Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (9-06-2017, 13:33)
Sərnişindaşımada inhisarçılıq:Faiq Seyidov nümunəsi - YENİLƏNİB

“SAFA Holding” MMC, “SAFA Beauty and Spa” MMC, “SAFA Trans” MMC, “SAFA İnşaat” MMC, “Xaliq Faiqoğlu” MMC və sərnişindaşıma xidməti 

Bakı Nəqliyyat Agentliyinin sərnişindaşımada qayda-qanun yarada bilməməsinin səbəblərindən biri

Yenixeber.org:  Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin yaradılmasından 18 ay ötür. Xatırladım ki, bu Agentliyin yaradılmasında məqsəd, paytaxtda nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi, sərnişinlər üçün beynəlxalq standartlara uyğun avtomobil nəqliyyatı xidmətinin təşkilinin genişləndirilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarına nəzarətin gücləndirilməsi, nəqliyyatın hərəkətinin tənzimlənməsi və bu sahədə islahatların davam etdirilməsi idi. Artıq 18 ay sonra qurumun fəaliyyətinə qiymət vermək olar.

Qeyd edək ki, 13 yanvar 2016-ci ildə cənab prezidentin sərəncamı ilə Bakı Nəqliyyat Agentliyinin baş direktoru təyin edilən Vüsal Kərimlinin rəhbərliyi altında yeni qurum ilk vaxtlar bir sıra ciddi tədbirlər həyata keçirə bildi. Belə qənaət yaranırdı ki, Bakı Nəqliyyat Agentliyi sələfi  “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının Təşkili” MMC-nin paytaxtın sərnişindaşıma sahəsində yaratdığı xaosu aradan qaldıra biləcək. Vüsal Kərimliyə cənab prezidentin etimadı və dəstəyi də bunu söyləməyə imkan verirdi. Ancaq,… zaman keçdikcə Bakı Nəqliyyat Agentliyinin fəaliyyətində tərəddüdlər, geriçəkilmələr aydın görünməyə başladı. Bakıda avtobus terrorunun can almaqda davam etməsinin səbəblərindən başlıcası da budur. Elə bu yaxınlarda paytaxtda sərnişin avtobuslarının iştirakı ilə insan ölümü və yaralanması ilə nəticələnən daha iki insident baş verdi. Bu olaylardan birində hərəkətdə olan avtobusun açıq qapısından sərnişin yıxılıb və daha sonra xəstəxanada dünyasını dəyişib. Başqa bir olayda isə avtobus piyadanı vuraraq öldürmüşdü.

Sərnişindaşımada inhisarçılıq:

Bir sözlə, məlum səbəblərdən “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının Təşkili” MMC-nin zamanındakı xaos davam edir. Ekspertlərə görə bu sahədə Bakı Nəqliyyat Agentliyinin arzuolunan qayda-qanun yarada bilməməsinin başlıca səbəbi bu sahədəki inhisarla bağlıdır. Bu istiqamətdə yenixeber.org-a daxil olan məlumatlara görə inhisarçılar sırasında iş adamı Faiq Seyidovun da adı yer alır. Bu şəxs “SAFA Holding” MMC, “SAFA Beauty and Spa” MMC, “SAFA Trans” MMC, “SAFA İnşaat” MMC və “Xaliq Faiqoğlu” MMC kimi şirkətlərlə yanaşı çoxsaylı avtobus marşurutunun sahibidir. İş adamının fəaliyyət dairəsinə sərnişindaşıma, nəqliyyat, inşaat, neft məhsullarının satışı, biznes mərkəzi, sağlamlıq, istirahət mərkəzi, maliyyə-kredit xidmətləri daxildir. Bu mövzuda bir müddət əvvəl də elektron mediada yazılar yer almışdır. (cümhuriyyet.az)

  Məlumata görə, Bakı Nəqliyyat Agentliyi fəaliyyətə başladıqdan az sonra Faiq Seyidovun nəzarətində 18, 22, 27, 37, 49, 52, 53, 54, 57, 61, 65, 76, 79, 85, 96, 119, 188, 199 saylı marşrutlardan 18, 37 və 96 saylı marşurutları bağlayıb, 79 saylı marşurutun isə yolunu qısaltmışdı. Ancaq hansı səbələrdənsə Agentliy öz qərarı üzrərində çox dayana bilmədi(?) Məlumatlı şəxs yenixeber.org-a bildirir ki, Bakı Nəqliyyat Agentliyinin öz qərarından vaz keçməsinə səbəb Faiq Seyidovun hakimiyyətin yükəsk dairələrində və Bakı şəhər İcra Hakimiyyətində güclü əlaqələlərə malik olması olub. (Hələlik bu şəxslərin adlarını yazmağı uyğun bilmirik. Red.)Yəni, Faiq Seyidovun himayədarları Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimlini güzəştə getməyə sövq ediblər. İş adamının “krışa”sı onu həmişə qoruya bilir. Hansı ki, nəticədə bildiyimiz və biləcəyimiz hadisələr baş verməkdədir.

                         Bahalı avtomobil kolleksiyası: 090

Faiq Seyidovun bahalı avtomobillərdən ibarət kolleksiyasının da olduğu iddia olunur. Həm də avtomobillərdən əksəriyyətinin isə nömrələri 090-dır. Belə ki, cənab Seyidovun özünün adına olan Land Rover-in dövlət nömrə nişanı Az 10 OF 090, Rang Rover-in nömrə nişanı Az 10 LU 090-dır. Oğlu Xaliq Seyidova məxsus Gelenvagen-nin dövlət nömrə nişanı Az 90 ZO 090-dır. (Yeri gəlmişkən, bir müddət əvvəl Xaliq Seyidovun ölümlə sonuclanan avtoqəza törətməsi haqqında da məlumat yayılmışdır.)  Əlbəttə, zəngin bir iş adamının belə avtomobillərə sahib olmasında qəbahətli, nöqsanlı bir nəsnə yoxdur. Ancaq,… əldə etdiyimiz məlumatlara görə, iş adamının bir sıra maliyyə əməliyyatlarında şübhələrə yol açan detallar var.

 Bu istiqamətdə araşdırmalarımız davam edir. Hələlik isə qeyd edək ki, özlərinin zəngin və qüdrətli sahibkarlarına güvənən Faiq Seyidovun sürücülərinin avtobusları necə idarə etməsini görmək istəyənlər isə “SAFA Holding” MMC-nin binasının qarşısındakı (Mir Cəlal k. 23A) piyada keçidində qaydalara necə əməl etməsini izləyə bilərlər.

Biz bu və digər məlumatlara aydınlıq gətirmək üçün qarşı tərəfi də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki bütün cəhdlərimiz nəticəsiz oldu.

Mövzunun davamı olacaq.

                                                                      ***

Elə bu dəqiqələrdə özünü “SFA PLAZA”nın əməkdaşı kimi təqdim edən şəxs (X-XX)-XXX-82-83 nömrəli mobil telefonla baş redaktorumuza zəng edərək, tərbiyəsinə uyğun şəkildə təhqiramiz ifadələrlə "od püskürdü". Sonra da hələlik açıq yazmağı uyğun bilmədiyimiz hüquq-mühafizə orqanının adı ilə hədə-qorxu gəldi(?)

Olsun, bu da bir nümunədir: yumşaq desək arzuolunmaz nümunə. Təəssüf ki, hələ də bəzi səlahiyyət sahibləri mətbuatla “bu cür əməkdaşlıq edir”. Yaxşı olardı ki, qarşı tərəf təhqir və təhdidə deyil, yazıda yer alan məlumatlara aydınlıq gətirməyə üstünük verərdi.

 

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024