Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (22-11-2017, 18:22)
Məşhur restoranlarla “Azərsu” arasında qalmaqal: "Bu məsələ indi yadlarına düşüb? Bəs 14 ildə hara baxırdılar?"

Məşhur restoranlarla “Azərsu” arasında qalmaqal: "Bu məsələ indi yadlarına düşüb? Bəs 14 ildə hara baxırdılar?"

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı və Abşeronda 5200-dən artıq obyektin sökülməsi üçün yerli rayon məhkəmələrində iddia qaldırıb. Qurumun iddiasına görə,  onlarla sahibkarın obyekti və yaşayış evləri su-kanal xətlərinin mühafizə zolağında inşa edilib. Bu səbəbdən həmin obyektlərin sökülməsi tələb edilib. Ümumilikdə 5200 tikilidən 3300- ü yaşayış evi, qalan 1900-ü isə müvafiq  tikili və obyektlərdir. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin verdiyi məlumata görə tikililərin təkcə 2500-ü  Binəqədi rayonu,  xüsusilə də Biləcəri qəsəbəsi ərazisindədir. Belə ki, Ceyranbatan-Binəqədi xətti üzrə 3 magistral xətt bu rayonun ərazisindən keçir. 

Məlum olub ki, Bakıda illərdir fəaliyyət göstərən bir sıra məşhur restoranlar  da magistral su kəmərlərinin üstündə tikilib. Bu restoranlar paytaxtın Nizami rayonu Mikayıl Əliyev və Bəkir Çobanzadə küçəsində yerləşir. Həmin şadlıq evlərinin siyahısında “Neolit”, “Qızılqaya”, “Ay işığı”, “Xəmsə”, “Sarı gəlin”, “Xarı bülbül”, “Xan qızı”, “Yeddi gözəl” kimi restoranlar var.  Bu restoranlar “Azərsu”nun 1000-1200 diametrli yüksək təzyiqli magistral su kəmərlərinin üstündə tikilib. 

Artıq “Neolit” və “Qızılqaya” restoranının sökülməsi üçün “Azərsu” tərəfindən iddia məhkəməyə təqdim olunub. Hazırda 121 obyektin işinə məhkəmədə baxılır. Əlavə 60 obyektlə bağlı sənədlər isə hazırlanıb bu yaxınlarda məhkəməyə təqdim olunacaq.

Maraqlıdır, adlarıçəkilən şadlıq sarayları inşa edilən zaman su-kanal xətlərinin mühafizə zolağında tikilməməsi tələbi gözlənilibmi?

“Azərsu”nun iddiası üzrə işə baxılarsa, restoranlar nə qədər kompensasiya tələb edəcək? 

Məsələ ilə bağlı Cebhe.info siyahısda adı olan bir neçə şadlıq sarayı ilə əlaqə yaradıb. 

“Neolit” restoranının administratoru açıqlamasında “Azərsu” ASC-nin məlum iddiasından xəbərsiz olduqlarını deyib. Onun sözlərinə görə, bu məsələni ilk dəfədir ki, eşidir. “Sarı gəlin” şadlıq sarayından da məsələdən xəbərsiz olduqları bildirilib.  “Xəmsə” restoranının nümayəndəsinin mövqeyi isə fərqli olub. O, “Azərsu” ASC-ni bu məsələdə qınayaraq,  problemin indi niyə qabardılmasına şikayətlənib.  “Azərsu” harada idi,  bu məsələ indi yadlarına düşüb?  Bəs 14 ildə hara baxırdılar?”  deyə açıqlamasının davamını gətirməyib. Bildirib ki, məsələ barədə  restoran rəhbərliyini xəbərdar edəcək və açıqlamanı da onlar verəcək. 

“Ay işığı” şadlıq sarayından da iddia ilə bağlı məlumatsız olduqları bildirilib. Restoran nümayəndəsinin sözlərinə görə,  şadlıq sarayı 20 il bundan əvvəl inşa edilən zaman müvafiq qurumlardan icazə alınıb. 

“Yeddi gözəl” şadlıq sarayı da, dediklərinə görə, sözügedən məsələdən xəbərsizdilər. 

Verilən cavablardan belə məlum olub ki,  adlarıçəkilən şadlıq sarayları məsələnin ciddiliyinin hələ də fərqinə varmayıblar.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025