Karusel (10-05-2017, 14:28)
Sumqayıt Şəhər Məhkəməsində salmanbəyi qərarlar
Azərbaycan Respublikasının Ədliyyə Naziri və Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov cənablarına
Sumqayıt Şəhər Məhkəməsində salmanbəyi qərarlar
Belə ədalətsiz qərarları əsasən hakimlər İlyas Musa oğlu Mahmudov və Ceyhun Bəşir oğlu Məmmədov qəbul edirlər
Haqq-ədalət kimlər vasitəsilə pozulur?!
Halal-haqqımız harada tapdalanır?!
Hakimi-mütləq mövqeyində dayananlara bir ümid, bir nur rəmzi kimi baxanlar həmin şəxslərdən həm də dəyanət, paklıq, kişilik, əlahəzrət qanunlara riayət və ümumxalq qeyrəti umurlar. Amma həmişə beləmi olur?! Insanların haqq-ədalət umduğu, güvəndiyi məhkəmələrdə bəzi hakimlər belə mövqelərdə dururlarmı?!
Sıradan olan bir insan kimi, vətəndaş kimi müraciət etmişdim. Lakin olduqca peşimançılıq çəkdim. Çünki Sumqayıt Şəhər Məhkəməsinin hakimi möhtərəm İlyas Mahmudov elə oyunlardan çıxdı ki, elə əndrabadi qərarlar qəbul etdi ki, bəlkə də dünyanın hüquq tarixində və hüquqşünaslıq elmində belə ifadələr və qərarlar İlyas Mahmudova qədər qəbul olunmayıb. Görünür, hər kəsin xislətində, şəxsiyyətində nələr varsa, hər hansı bir şəxsi istək və məntiqinə uyğun olaraq belə qərarlar qəbul edə bilirlər. Çox təəssüf ki, belə hüquqşünaslar, hakimlər az deyildir. Düşünürsən ki, sadə insanların başına belələri hansı oyunları gətirirlər, onların həyatında necə bədxah izlər buraxırlar ki, nəticədə insanlar dövlətçilikdən və dövlətin rəsmi orqanlarından ciddi narazı qalırlar. Haqq-ədalət axtardıqları zaman yaramaz oyunlara düçar olur, qəlbən bütünlüklə müəyyən qurumları qınamağa sövq edilirlər. İlyas Mahmudov kimi hakimlərin iyrənc oyunlarını anladıqca, faktiki olaraq sənədlərdə qarşılaşdıqca, məhkəmə hüquq sistemində nə qədər çatışmazlıqların, cəmiyyətimizə xor baxan hadisələri yalnız özünün şəxsi düşüncə prizmasından və məqsədindən irəli gələn fikirlərlə yozan, insanları üz-üzə qoyan, qanunun aliliyi prinsipini cəzasızlıq göstərildiyi üçün hər addımda pozan üzdəniraq hüquqşünasların insanların mənəviyyatına vurduğu zərbələri heç nə ilə əvəz etmək olmaz. Görünür illərin belə üzdəniraq təcrübəsi, belələrinin ətrafında yaradılmış cəzasızlıq aurası çoxlarına da sirayət edir.
Mövcud faktlar bizim fikirlərimizin nə dərəcədə olduğunu aydın göstərir. Sizə müraciət etməyimə gətirib çıxaran səbəb kimi qanuni qüvvəyə minmiş Məhkəmə Qətnaməsinin Sumqayıt Şəhər Məhkəmə İcra şöbəsinin, Sumqayıt Şəhər Məhkəməsinin işə baxmış Hakiminin bu günədək həmin sənədi qərəzli və məqsədli şəkildə icra etməməsidir.
Sumqayıt Şəhər Məhkəməsinin iş №2(060)-8608/14 saylı 04.12.2014-cü il tarixli Qiyabi Qətnaməsi ilə (cavabdehin nümayəndəsinin iştirakı ilə) “İddia tələbi təmin edilmiş, cavabdeh Əsədov Aydın Murad oğlundan vaxtilə borc aldığı 14.500 (on dörd min beş yüz) ABŞ dolları məbləğində pul alınaraq, iddiaçı Əliyev Oqtay Bəndalı oğluna verilsin” kimi qiymətləndirilmişdir.
