Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (22-10-2014, 21:22)
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində şok özbaşınalıq – Əlikram Əliyevə ağır ittihamlar – Dövlətin pullarının talan olunduğu daha bir ünvan

DİA.AZ: - Redaksiyamıza bir qrup mədəniyyət işçiləri adından müraciət daxil olub. DİA.AZ olaraq həmin müraciəti təqdim edirik:

“Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində dözülməz vəziyyət daha da gərginləşməkdədir. Təcrübəsiz idarəçilik, insanlarla kobud, alçaldıcı davranış hamını, direktorlardan tutmuş adi işçiyədək bezdirmişdir. 

İdarədə fəaliyyət göstərən şöbələrdən biri Mədəniyyət siyasəti şöbəsidi. Maraqlı orasıdır ki, Bakı şəhərində fəaliyyət göstərən bütün muzeylərə, mədəniyyət mərkəzlərinə, kitabxanalara rəhbərlik edən bu şöbənin müdiri Gülnarə Seyidovanın ixtisası biologiya müəllimidir. Sübut kimi bu linkə baxa bilərsiniz: http://az.baku-art.com/index.php?newsid=37 Məgər son illərdə mədəniyyət sahəsinə artan dövlət qayğısını Əlikram Əliyev bu cürmü anlayıb? Məgər Azərbaycanda ixtisaslı kadr yoxdurmu ki, biologiya müəllimi paytaxt Bakının mədəniyyət sahəsinə nəzarət edir? 

Bu azmış kimi Əlikram Əliyev həmin biologiya müəlliməsini özünün müavini vəzifəsinə təyin etdirib. Artıq Dövlət Qulluğu məsələləri komissiyası ilə razılığa gəlinib. Bu proses isə aydın məsələdir ki, hansı yollarla baş tutub. 

Halbuki İdarəyə yeni müavin təyin olunub. DÖVLƏT MƏŞĞULLUQ XİDMƏTİnin köhnə rəis müavini Nazim Novruz oğlu Əliyev İdarəyə yenicə müavin vəzifəsinə təyin edilmişdir. Lakin Ə.Əliyev yeni təyin olunmuş müavini qəbul etmir. Hətta bu yaxın günlərdə musiqi məktəblərinin direktorlarının iştirakı ilə keçirilən iclasda da, digər kollektiv iclasda da yeni müavin dəvət olunmamışdır. Ümumiyyətlə keçirilən iclaslara müavinin qatılmasına Ə.Əliyev qadağa qoyub. Hətta İdarənin rəsmi internet səhifəsində də yeni müavinin adı yerləşdirilməyib. 

Büdcə vəsaitlərinin talanması isə adi hala çevrilmişdir. Direktorlar ancaq sənədlərə qol çəkir, maliyyə vəsaitlərini və ya alınan avadanlıqları gördüm deyən tapılmaz. Buna əmin olmaq üçün aidiyyatı maliyyə qurumlarının İdarədə yoxlama aparmaları kifayətdir. Kiçik mədəniyyət obyektlərinə fantastik sayda və qiymətdə il ərzində eyni adlı avadanlıq və inventarların sənəd üstündə alınmasını artıq hamı adi qarşılayır. Nəticədə isə dövlət büdcəsindən küllü miqdarda vəsaitlər məlum insanların cibinə axır. Maliyyə yoxlamalarının nəticəsini isə Əlikram Əliyev "müəyyən" yollarla dəyişməyə nail olur. Bunu hətta məclislərin birində də etiraf edib. Bu barədə məlumat da bu yaxınlarda mətbuatda yayılmışdır. 

Hər təqvim ilinin sonunda mədəniyyət evlərinə, klublara, musiqi məktəblərinə, kitabxanalara, muzeylərə zorla və məcburi Yeni il şənliklərinə biletlər satılır. İmtina etmək isə qadağandır. Əks halda biletləri almaqdan imtina edən direktorlara müxtəlif bəhanələrlə yoxlama göndərilir və onlara gözdağı verilir. 

Dəfələrlə deyilib, bir daha da bildiririk ki, İdarənin tabeliyində olan və şəhərin mərkəzində yerləşən kitabxana binalari satılır. Təzəliklə isə Sahil metrostansiyasının yaxınlığında yerləşən Seyidzadə adına kitabxananın bir hissəsi satıldı. Nəsimi bazarının yaxınlığında yerləşən Sarabski adına mədəniyyət evi də uzun müddətdir ki boşaldılıb və yeni sahibini gözləyir. 

İdarənin tabeliyində işləmək üçün isə mütləq 1000-3000 manat arasında məlum insanlara hörmət etməlisən. Bu işi isə İdarənin rəisi Mədəniyyət siyasəti şöbəsinin müdirinə həvalə edib. Musiqi məktəblərinin direktorları isə onlarla işləyəcək müəllimləri işə götürə bilməzlər. Direktorların bu səlahiyyətləri də əllərindən alınıb. Və bu məsələdə dəfələrlə ciddi narazılıq baş verib. Bir sözlə illərlə pedoqji stajı olan məktəb direktorları səlahiyyətsiz insanlara çevriliblər. 

Biz mədəniyyət işçilərini narahat edən və Nazirlikdən, həmçinin Bakı şəhər İH-dən narazı salan əsas məsələ odur ki, nəyə görə bu qədər haqsızlıqlara, ədalətsizliklərə nazir Əbülfəs Qarayev və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bir dəfə də olsun reaksiya verməyib və aidiyyəti üzrə maliyyə yoxlamaları aparılmayıb. 

Məqsədləri və maraqları nədir görəsən?”

DİA.AZ olaraq qarşı tərəfin də bu ittihamlara münasibətini işıqlandırmağa hazırıq...

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024