Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (24-10-2016, 11:36)
Dövlətdən ucuz al, SOCAR və BP-yə baha qiymətə icarəyə ver! - "Gəmiçilk"də sensasion əməliyyat

Dövlətdən ucuz al, SOCAR və BP-yə baha qiymətə icarəyə ver!
Son bir ildə dənizdə neft çıxaran neftçilərin həyatları bahasına üzləşdiyi qəzalar bu sahəyə diqqəti xeyli artırıb.

Mediatv.az xəbər verir ki, elə bu və ya digər məqamları nəzərdə tutan Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı "Feysbuk"dakı səhifəsində ciddi faktlarla zəngin sual səsləndirib.

Mia.az Mirvari Qəhrəmanlının həmin statusunu təqdim edir:

"Araşdırılmalıdır ki, niyə neftçiləri Neft Daşlarına işə aparıb gətirmək üçün təzə Müslüm Moqamayev gəmisi yox, 1983-cü ildə Finlandiyada inşa olunan Sabit Orucov gəmisi sifariş olunur?! Niyə "Xəzər dəniz Neft Donanması" idarəsi SOCAR tərkibindən çıxarıldı?! Nəyə görə "Caspian Marine Services" şirkəti gəmiləri "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC -dən ucuz qiymətə icarəyə götürüb, SOCAR-a və BP-yə baha qiymətə verməlidir?

"Caspian Marine Services" kimə məxsusdur? Bu niyələrə kim cavab verə bilər?!".

Mia.az-ın ilkin araşdırması zamanı aydın olub ki, "Caspian Marine Services" şirkəti "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin rəsmi partnyoru qismində çıxış edir.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev ,

"Caspian Marine Services" şirkətinin hüquqi ünvanı Bakı şəhəri N.Əliyev küçəsi 38 A ünvanında yerləşir. Şirkətin rəsmi internet səhifəsindən görünən odur ki, qrumun rəhbəri xarici ölkə vətəndaşı Cari Rolaston, müavinləri isə azərbaycanılılar - Yaqub Mürsəlov, Akşin Əlizadə və Böyükağa Əsgərovdur.

"Caspian Marine Services"in icraçı direktoru isə Brian Garrad adlı əcnəbidir...

Diqqətçəkən digər nüans isə şirkətin ingilis, rus və azərbaycan dilli saytında rəhbərliyin heç birinin fotoları yerləşdirilməyib.... 

Ümumiyyətlə, baxışdan Mirvari Qəhrəmanlının səsləndirdiyi kimi, ortaya belə bir sual çıxır: "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev bu gəmiləri niyə belə şir şirkətə icarəyə verib? Hanı məqsəd və hansı qiymətlə? Və ya niyə bu icarə məsələsini öözləri deyil, ortaya hansısa bir şirkəti salmaqla həyata keçiriblər? 

Hər halda kifayət qədər haqlı və ciddi suallara qarşı tərəfin cavab verməsi maraqlı olardı. Ən azından sarmaşıq vəziyyəti alan bu icarə oyunları ilə kimlərin hansı amacı hədəflədiyini cəmiyyətin bilmək haqqı var....

Bunlarla bağlı iş günündən etibarən, araşdırmalarımızı davam etdirəcəyik. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024