Bundan sonra Sumqayıt şəhər Məhkəməsinin (Hakim-sədr, möhtərəm: İlyas Mahmudov) iş № 2(060)-8608/2014 saylı 04.12.2014-cü il tarixli Qiyabi Qətnaməsi , 05 yanvar 2015-ci il tarixdə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Bu barədə Sumqayıt
Şəhər Məhkəməsi tərəfindən (Hakim-sədr, möhtərəm İ.Mahmudov) 05 yanvar 2015-ci il tarixdə imzalanmaqla icra vərəqəsi verilərək icra şöbəsinə göndərilmişdir.
Sumqayıt Şəhəri üzrə İcra Şöbəsində, Şöbənin İcra məmuru, cənab Qasımov Abusət Sahib oğlu tərəfindən 17 fevral 2015-ci il tarixdə, Sumqayıt şəhər Məhkəməsinin № 2(060)-8608/14 saylı 04.12.2014-cü il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. (iş №935/15).
Bundan sonra borclu tərəfindən Qanuni qüvvəyə minmiş Məhkəmə Qətnaməsi Qərəzli olaraq icra edilmədiyindən mənim Ərizəm əsasında Sumqayıt Şəhər Məhkəməsi İddianın təmin edilməsi barədə iş № 2(060)-8608/2014 saylı, 17 oktyabr 2014-cü il tarixli Qərardadla “05.02.1964-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş cavabdeh Əsədov Aydın Murad oğlunun Azərbaycan Respublikası sərhədlərindən kənara çıxmasına məhdudiyyət qoyulsun. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Sumqayıt şəhəri üzrə icra şöbəsinə həvalə edilsin” kimi qərara alınmışdır.
Bu sənəd Sumqayıt şəhəri üzrə icra şöbəsi tərəfindən 20.10.2014-cü il tarixli, 17/63- 16382 saylı qeydiyyatdan keçməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəisi, Baş icra məmuru, III dərəcəli dövlət Ədliyyə müşaviri cənab X.Zeynalova ünvanlanmış və həmin məktubda, “Sumqayıt şəhər Məhkəməsinin № 2(060)-8608/14 saylı, 17. 10.2014-cü il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” qərardadı icra edilməsi üçün Sizə göndərilir” kimi şərh olunmuşdur. Iş o həddə çatır ki, Sumqayıt Şəhər Məhkəməsi (Hakim-sədr, möhtərəm: İ.Mahmudov) borc ödənilmədiyi halda, tərəflərin iştirakı, tələbkarın rəsmi ərizəsi və icra məmurunun təqdimatı olmadan öz təşəbbüsü ilə iş № 2(060)-8608/14 saylı, 04 dekabr 2014-cü il tarixli Qərardadla (İddianın təmin edilməsi barədə qərardadın ləğvi) “Cavabdeh Əsədov Aydın Murad oğlunun Azərbaycan Respublikasının sərhədlərindən kənara çıxmasına qoyulmuş məhdudiyyət götürülsün. Qərardadın icrası Sumqayıt şəhəri üzrə icra şöbəsinə və Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərardad işdə iştirak edən şəxslərə göndərilsin” kimi qərara alınmışdır. Bu sənəd Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin Rəis müavini vəzifəsini icra edən K.Kazımov tərəfindən imzalanmış 17/63 -15084 saylı, 14.07.2015-ci il tarixli məktubla imzalanaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi, Baş İcra məmuru, III dərəcəli dövlət Ədliyyə müşaviri cənab X.Zeynalova ünvanlanaraq göstərilir ki, “Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-86 08 saylı, 04.12.2014-cü il tarixli qərarı ilə ölkədən getmək hüquqları müvəqqəti məhdudlaşdırılmış borclu Əsədov Aydın Murad oğlunun üzərindən həmin məhdudlaşdırılmanın götürülməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 14.07.2015-ci il tarixli qərarı və həmin qərarla birlikdə tərtib olunmuş məlumat vərəqələri “şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.9-cu maddəsinin tələbinə əsasən göndərilməsi şərh olunmuşdur.
