Karusel / Slayd (20-05-2017, 11:57)
Ucarda Kərbəla müsibəti: Başçının qohumundan I vitse-prezidentə şok dosye
Ucar şəhərində günlərdir ki, içməli su kəsilib, verilmir
Səbəb kimi ana boruda qəza olması göstərilsə də, əslində Ucar Su-Kanal İdarəsinin müdiri Asif Şirinovun kommersiya maraqlarına görə, qəsdən suları kəsiblər.
Çünki, içməli su Asif Şirinovun su maşınları ilə əhaliyə satılır. O, adıçəkilən idarənin müdiri vəzifəsinə təyin olunandan sonra ucarlılara su zülmü yaşadır. Havalar istiləşən kimi, müxtəlif bəhanələrlə suyu kəsdirib su satışına start verir.
Asif Şirinov qəsdən kanalizasiya suyunu içməli suya qarışdırılmasını təşkil edir ki, heç kəs istifadə etməsin və bunun satdığı su alınsın.
Görün bu məmur nə işlə məşğul olur. Bu isə 20.000 nəfərə yaxın əhalisi olan Ucar şəhər sakinlərinin həyatını təhlükədə qoymaqdır.
İmkanı olanlar pul verib Asif Şirinovun satdığı suyu alaraq işlədirlər. İmkanı olmayanlar isə uzaq məsafədən, arxlardan əllərində qablarla su daşıyırlar.
Mediatv.az Ulus.Az-a istinaden xəbər verir ki, sakinlər yenidən mətbuat vasitəsi ilə Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ediblər:
“Xahiş ondan edirik özbaşınalıqla məşğul olan Asif Şirinovun barəsində araşdırma başlanılıb dərhal məsuliyyətə cəlb edilməsi barədə təbirlər görsün.
Ucar rayonunda Su Kanal İdarəsinin fəaliyyətini iflic edən Asif Şirinov qohumu (yeznəsi) Hacıqabul Rayon İcra Hakimiyətinin başçısı Əhməd Muxtarova arxayın olub korrupsiya əməlləri ilə məşğul olur.
Bu korrupsiyaya qurşanmış Asif Şirinov dövlətin ayırdığı vəsaiti atasının malı kimi talan edib özünə var-dövlət əldə etmişdir.
Bakı şəhərində bir neçə mənzillərə, bahalı avtomobillərə, mal-qoyun fermalarına, hektarlarla torpaq sahələrinə, ticarə obyektlərinə sahib olan Asif Şirinovun yarıtmaz fəaliyyətindən Ucar sakinləri çox əziyyət çəkirlər.
Rayonun kanalizasiya sisteminin yenidən qurulmasına baxmayaraq işləmir nəticədə üfunət iyi, antisanitariya mənbəyinə çevrilmişdir.
Çıxılmaz bir vəziyyətdə qalmışıq.Hacqabul rayonunu 10 ildir zəlil etmiş icra başçıs Əhməd Muxtarovun qohumu Asif Şirinov isə Ucar sakinlərini zülmə salıb.
Ucar rayon sakinləri:
1.Məmmədova Tənzilə Baba qızı
2.Əliyeva Fatma Adil qızı
3. Salahov Şövkət Əli qızı
4.Abdullayeva Dursun Camal qızı
5.Şükürova Nisə Dadaş qızı
6.Alıyev Vəsilə Zeynal qızı
7. Məmmədova Xədicə Kərim qızı
8.Hacıyeva Rəna Hüseyn qızı
9. Beydullayeva Gülbuta Fərhad qızı
10. Mayılova Mədinə Məhəmməd qızı
11. Ələkbərova Şamama Nuh qızı
12.Hüseynova Kütah Əvəz qızı