Karusel / Slayd (22-07-2017, 19:47)
Sabiq deputatdan SOCAR-a qarşı sərt ittiham
Sabiq millət vəkili, iş adamı Nazim Bəydəmirli SOCAR-ın regionların qazlaşdırması sahəsində ciddi əyrintilərə yol verdiyi üçün ittiham etdi.
Mediatv.az xəbər verir ki, bu barədə sabiq millət vəkili Nazim Bəydəmirli öz Facebook səhifəsində yazıb.
O qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində cənab prezident İlham Əliyevin 2006-cı ildə Gədəbəyə səfəri zamanı sərhəd kəndlərinin təbii qazla təmin edilməsi göstərişi SOCAR tərəfindən sabotaj edilir.
“Belə ki, yenə də bizim hökumətə dəfələrlə müraciətimizdən sonra 2010-cu ilin sonunda Gədəbəydən Şınıx zonasına magistral xətt çəkildi. Magistral xəttin çəkilməsinə baxmayaraq Şınıx bölgəsində yerləşən 28 kənddən ancaq ikisi qazlaşdırlldı, yerdə qalan 26 yaşayış məntəqəsi hələ də qazsızdır”- deyə, N. Bəydəmirli vurğulayıb.
SOCARı bu layiə adı altında ciddi maliyyə naxinasiyalarına yol verdiyini deyən N. Bəydəmirli deyib ki, Şınıx bölgəsinin qazlaşdırılması üçün ayrılan vəsaitin böyük bir qismi mənimsənilib: “Ayrılmış astronomik vəsait mənimsənilib. Ancaq Azərtac və Aztv məlumat yayıb ki, Şınıx tam qazlaşdırılıb. İndi mənim kəndçilərim, hansılar ki, Gürcüstanın Kazbek yolu ilə Rusiyaya gedib-gəlirlər sual edirlər: Niyə Gürcüstanın dağlıq ərazilərində iki-üç evdən ibarət olan kəndlərinə qaz çəkən SOCAR bizim kəndlərin qaz işini yarımçıq saxlayıb? Bu şirkət nə zaman milli olacaq? Türkiyədə 20 milyardlıq yatırımla, Avropa enerji təhlükəsizliyinə “töhfəsi” (?!) ilə öyünməkdən öncə Azərbaycanın bölgələrində 50%-dən çox evlərin qazını həll etmək lazımdır. Holandiyada qadın futbol çempionatına sponsorluq etməklə əhalinin nifrətini qazanmaqdansa bölgələri qazlaşdırsalar daha yaxşı olar. Artıq SOCAR-ın hər işindən bu kəndlərdə hamının xəbəri var”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024