Karusel / Slayd (19-05-2017, 16:41)
İbrahim Mehdiyev kimə xidmət edir? - Nə millətə, nə dövlətə...
Son dövrlərdə Bakı şəhərində aparılan abadlıq və yenidənqurma işləri paytaxt sakinləri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmaqdadır. Şəhərin küçə və prospektlərində, park və meydanlarında müasir üslubda aparılmış yenidənqurma işləri doğma Bakımızın gözəlliyinə daha da bir gözəllik verməkdədir. Bütün bunlar sakinlər tərəfindən bəyənilir və ölkə başçısı İlham Əliyev cənablarına və onun xanımı, birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə gördüyü işlərə görə minnətdarlıq hissi özünü hər yerdə biruzə verir.
Bütün bunlara baxmayaraq doğma Bakımıza şəxsi gəlir mənbəyi kimi baxanlar da kifayət qədərdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1969-cu ildən sonra Bakı şəhərində aparılmış yaşıllaşdırma işləri bu gün bəzi məmurlar tərəfindən məhv edilməkdədir. Əgər 1980-ci illərin Bakı şəhərinin baş planına nəzər salmış olsaq fərqi açıq-aydın görərik. Narazılıqlarını bildirən sakinlər bu qanunsuzluqların əsasən icra hakimiyyəti orqanları tərəfindən törədildiyini açıq-aşkar etiraf edirlər.
2000-ci ilə qədər Respublika Protez-Ortopedik Mərkəzin direktoru işləmiş və birdən-birə İcra Hakimiyyətinin başçısı kreslosuna oturmuş İbrahim Mehdiyev də sakinlərin narazılıq etdiyi məmurlardan biri, bəlkə də birincisidir. Bunu 2006-cı ildən sonra Xətai rayon məhkəməsinə müraciət edənlərin sayından da bilmək olar. İbrahim Mehdiyev 2000-ci ildə Xətai rayon İcra Hakmiyyətinə başçı təyin ediləndən sonra sözügedən rayonun ərazisində şıdırığı torpaq alverinə başlanıldı. Bu isə onun Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə rəis təyin etdiyi yeznəsi Ceyhun başçılıq edirdi. Həmin şəxs NZS deyilən ərazidə neft borularına, neft rezervuarlarına yaxın ərazidəki boş torpaq sahələrini satışa çıxarmaqla vətəndaşları aldatmış oldu. Hansı ki, həmin ərazilər Dövlət Neft Şirkətinə məxsus ərazilər idi və orada yaşayış üçün mənzillərin tikintisi qanunauyğun deyildi. Buna baxmaayraq İbrahim Mehdiyevin əlaltılar vətəndaşlara qanunsuz sənədlər verməklə onları aldadaraq külli miqdarda vəsait əldə etdilər. Hazırda həmin ərazilərdə yüzlərlə sakinlər məhkəməyə müraciət edərək hüquqlarını qorumaqdadırlar.
Bundan başqa İbrahim Mehdiyevin rəhbərliyi ilə nəinki Xətai rayonunun, hətta Bakı şəhərinin yaşıllıqları məhv edilib. Belə ki, Xətai rayonunun Həzi Aslanov və kənd Əhmədli deyilən qəsəbələrində İbrahim Mehdiyevin əlaltıları tərəfindən 50-60 illik minlərlə eldar şamları məhv edilərək yerində restoranlar, kafelər tikilib. «Arzu» və «Şahzadə» şadlıq saraylarının yerində qırılmış eldar şamlarını yaxın ərazidə yaşayanlar bu gün də ürəkağrısı ilə xatırlamaqdadırlar. Bakı şəhəri, Fəhlə prospektindən Zığ qəsəbəsinə gedən istiqamətdə məhv edilmiş böyük bir zeytun bağı da bu qəbildəndir.
Bütün bunlarla bərabər İbrahim Mehdiyev Xətai rayonuna başçılıq etdiyi altı il ərzində verilən məlumatlara görə yüzlərlə mənzil və obyekt sahibi olub. Həzi Aslanov metro stansiaysının yaxınlığında tikilmiş bütün göydələnlər İbrahim Mehdiyevin «xeyir-duası» ilə tikildiyini bildirən mənbə onu da əlavə etdi ki, sözügedən ərazi sakinlərin bağ sahələri və istirahət yeri olub. Lakin İbrahim Mehdiyev bütün bunlara baxmayaraq əraziləri mənzil tikinti şirkətlərinə satmaqla yanaşı həm də hər birindən iki mənzil alıb. Onun Xətai rayonunda törətdikləri təbii ki, bunlarla bitmir. İbrahim Mehdiyev adətinə xilaf çıxmayaraq indi də Yasamal rayonundakı yaşıllıqları məhv etməkdədir. Mirəli Seyidov küçəsindəki yaşıllıqların məhv edilməsi və elə bu yaxınlarda Ovçular evinin ərazisindəki şamlıqların məhv edilməs buna bir misaldır. Nə yaxşı ki, cənab prezident İlham Əliyev bu işə qarışaraq ərazidə park salınmasına göstəriş verdi. Yoxsa İbrahim Mehdiyevin qarşısında durmaq olmazdı. Və planında daha haraları dağıtmaq dururdu. Bir Allah bilir?! \\veteninfo.az\\