Sosial / Slayd (12-12-2014, 20:29)
"Azərsu" rəhbərliyi kimə və nə məqsədlə 5 milyon rüşvət verib? - İddia
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şikayətçi Mayılova Minayə Seyidaga qızı redaksiyamıza şikayət məktubu göndərib. O bildirir ki, 7 ilə yaxındır Göyçay rayonunda mülkiyyətində olan torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin özbaşınalığı nəticəsində "Azərsu” ASC-nin istifadəsinə verilib və orada özbaşına tikililər inşa edilib.
Vətəndaş bununla bağlı 6 ay əvvəl Göyçay Rayon Məhkəməsində "qanunsuz istifadəyə son qoyulması və özbaşına tikililərin sökülməsi” tələbinə dair iddia qaldırıb.
Şikayətçi bildirir ki, 2007-ci ildə "Azərsu” ASC öz anbar və binalarını inşa etdirmək üçün onun və başqa şəxslərin torpaqlarını zəbt edib: "Bu özbaşınalıqlar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun himayəsi ilə davam etdirilib. "Azərsu” planlarını həyata keçirmək üçün bir çox qurumlara rüşvət verib. Nəticədə onlara olunan xəbərdarlığa baxmayaraq, bu günə qədər başqasının mülkiyyətindən çox arxayın şəkildə istifadə edirlər. Rüşvət hesabına məhkəmə çəkişmələrini də süni şəkildə uzadır, ekspertiza rəylərinin verilməsinin qarşısının alınmasına nail olurlar.
Məsələn, Göyçay Rayon Məhkəməsinin sədri Fərhad Əfəndiyevin icraatında olan 2-(046)-107/14 saylı mülki işin baxılması bir çox bəhanələrlə yubadılıb. Həmin iş üzrə 08 avqust 2014-cü il tarixli qərardadla təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası mütəxəssisi öz vəzifəsinə etinasız yanaşıb. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri isə əraziyə baxış keçirmiş olsalar da, tələb olunan mütəxəssis rəyini və sənədləri ekspertizaya təqdim etməyiblər. Bu səbəbdən məhkəmə tikinti-texniki ekspertizası qərardadını icrasız saxlayıb və mülki iş materialları geri qaytarılıb”.
Sahibkar Mayılova deyir ki, başına gələnlər "Azərsu”nun 12 milyon manatlıq talama oyunun bir hissəsidir: "Bu qurum indiyədək həyata keçirdiyi qanunsuz işlərini və talançılığını ört-basdır etməyə 5 milyon manat rüşvət paylayıb. Belə bir məbləğdə rüşvət verməkdən çəkinməyən "Azərsu” ASC ilə hansı formada və nəyin mübarizəsini apara bilərəm?
"Azərsu” ASC-nin Göyçay rayonunda olan fəaliyyəti yoxlanarsa, aşkar olunar ki, milyonlarla manat pulu torpaq alınmasına görə büdcədən silmiş olsalar da, bu günə qədər bir qarış torpağın rəsmi sənədi belə yoxdur. Ölkə başçısı cənab İlham Əliyevdən xahiş edirəm ki, cavabdeh şəxslərdən bu talançılıqlarının hesabının sorulması üçün göstəriş versin. "Azərsu”dan soruşulsun ki, dövlət başçısının sərəncamıma əsasən ayrılmış pullarla qurum nə üçün torpaq sahəsi almayıb və vətəndaşların mülkiyyətini zəbt etməklə orada anbar və digər obyektlər tikiblər?
Cənab prezident! Hüququ pozulmuş bir sahibkar kimi şikayətimi nəzərə alaraq, qanunsuzluqlara əl qoymuş Qərib Məmmədov və "Azərsu” rəhbərliyinin cəzalandırlmasını, hüquqlarımın bərpasına göstəriş verməyinizi sizdən xahiş edirəm” musavat.com
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024