Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (19-05-2017, 12:38)
«Korrupsiya gəmi»sindəki məşhur üçlük kimlərdir?

«Korrupsiya gəmi»sindəki məşhur üçlük kimlərdir?

«Xəzər Dəniz Gəmiçilik» QSC rəhbərliyi oliqarxik klan qurub. Aydın Bəşirovun taladığı və yağmaladığı dövlət qurumu heç indi də etibarlı əllərə həvalə olunmayıbmış.Xeberman.com-un apardığı araşdırma zamanı belə nəticə hasil olub ki, XDG-nin yeni rəhbərliyi daha çox varlanmaq yarışına girişib və biznesinin şaxələndirilməsi üçün çırmanıb.Elə olmasaydı A.Bəşirovdan qalma problemlərin həlli istiqamətində işlər görülər və narazılıqlar xirtdəyə çatmazdı. Araşdırmalar isə qurum rəhbərliyində olan trionun öz varidatını genişləndirmək üçün dəridən-qabıqdan çıxdığını, oliqarxlaşmaq ehtirasının günbəgün artdığını sübuta yetirir.Hazırda QSC sədri Rauf Vəliyev, müavinləri Zamiq İsmayılov və Nəzrəddin Əhmədzadə XDG-dəki postundan istifadə etməklə biznes əlaqələri gücləndirib. Dövlət başçısı İlham Əliyevin müşavirələrdə səsləndirdiyi bəyanatlar, məmurlara yönəlik xəbərdarlıqlara baxmayaraq Rauf Vəliyev – Zamiq İsmayılov – Nəzrəddin Əhmədzadə üçlüyü bu mesajlara əhəmiyyət vermir.Belə ki, R.Vəliyevin hər ay nəzarətindəki gəmilərdən 20-30 min manat civarında gəliri var. Bu mənfəət qeyri-rəsmi qazancdır və nə qurumun fonduna, nə dövlət büdcəsinə, nə vergiyə çatır. R.Vəliyev aylıq gəlirindən nə deklorasiya verir, nə vergi ödənişi edir.Onun gəmi biznesində müavinlərinin də xüsusi və müstəsna rolunu qeyd etmək lazımdır. QSC-də müavin postunu tutan Z.İsmayılov gənc kadr olmasına baxmayaraq, yuxarı eşalonda vaxtilə yüksək əlaqələrə malik olub. Onun xüsusi xidmət orqanlarında, özəliklə də məlum generalitet həbslərinə qədər təhlükəsizlik orqanlarında mühüm əlaqələri var imiş.Xeberman.com-un araşdırması zamanı bəlli olub ki, Z.İsmayılov məlum həbslərdən sonra da dayaqlarını itirməyib. Onun xüsusi xidmət orqanında yüksək vəzifə tutan yaxın qohumunun kimliyi redaksiyamıza məlum olsa da, hələlik daha geniş məqalə üçün ətraflı dəqiqləşdirmələr aparırıq deyə adını açıqlamırıq.Mənbə qeyd edir ki. Z.İsmayılovun həmin qohumu sayəsində gəmiçilik biznesində, bu məmur postundan sui-istifadə etməklə ticari işlərində hər hansı maneəsi yoxdur.Çünki R.Vəliyev və həmin yüksək vəzifəli qohumu olmaqla qarşısındakı hasarlar aşılıb. Eyni zamanda, trionun sonunu nümayəndəsi, korrupsioner şəbəkəsinin üzvü kimi təqdim edilən, Nəzrəddin Əhmədzadənin də şəxsi biznesi var.Onların yaratdığı qruplaşma isə «korrupsiya gəmisi»ndə hegemonluq etməklə hələ ki aysberqə rast gəlməyəcəyi qənaətindədir. Qeyd edək kiə dövlət məmurunun bizneslə məşğul olması qanunla qadağandır. Hər üç dövət məmurunun biznes əlaqələrinin detalları barədə araşdırmalarımız davam edir.

Qarşı tərəfi dinləməyə hazırıq.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024