Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (27-07-2017, 17:47)
Deputat mənzil fırıldağının qurbanı olub - 654 min dolları batıb

Lerikin deputatı tikinti şirkətini və 3 vətəndaşı məhkəməyə verib. Deputat 654 min dollar ödədiyini dediyi mənzilləri tələb edir. Amma məhkəmə deputatın iddiasını tələb etməyib.

Musavat.com xəbər verir ki, Lerikin deputatı İqbal Məmmədov bir neçə aydır ki, Xətai Rayon Məhkəməsində rayon sakinləri ilə çəkişmədədir.

Bildirək ki, deputat rayonun F.Bayramov küçəsi 1156 ünvanında yerləşən yeni tikilmiş 24 mərtəbəli dörd binadan 3 mənzil aldığını deyib.

Deputat həmin mənzillərin ikisinun üçotaqlı, birinin isə dörd otaqlı olduğunu və hələ 2008-ci ildə bu mənzillərə görə 654 min dollar pul ödədiyini söyləyir.

Deputat mənzillərdən ikisinin pulunu tam ödədiyini, üçotaqlılardan birinin pulundan isə 7940 manat borclu qaldığını deyir.

İ.Məmmədov evlər üçün 2008-ci ildə “STS” şirkətinin baş direktoru Məzahir Cəfərovla müqavilə bağladığını və pulu da ona verdiyini bildirir.

Məhkəməyə İqbal Məmmədov özü müraciət edib. Deputat məhkəməyə müraciətində deyir ki, “STS” şirkəti ilə bağladığı üç müqavilə dəyişdirilərək, həmin binaların tikintisində iştirak etmiş başqa bir şirkətlə - “Sahil-D Company” ilə bağlanmış hesab edilsin, hər üç mənzil də ona verilsin.

Deputat 7 min 940 dollarlıq qalıq borcu da ödəməyə hazır olduğunu deyir.

Amma məsələ burasındadır ki, deputatın tələb etdiyi mənzillər xeyli vaxtdır ki, başqa adamların mülkiyyətindədir. Onlar mənzilləri “Sahil-D Company”dən alıblar.

İşə Xətai Rayon Məhkəməsində baxılarkən həmin evlərdə yaşayan Şakir Məmmədov, Sərdar Əliyev və Əliağa Məmmədov da qarşılıqlı iddia qaldırıb.

Onlar bildirirlər ki, mübahisə predmeti olan mənzilləri qanuni şəkildə alıblar, indi həmin mənzillərin deputata verilməsi mülkiyyət hüququnun pozulmasıdır.

Deputat iddiasını belə əsaslandırır ki, mənzilləri tələb etdiyi “Sahil-D Company”in də baş direktoru Məzahir Cəfərov olub. Bu şirkətlərin hüquqi ünvanı da eynidir. Yəni eyni adamlarındır.

Evlərin sahibləri isə deyir ki, “STS” şirkətinin səlahiyyətli şəxsləri həbs olunub, binanın tikintisini başa çatdıra bilməyiblər. Ona görə də “Sahil-D Company” bu işi davam etdirib və qanuni şəkildə mənzilləri satıb.

İşə baxan hakim Səadət Səlimova deputatın iddiasını təmin etməyib.

Məhkəmə belə nəticəyə gəlib ki, İqbal Məmmədov pulu “STS" şirkətinə ödədiyinə görə pulu da bu şirkətdən alınıb ona qaytarılmalıdır.

Deputat qərardan narazı qalıb və apellyasiya şikayəti verib.

Eyni zamanda, şirkətlərin hüquqi ünvanının Nərimanov rayonu ərazisində olduğunu nəzərə alaraq, bu rayonun məhkəməsinə də müraciət edən deputat bu dəfə cavabdeh qismində şirkətlərlə yanaşı, sözügedən üç evin mülkiyyətçilərini də məhkəməyə cəlb edib.

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Abbas Əliyevin icraatındadıe və avqustun 8-də məhkəmə keçiriləcək. 

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024