Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (22-05-2017, 20:39)
Əbülfəz Qarayevin işçisindən şikayət var

 

 

   Mediatv.az-ın redaksiyasına bir qrup mədəniyyət işçisi müraciət edib.Müraciəti olduğu kimi təqdim edirik.

     Hörmətli Mediatv.az-ın  kollektivi,

  Ümid edirik ki, çoxsaylı mədəniyyət işçilərinin müraciətinə biganə qalmayacaqsınız. Artıq 1 ildən artıqdır ki, tabeliyində çalışdığımız Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəhbərliyində dəyişiklik baş vermişdir. Uzun illər bu sahədə çalışan insanların narazılığını qazanmış Əlikram Əliyev vəzifəsindən azad edildikdən sonra bu vəzifəyə Nizami Kino Mərkəzinin direktoru Vüqar Zeynalov təyin edildi. Vüqar müəllimin təyinatı bütün mədəniyyət işçilərinin ürəyincə oldu. Hamı bu postun cavan, mənəvi keyfiyyətləri yüksək olan birinə həvalə olunmasına sevindi. Mədəniyyət sahəsinə yaraşmayan bir çox insanlar vəzifədən uzaqlaşdırıldı.

          Amma qısa müddət sonra baş verənlər ortaya başqa mənzərə qoydu. Vüqar Zeynalov Hacı Əliyev adlı pensiya yaşlı bir qocanı İdarənin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzinə direktor təyin etdi.  Qaynar, enerjili gənclərlə bir ortama belə bir qocanın təyinatı bu sahəni iflic həddinə gətirdi.

          Məsələnin başqa bir əcaib tərəfi odur ki, Hacı Əliyev bu vəzifə ilə yanaşı digər bir vəzifəni də rəsmi olaraq icra etməkdədir. Belə ki, sözügedən Hacı Nurəddin oğlu Əliyev Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsində vəzifə tutmaqla yanaşı 26 saylı Sabunçu birinci seçki dairəsinin sədri vəzifəsini daşıyır. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 05 iyun 2013-cü il tarixli 5/21 saylı Qərarı ilə təsdiq edilmiş Dairə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimatın 2.11.2. maddəsinə əsasən dövlət hakimiyyəti orqanlarının və bələdiyyələrin seçkili və ya vəzifəli şəxsləri dairə seçki komissiyasının üzvü kimi fəaliyyət göstərə bilməzlər. 

          Hacı Nurəddin oğlu Əliyev bu dərəcədə əvəzedilməz kadrdır ki, Əbülfəs Qarayev və Məzahir Pənahov bu şəxsi hər iki rəsmi vəzifəsində saxlayırlar?!

          Bir məsələni də qeyd edək ki, Hacı Əliyevin sədrlik etdiyi 26 saylı Sabunçu birinci seçki dairəsi 26 sentyabr 2016-cı il tarixində keçirilən Referendumda respublika üzrə seçicilərin ən az fəallıq göstərdiyi dairə adını qazanmışdır. Rəsmi nəticlərə bu linkdə görmək mümkündür -https://www.infocenter.gov.az/archive/Referendum2016.aspx?i=1

          Referendumda bu dərəcədə passiv iştirakı hər halda Hacı Əliyevin fəal cəbhəçi olan nəvəsi Nurəddini də sevindirmişdir. Xalq Cəbhəsi Partiyasının mitinqlərində fəal iştirak edən və “facebook” sosial şəbəkəsində özünə “Nurel Kərim” adını götürən nəvəsi Hacı babası ilə “fəxr edib” yəqin. Hacı Əliyevin ailə üzvü olan cəbhəçi Nurəddinin “facebook” şəbəkəsində paylaşdığı şəkillərə baxsaq görmək olar Əli Kərimlinin qatı tərəfdarıdır. Paylaşdığı Əli Kərimliyə aid bir fotoya isə belə bir qeyd yazmışdır: “Əli Kərimli və Əbülfəz Elçibəy.

Bu yaşıma qədər Əbülfəz Elçibəyə inandığım qədər heç kəsə o qədər çox inanmamışam. Haqsız danışanlardan müdafiyə etdiyim bəyin yolunu davam etdirmək ən böyük arzumdur. Əbülfəz Elçibəyin davamçısı isə mənim sədrim Əli bəy Kərimlidir. Əgər Əli bəy satılmış olsa idi Qüdrət Həsənquliyevi AXCP-ni bölməyə göndərməzdilər. Nəticə əldə edə bilməyənlər "Ğazi Nurullayevi" göndərməzdilər. Bəli AXCP ləkə götürmür. Mən sədrimizlə fəxr edirəm!” Qeyd olunan linkə nəzər salmaq kifayətdir  - https://www.facebook.com/photo.php?fbid=432337483642286&set=pb.100005981144611.-2207520000.1495441249.&type=3&theater

          Onu da qeyd edək ki, Hacı Əliyevin nəvəsi Nurəddin də BU idarənin tabeliyində olan və babasının rəhbərlik etdiyi Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin tabeliyində çalışır.

          Hörmətli redaksiya, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsində Hacı Əliyev çox böyük söz sahibinə çevrilmişdir. O dərəcədə Vüqar Zeynalovun etibar və etimadını qazanmışdır ki, hətta özünün xeyir-duası ilə şəbəkədə onlarla vəzifəyə təyin etdirdiyi qohum-əqrabası, dostlarına onun tezliklə İdarəyə rəis təyin ediləcəyi xəbərini də verib. Artıq Hacı Əliyevin öz admlarına müxtəlif vəzifələr də vəd edib. Öz yaxınlarına dediyi budur ki, Vüqar Zeynalov Əbülfəs Qarayevin yerinə nazir təyin ediləcək, Vüqar Zeynalov isə Hacı Əliyevi İdarənin rəisi vəzifəsinə təyin edəcək.

          İdarənin tabeliyində olan mədəniyyət evləri, kitabxanalar, musiqi məktəblərində fəaliyyət göstərən saysız-hesabsiz ödənişli kurslar var. Amma kurslara nəzarət edən Hacı Əliyev ay ərzinə əldə edilən küllü miqdarda vəsaitin büdcəyə köçrülməsinə lazım olan məsuliyyətlə yanaşmır.

          Vüqar Zeynalovun belə bir insana güvənməsi, bütün maliyyə, tender, kadr seçimi məsələlərini ona etibar etməsi Vüqar Zeynalovun reputasiyasını kifayət qədər korlamışdır. Rəisinin etibarını qazanmış Hacı Əliyev artıq özünü İdarənin rəisi kimi görür, ona tabe olmayan müəssisələrə göstərişlər verir və hesabat tələb edir. Real vəziyyət belədir ki, mədəniyyət işçiləri Vüqar Zeynalovdan daha çox Hacı Əliyevin tapşırıqlarını icra edir və bu da kifayət qədər əsas verir ki, Hacı Əliyev İdarənin rəisi kimi davransın.

Mədəniyyət işçiləri Vüqar Zeynalova inanırlar, amma təəssüflər olsun ki, o özünün imicinə kölgə salan bir insana bu dərəcədə güvənir.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024