Karusel (30-05-2017, 23:05)
İcra başçısının qudası Göyçay təhsilini iflic edib
Göyçay şəhər sakini, İsmayıl Göyçaylı küçəsi dalan 4, ev 10-da yaşayan keçmiş hərbi zabit Hüseynov Rauf Rafiq oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi yazır ki, Göyçay rayon Təhsil şöbəsində özbaşınalıq höküm sürür: “Təhsil şöbəsinin müdiri Elnur İsmayılov burada heç kimdir, çünki burada bütün işləri Sabirabad rayon İcra başçıs Nazim İsmayılovun qudası Rüstəm Talıbov idarə edir. Rüstəm Talıbovun vəzifəsi müdirin köməkçisi olsada qudası Nazim İsmayılovun himayəsi altında Göyçay təhsilini iflic edib. Nəticədə Göyçay rayon məktəblərində saxtakarlıq korrupsiya halları baş alıb gedir.
Mənim həyat yoldaşım Hüseynova Təranə Arif qızı, 1996-cı ildə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakultəsinə daxil olub və 2000-ci ildə bitirib.Təyinatla Göyçay şəhər Vüqar Əiyev adına 8 saylı ümumi orta məktəbə ana dili və ədəbiyyat fənni üzrə müəllim göndərilmişdir və fasiləsiz olaraq həmən məktəbdə 2010 ilə qədər müəllimə kimi çalışmışdır. Mənimlə ailə qurduqdan sonra həmin vaxt Sərhəd Qoşunlarında zabit kimi xidmət etdiyim üçün işimlə bağlı həyat yoldaşım işdən çıxdı. Mən ordu sıralarından xəstəliyimlə bağlı 2013-cü ildə ehtiyata buraxıldıqdan sonra, həyat yoldaşım yenidən 25 fevral 2014-cü ildə müqavilə ilə, həmin 8 nömrəli məktəbə işə gayıdıb, hal-hazırda 3 il 3 aydır işləyir və 13 il iş stajı var.
Lakin Rayon Təhsil Şöbəsinin rəhbəri Elnur İsmayılov və məsləhətçisi Səbirabad Rayon İcra Hakimiyyətinin Başçısı Nazim İsmayılovun qudası Rüstəm Talıbov mənim yoldaşımı diaqnostik qiymətləndirməyə buraxmadılar. Əsas isə onu gətirdilər ki, təhsil naziri Mikayıl Cabbarov 19 aprel 2013-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə təyin olunan vaxtdan şifahi göstəriş verib ki, müqavilə ilə işə götürülənlər qiymətləndirməyə buraxılmasın. Nə üçün onda 2010, 2011, 2012, 2013 –cü illərdə ali təhsil ocaqlarını və kollecləri bitirmiş, eyni zamanda işə qəbul olunmaq üçün heç bir imtahan verməmiş, müqavilə ilə işə götürülüb və diaqnostik qiymətləndirilməyə buraxılırlar, lakin mənim həyat yoldaşım 13 il iş praktikası var, hərbiçinin həyat yoldaşı ola-ola ona güzəşt olunmur və diaqnostik qiymətləndirilməyə buraxılmır?! Bu azmış kimi Elnur ismayılov, Rüstəm Talıbov və Təhsil Nazirliyinin əməkdaşı Eşqin Bağırov kimiləri Azərbaycan Respublikası təhsil naziri cənab Mikayıl Cabbarovun adından istifadə edərək, mənə və yoldaşıma bildiriblər ki, 13 ildən artıq iş praktikasına baxmayaraq yeni tədris ilindən işdən azad olunacaq.
Mən bu barədə 29 mart 2017-ci il tarixində təhsil naziri Mikayıl Cabbarova Azəraycan Respublikası Konstitusiyasının 57-ci maddəsini rəhbər tutaraq “Müraciət etmək hüququ” ilə müraciət ünvanlansam da, indiyə qədər baxılmayıb. Hansı ki, vətəndaşların müraciətlərinə 15 iş günü müddətində baxılıb və rəsmi cavab verilməlidir.
Hal-hazırda ali təhsil almış insanlar diaqnostik qiymətləndirməyə buraxılmır. Amma çoxlu sayda kolleci bitirən şəxslər işlə təmin olunurlar. O zaman nə üçün əziyyət çəkib ali təhsil alırıq, elə onda bütün ali təhsil ocaqları bağlansın və kolleclərə yer verilsin, çünki Göyçayın təhsil şöbəsinin rəhbərliyi belə xaos yaradıb və bilərəkdən əhalinin böyük ziyalı hissəsini cənab Prezidentimiz İlham Əliyevin üstünə düşünülmüş şəkildə qaldırırlar.
1995-ci ilin məlum mart hadisələrində mən Sərhəd Qoşunları Fakültəsinin 3-cü kursunda təhsil alırdım və Ali Baş Komandan Ümümmilli Lider prezident Heydər Əliyevin əmri ilə XTPD (omon) qarşısında öz döyüş yoldaşlarımla və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Bəhruz Mansurovla sipər olduq və XTPD-nin niyyətinə çatmasına imkan vermədik. Həmin döyüşdə Bəhruz Mansurovun ölümü məni çox qəzəbləndirdi və mən Rövşən Cavadova açdığım güllə ilə onu yaraladım, sonralar o qanitirmədən dünyasını dəyişdi.
Həmin vaxt məndə bir çox döyüşçü dostlarımla, bizə verilən mükafatlardan imtina etdik və düşünə bilməzdim ki, 22 il sonra mən heç kimə lazım olmayacam və bugün Rüstəm Talıbov kimiləri mənim Heydər Əliyevin siyasi kursuna sadiq qalıb Rövşən Cavadovu həbs etməyimi qınayacaqlar. Çünki Rüstəm Talıbovun arxasında Səbirabad Rayon İcra Hakimiyyətinin Başçısı Nazim İsmayılov durub. İndi kim zamanət verər ki, Lələtəpə əməliyyatında mərdlik göstərən və mükafatlardan imtina edən igid oğullarımız 22 ildən sonra hansı məmur özbaşınalığı ilə üzləşəcəklər? Belə hadisələri eşidən və bilən şəxslər düşmən tapdağında olan 20 faiz torpaqlarımızın azadlığına can atacaqmı?
Əgər Rövşən Cavadov qalib gəlsəydi, o zaman Mikayıl Cabbarov Təhsil Naziri, Səbirabad Rayon İcra Hakimiyyətinin Başçısı Nazim İsmayılov, Göyçay Rayon Təhsil Şöbəsinin direktoru Elnur İsmayılov və məsləhətçisi Rüstəm Talıbov bu vəzifələrə təyin olunacaqdırlar?
Sizdən xahiş edirəm, mənim hüququmu qorumaqda mənə köməklik göstərəsiniz və bu şikayətimi ictimaiyyətləşdirəsiniz. Cənab Prezident İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban Əliyevadan mənim bu şikayətimi araşdırmalarını xahiş edirəm”.