Anar Rəcəbov və müavini Eynulla Əzizovu Masallı rayon xəstəxanasının Tramotologiya şöbəsinə aparıb və onların döyülüb xəsarət alması barədə saxta rəy hazırlatıb. Sonra saxta rəylə Masallı rayon Prokrorluguna müraciət edərək həmin şəxsləri bizim (69 yaşlı mən və Afər Cahangirov) döydüyümüz barədə şikayət edib”.
Məsələ ilə bağlı döyüldüyü deyilən bələdiyyə sədrindən və həmçinin, ittiham tərəfi olan icra hakimiyyətindən mövqe öyrənmək mümkün olmayıb. Tərəflərin ittihamlara cavabını dərc etməyə hazırıq.