Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (26-10-2016, 15:35)
Məhkəmədə şahidin ürəyi getdi


Keçmiş polis rəisinin dələduzluqda təqsirləndirilən arvadı Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Mediatv.az:  Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Ramin Ağayev ifadə verərək istintaqa verdiyi ifadəni təsdiq etdiyini deyib: "Əhmədlidə məktəbin qarşısında dərs ləvazimatları satırdım. Sürətçıxartma aparatım da var idi. Rəşad və Elşən adlı iki şəxs işlədiyim yerə gəldilər. Sənədlərdə dəyişiklik etmək lazım olduğunu dedilər. Nəyi dəyişəcəyimi soruşdum, dedilər möhür və imza qalacaq, yuxarı hissəsi dəyişdiriləcək. Mən imtina etdim, onlar kiməsə zəng etdi, Leyla adlı xanım telefonda mənlə danışaraq ərinin polis rəisi işlədiyini, özünün məktəb direktoru olduğunu dedi. Bundan öncə həmin obyektdə başqa adamla bu formada işlədiyini dedi. Mən bundan da imtina etdim.

Bir qədər sonra bir qadın gəldi, özünü Leyla kimi təqdim edərək boş kağızda içində 10 manat olan pulu mənə uzatdı, yenə imtina etdim. Bu dəfə möhürsüz adi kağıza dediyi sözləri yazmağımı istədi, yazıb çap etdim. Bundan sonra ayda bir neçə dəfə Rəşad adlı taksi sürücüsü vasitəsilə bu cür sənədlər yazıb çap edib göndərirdim. Plastik kartların onlayn sifarişi üçün sənədlər düzəltdirirdi".

Zərərçəkən şəxsin vəkili Vasif İsrafilov bildirib ki, R.Ağayev və L.Əkbərova arasında SMS yazışmaları, telefon danışıqları var və orada hər şey aşkar bəlli olur. R.Ağayev L.Əkbərovanın istəyi ilə arayışların hazırladığını deyib: "Qızı Fidan da tez-tez mənə müraciət edərək nələrsə çap etdirirdi".

Hakim R.Ağayevin yalan ifadə verməsi barədə qərar qəbul edib. Prosesdə eyni zamanda şahid Nigar Əhmədova ifadə verib: "Leylanın mənə 12 min manat borcu var. Pulumu tələb etməyə qorxurdum. Onun əri polis Mahir Əkbərov söyüşlərlə danışaraq mənim qabağıma şərtlər qoydu. Mahir mənə dedi ki, Leylanı tutdurmuşam, oğlunun da cibinə narkotik atıb tutduraram, lap sənin özünü də tutduraram".

Bundan sonra şahid N.Əhmədova çölə çıxmaq istədiyini deyib və özündən gedib. Məhkəməyə təcili yardım çağırılıb. Proses noyabrın 3-də davam etdiriləcək.

Qeyd edək ki, Leyla Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham olunur. İttihama görə, Leyla Əkbərova Binəqədi rayon Polis İdarəsi narkotiklərlərlə mübarizə şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşıdır. O, təxminən 150 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilir. Leyla Əkbərova vətəndaşları işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024