İqtisadiyyat (29-03-2016, 10:49)
SOCAR Gürcüstanın qazını kəsdi
SOCAR Gürcüstanın bir hissəsinin qaz təchizatını məhdudlaşdırıb.
Mediatv.az bildirir ki, bu barədə “SOCAR Georgia Gas” xəbər yanıb. Bu təmir tikinti işləri ilə bağlıdır. Aparılan işlər ilə əlaqədar bu gündən martın 30-u saat 16:00-a qədər Gürcüstanın bəzi ərazilərində qaz təchizatında məhdudiyyətlər yaranacaq.
Məhdudiyyətlər əsasən Ozurqeti, Qurianta, Makvaneti, Nasakirali, Dvabzu, Baxvi, Boxvauri və Şemokmedi aid edilir.
“SOCAR Georgia Gas" şirkəti yaranan narahatlığa görə abunəçilərdən üzr istəyir. Mənzildə qazı bağlı saxlamağı və baxımsız qaz avadanlıqlarını istifadə etməməyi xahiş edirik”, - deyə məlumatda bildirilir.
Təbii qazın bərpası mərhələli formada bərpa ediləcək.
Bir müddət əvvəl “Şahdəniz” qaz kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində Azərbaycanın Gürcüstana nəql etdiyi gündəlik təbii qazın həcmi 2,8 milyon kubmetrdən 3,2 milyon kubmetrədək artırılıb. Gürcü tərəfi ilə qış və yay vaxtlarında verilən qazın göstəricilərinin əvvəlki 60% və 40%-ə qarşı 70% və 30%-a çatdırması haqda razılıq əldə olunub. Bununla belə, o deyib ki, ehtiyac yarandığı halda SOCAR sutkalıq həcmi 7 milyon kubmetrə qədər çatdıra bilər. Razılaşma SOCAR prezidenti Rövnəq Abdullayev və Gürcüstanın Energetika naziri Kaxa Kaladze arasında görüş zamanı əldə olunub.
anspress