Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (18-02-2017, 19:57)
İcra başçısı Yasamalda 120 vətəndaşa məhbus həyatı yaşadır - İmdad diləyirlər...

Bakı şəhəri, Yasamal rayonu Çingiz Mustafayev küçəsi bina 43-də yaşayan sakinlər etiraza qalxıblar.

Bina sakinlərinin AZXEBER.COM-a göndərdiyi məktubda məmur özbaşınalığı, 120 vətəndaşa qarşı edilən dözülməz haqsızlıqlar haqqında ətraflı məlumat verilib.
Belə ki, icra başçısı Yasamal rayon İcra Hakimiyyəti Başçısı İbrahim Mehdiyev və Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov birlikdə binanı kompensasiya ödəmədən sözügedən ünvandakı binanı sökməyə çalışırlar. Məmur özbaşınalığından əziyyət çəkən sakinlər son çıxış olaraq ölkə başçısı İlham Əliyevə müraciət ediblər.
Həmin müraciəti təqdim edirik:
"Cənab Prezident çıxışlarıınızda dövlət məmurlarına vətəndaşlarla münasıbətlərinə diqqət göstərməyi tapşırırsınız. Lakin onlar Sizin tapşırıqlarınıza əks hərəkətlər edirlər. İcra məmurları nəyinki vətəndaşlara diqqət göstərməyi, əksinə vətəndaşları incidir, evlərini əllərindən alır, küçələrə atırlar.
Belə ki, Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Başçısı İbrahim Mehdiyev və Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov yaşadığımız Ç.Mustafayev küçəsində yerləşən 43 saylı binanı müvafiq qərar olmadan özbaşına sökmək niyyətini həyata keçirməyə çalışır, vətəndaşların mənzil toxunulmazlıq hüququnu pozur və sakinlər arasında narazılıqlar yaradırlar.
2009-cu ildə 0,25 ha torpaq sahəsi üzərində inşa olunan həmin yaşayış binası 1 girişli olmaqla 1 səviyyəli zirzəmidən və 15 mərtəbədən ibarətdir. Binada 49 mənzil vardır. Əksər sakinlər mənzillərini təmir etməklə həmin binada, yeni mənzillərində yaşayırlar.
Nazirlər Kabinetinin 11.11.2015-ci il tarixli, 358 nömrəli "Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” qərara əsasən Bakı şəhəri Yasamal rayonu ərazisində bizim binanın ətrafında 730 ədəd yaşayış və qeyri-yaşayış obyektlərini dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhəri Yasamal Rayon İcra Hakiiyyəti müəyyən edilmişdir. Alan orqan qərarın icrasını həyata keçirmiş, alınmaya məruz qalan şəxsləri müəyyən etmiş, qeyd olunan torpağın alınması haqqında təklifini nəzarət orqanına vermişdir. Nəzarət orqanının torpağın alınması haqqında qərarı verildikdən sonra 730 ədəd yaşayış və qeyri-yaşayış obyektlərinin mülkiyyətçilərinə müəyyən edilmiş kompensasiya ödənilmişdir. Bundan sonra həmin torpaq üzərində olan tikililər sökülmüşdür. Bizim bina qərarla qeyd olunan 730 ədəd obyektlər siyahısında olmamış və binanın sökülməsinə dair əlavə qərar verilməmişdir. Yuxarıda qeyd etdiyimiz dövlət məmurları vəzifələrindən sui istifadə etməklə müvafiq qərar olmadan binanın sakinlərinə bildirişlər verir, elektrik, qaz və su xətlərinin kəsilməsi ilə hədələyir, binanın sakinlərinə təzyiqlər edirlər.
Biz inanmırıq ki, dünya iqtisadiyyatının böhranda olduğu bir zaman 0,25 ha torpaq sahəsinə görə dövlət büdcəsindən 30-40 milyon manat pul xərclənsin. Belə ki, 49 mənzilli binanın sakinlərinə ödəniləcək kompensasiya məhs bu qədər təşkil edir.
Bakı şəhəri Yasamal rayonu Ç. Mustafayev küçəsi 43 saylı bina yeni tikilmiş, müasir tələblərə cavab verən olduğundan, dövlət orqanlarının müvafiq quqrumları tərəfindən müsbət rəylər verilmiş, istismara qəbul edilmiş, sakinlər tərəfindən əksər mənzillər təmir olunmuş, su, qaz, elektrik enerjisi ilə təchiz edilmişdir. Buna görə binamızın sökülməsinə biz razı deyilik.
14 fevral 2017-ci il taixdə Yasamal rayon İcra Hakimiyyəti Başçısı İbrahim Mehdiyevin şəxsi göstərişi ilə binamızın elektrik enerjisi ilə təchiz edilməsi dayandırılmışdır. Heç bir qərar olmadan, binanın sakinlərinə kompensasiya ödənilmədən qışın soyuq günündə 120-ə yaxın sakini küçəyə atmaq ədalətlidirmi? Yəni, Azərbaycan dövləti yoxdurmu? Prezidentin yerdə nümayəndəsi belə haqsızlıqlara əl atır və cəzasız qalır? 
Sizin qayğınıza, diqqətinizə sığınaraq xahiş edirik biz sadə vətəndaşlara kömək olun, dövlət məmurların təzyiqindən bizi xilas edin, Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti aparatının səlahiyyətli şəxsləri və Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovun qanunsuz hərəkətlərinin dayandırılmasına dair göstəriş verəsiniz.

Hörmətlə,

Bakı şəhəri, Yasamal rayonu Çingiz Mustafayev küçəsi ev 43 sakinləri:

Şükürova Sürahi Adil qızı

İbrahimova Selan Fərhad qızı

Hacıyeva Elbəniz Rəhman qızı

Mehdiyeva Əfşan Urfan qızı

Əlyev Elnur Elşad oğlu

Hacıyev Teyyub Faiq oğlu

Həsənov Yaqub Vəliş oğlu

Əliyev Elşad Məhəmməd oğlu

Ömərov Elşən Nüsrət oğlu"


 

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024