Cəmiyyət (9-06-2014, 14:10)
Səfirin qudasının biznesi təhlükədə
İlham Rəhimov, Abbas Abbasov və Rəsul Quliyevlə dostluq "qara günlər" gətirdi
Azərbaycanın sabiq baş prokuroru, hazırda səfir kimi ölkə xaricində olan Eldar Həsənovun Bakıda yaşayan qohumları ciddi problemlə üzləşiblər.
Eldar Həsənovun problemlə üzləşən qohumları arasında onun qudası Rabil Hüseynov, kürəkəni Qabil Hüseynov və onlara bağlı olduğu iddia edilən şəbəkə də var.
Məlumatda bildirilir ki, E.Həsənovun qudasının əsas pay sahibi olduğu və illərdir "Bakı Şərab-2" ASC-nin İdarə Heyətinin sədri olan Rabil Hüseynov zavod üzərində təsirini ciddi şəkildə itirib.
Məlumata görə, bu prosesə təxminən 2-3 il əvvəl start verilib: "Rabil Hüseynov zavodun fəaliyyəti ilə bağlı sıxışdırılanda bir qədər ayıq tərpəndi. O, Eldar Həsənovun kürəkəni olan oğlu Qabil Hüseynovu Türkiyəyə göndərərək, Azərbaycandakı sərvətlərini tədricən həmin ölkəyə və digərlərinə köçürməyə nail ola bildi".
Məlumatlı şəxs "Reytinq"ə deyib ki, Eldar Həsənovun yaxınlarının Azərbaycandakı məğlubiyyəti əsasən 2008-ci ilin prezident seçkilərindən sonra sürətlənib: "Bu məsələdə Rabil Hüseynovun böyük oğlu, əvvəllər prokurorluqda işləyən Şahin Hüseynlinin də rolu oldu. Onun bibisi oğlu Yaşar Məlikovun sahibi ol-duğu "Neolit"də qanlı hadisə törətməsindən sonra vəziyyət daha da mürəkkəbləşdi. Eldar Həsənovun rəqibləri isə bu hadisəni öz maraqlarına uyğun şəkildə ölkə rəhbərliyinə məruzə etdilər. Nəticədə Həsənovun Azərbaycandakı planlarına ciddi zərbə dəydi".
Məlumatda iddia olunur ki, əleyhdarları sonradan E.Həsənovun "Milyarderlər İttifaqı" ilə əlaqələrini, gizli təşkilatlanma işlərini və Azərbaycanla bağlı çox məxfi planlarını da aşkarlayıblar.
Həmin qüvvələr bu məlumatları Eldar Həsənovun dostluq etdiyi nüfuzlu adamlarla, konkret olaraq, Baş nazirin keçmiş müavini Abbas Abbasov və Putinin tələbəlik dostu, milyonçu iş adamı, sabiq baş prokurorun qohumu İlham Rəhimovla əlaqələndirirlər. Eyni zamanda, eks-spiker Rəsul Quliyevlə keçmişə dayanan möhkəm dostluq əlaqələri də vəziyyəti ciddi şəkildə Eldar Həsənovla qohumlarının əleyhinə dəyişib.Bundan istifadə edərək, sabiq baş prokurorun qohumlarının Azərbaycandakı "iqtisadi imperiyası"nı da çökdürməyi sürətləndirmək istəyirlər.
Belə biznes obyektlərindən birinin də bir neçə hektardan ibarət ərazisi olan "Neolit" şadlıq evi olduğu bildirilir. "Neolit" rəhbəri Yaşar Məlikov isə ayağında problem olması səbəbindən işə çıxmamaqla, əlverişli zaman qazanıb, vəziyyətdən çıxmaq istəyir: "Lakin elə vəziyyət yaranıb ki, artıq Yaşar Məlikov "aylıq hesab" verdiyi dostlarının da köməyindən yararlana bilmir".
Məlumata görə, "Azərsu" ASC-yə Yaşar Məlikovun sahibi olduğu və hektarlarla ərazisi olan "Neolit" şadlıq evini sökdürmək tapşırığının arxasında da müəyyən mənada, "Milyarderlər İttifaqı"ndan qaynaqla-nan gizli siyasi məqsədlər dayana bilər: "Bu barədə müəyyən dəqiqləşdirmələr apardıqdan sonra daha ətraflı məlumatları sizə təqdim edəcəyəm. Eyni zamanda, Rusiyanın siyasi dairələri ilə gizli əlaqələrin hansı məqsədlərə xidmət etməsi barədə də müfəssəl məlumatlar toplayıram. Təbii ki, burada vaxtiylə Azərbaycan hakimiyyətində "Qızıl üçlük" qruplaşması kimi tanınan Abbas Abbasov, Eldar Həsənov və Namiq Abbasovla bağlı məlumatlar yer almaqla yanaşı, İlham Rəhimovla bağlı da çox ciddi məsələlər öz əksini tapır".
O ki qaldı "Neolit" şadlıq evi ilə bağlı əsaslandırmaya, mənbə deyib ki, bu, Kreml ilə qurulan böyük siyasi kombinasiyalar fonunda çox kiçik məsələ olsa da, obyektin söküləməsi "Azərsu" ASC-nin balansındakı iri diametrli su borusu xəttinin üzərində tikilməsi ilə əlaqələndirilir. İddia edilir ki, şadlıq evi 500 mm-lik borunun üzərində tikilib. Ona görə də, aylıq gəliri 100 min manatı aşan obyektin sökülməsi gündəmə gəlib. "Neolit"də marağı olan bəzi məmurlar isə bundan istifadə edərək, Yaşar Məlikovu "dalan"a dirəyiblər. Onların arasında hüquq-mühafizə orqanlarında çalışanlar da var. Lakin həmin "himayədar"lardan bəziləri Eldar Həsənovla bağlı yaranan söz-söhbətlərin böyüməsindən narahatdır.
Sonda bir daha bildirilib ki, bu məsələ tikinti işlərinin normativə uyğun olmamasından daha çox siyasi məqsədlər dayışır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024