Karusel (10-05-2017, 14:55)
Polis rəisinin arvadına 9 il cəza verildi
[thumb]http://www.mediatv.az/uploads/posts/2017-05/1494399315_1494412230-5494.jpeg[/thumb]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə L.Əkbərovanın 9 il müddətinə azadlıqdan məhrum edilib.
Onun ittiham olunduğu 320-ci maddə üzrə cinayət işinə xitam verilib.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında L.Əkbərovanın 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, L.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə təqsirləndirilib. O, Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlər Mübarizə Şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşıdır. Bu hadisədən sonra polis sistemindən uzaqlaşdırılıb. Hazırda onunla bağlı saxta sənəd hazırlama və dələduzluq maddələri ilə cinayət işi ayrıca icraata verilib.
L.Əkbərova təxminən 150 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimdəməkdə ittiham edilir. O, vətəndaşları işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirib.