Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (30-08-2016, 11:45)
“Azərsu”da hərc-mərclik son həddə çatıb - Belə deyirlər...

“Azərsu”da hərc-mərclik son həddə çatıb
“Azərsu” ASC-nin rəhbərliyi ilə bağlı KİV-lərdə yayılan rüsvayçı yazıların sayı gündən-günə artmaqdadır.

Mediatv.az xəbər verir ki, bu günlərdə “7 nevs.az” saytında yayılan videokadrlar isə cəmiyyətdə şok effekti yaradıb. Sözügedən kadrlarda ulu öndər Heydər Əliyevin, möhtərəm Prezidentimiz İlham Əliyevin portretlərinə laqeyid yanaşılması qeyd olunurdu.

Daxil olan məlumatlara görə, bu kadrların çəkilib yayılmasının başında müavin kimi Mingəçevir şəhərinin kuratoru Etibar Məmmədov dayanır. Ona bu işdə digər müavin Köçəri Həsənov və hələlik adını çəkmədiyimiz digər şəxs kömək ediblər. Bu işlərə maliyyə dəstəyi isə “Azərsu” ASC-də məsul vəzifə tutan Arzuman Abbasovdan gəlir. Deyilənlərə görə, “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynovun qohumları tərəfindən yuxarıda adları çəkilən şəxslərə dəfələrlə xəbərdarlıq edilib ki, bu tip əməllərə son qoysunlar. Ancaq edilən xəbərdarlıqlar hələdə nəticəsiz qalır.

Ötən yazımızda Sumqayıtda “4 qardaş” şadlıq evinin yaxınlığında Təmizləyici Qurğunun tikintisinə milyonlarla vəsaitin xərclənməsi, sonradan isə həmin tikintinin müəmmalı şəkildə yarımçıq qalması haqda məlumat vermişdik. İndi məlum olur ki, yarımçıq dayandırlan tikintinin üst hissəsində yeni fəaliyyətə başlayan Yanacaqdoldurma Məntəqəsi Qorxmaz Hüseynova məxsusdur. Hazırda həmin ərazidə Q.Hüseynova aid olduğu bildirilən başqa tikinti işləri də aparılır.

Bu məlumatlardan belə qənaətə gəlmək olur ki, haqqında bəhs olunan Təmizləyici Qurğu bilərəkdən yarımçıq dayandırılıb və həmin qurğuya xərclənən vəsait havaya sovrulub.

Məlumata görə, həmin sahəyə xərclənən məbləğ maliyyə mühasibat sənədlərində öz əksini tapır, mənbənin məlumatında o da qeyd olunur ki, hazırda “Azərsu”da bir neçə qruplaşma fəaliyyət göstərir. Bu cür vəziyyət isə heç bir yaxşı sonluq vəd etmir.

Məhz buna görə aidiyatı dövlət qurumlarının “Azərsu”da yoxlama aparmasına ciddi ehtiyac duyulur. 

шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024