Beləliklə, Qanuni qüvvəyə minmiş məhkəmə Qətnaməsinin iş № 2(060)-8608/14 saylı, 04.12.2014-cü il tarixli) icrasını təmin etməkdən ötrü Sumqayıt şəhər Məhkəməsinin hakimi möhtərəm İ.Mahmudov və Sumqayıt şəhəri üzrə icra şöbəsinin məsul şəxsləri “oyunbazlıq” quraraq, borclu Əsədov Aydın Murad oğlunun Respublikadan kənara çıxmasına ilk olaraq məhdudiyyət qoyulmasını icra etsələr də, icra vərəqi üzrə ondan 12.000 ABŞ dolları pul vəsaitinin alınıb mən, tələbkar Əliyev Oqtay Bəndalı oğluna ödənilməsi
təmin və icra başa çatdırılmadan bu məhdudiyyəti hansı səbəbdənsə tezliklə götürərək ləğv etmiş, nəticədə isə həmin şəxs sərbəst Azərbaycan ərazisini müqavimətsiz tərk edərək Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir.
Bu günədək Sumqayıt şəhər Məhkəməsi və Sumqayıt şəhəri üzrə icra şöbəsi tərəfindən 12.000 ABŞ dolları pul vəsaitinin borcludan alınaraq, tələbkara ödənilməsi barədə qanunvericiliyə uyğun heç bir təsirli tədbir görülməmişdir.
Hesab edirəm ki, Sumqayıt Şəhər Məhkəməsi hakiminin və Sumqayıt şəhəri üzrə icra şöbəsinin məmurlarının qanuni qüvvəyə minmiş (2(060)-8608/14 saylı, 04.12.2014-cü il tarixli) qətnaməsinin icrasını təmin etməməklə, Azərbaycan Respublikası Konstitusiyası, İcra haqqında Azərbaycan Respublikası qanunun Azərbaycan Respublikası MPM-nin, Azərbaycan Respublikası İPM-nin, Azərbaycan Respublikası CM-nin və “Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası qanununun tələb və göstərişlərinin kobud şəkildə pozularaq ona saymazlıq ifadə edildiyindən bu barədə xüsusi komissiya yaradılaraq iş açılmalı, o nəzarətə götürülərək qanunsuzluğa yol vermiş hakim və İcra İdarəsinin rəhbərləri öz layiqli cəzalarını almalıdırlar.
Sumqayıt şəhər Məhkəməsinin hakimi Məmmədov Ceyhun Rəşid oğlu saxta qərarlar qəbul etməkdə həmkarı İlyas Mahmudovu xeyli ötərək hüquq qanunlarının zirvəsini aşmışdır. Onun 02 avqust 2016-cı il tarixdə qəbul etdiyi qərar nə qədər məntiqsiz və absurd olduğunu görəcəksiniz. Oxuyuruq: “Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8608/2014 saylı, 05.01.2015-ci il tarixli icra sənədinə əsasən cavabdeh Əsədov Aydın Murad oğlundan 12.000 ABŞ dolları məbləğində pul tutularaq Əliyev Oqtay Bəndalı oğlunun xeyrinə ödənilməlidir. Icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunaraq borclu Əsədov Aydın Murad oğluna bildiriş göndərilmiş, həmçinin borclu şəxsə icra sənədinin icrası üçün 10 gün vaxt verilmiş, lakin borclu bu günədək borcunu tam ödəməmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
Məhkəmə iclasında Sumqayıt Şəhəri üzrə İcra Şöbəsinin icra məmuru Qasımov Abusət Sahib oğlu məhkəməyə bildirdi ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-8608/2014 saylı, 05.01.2015-ci il tarixli icra sənədinə əsasən cavabdeh Əsədov Aydın Murad oğlundan milli manat ekvivalentində 12.000 ABŞ dolları məbləğində pul tutularaq Əliyev Oqtay Bəndalı oğlunun xeyrinə ödənilməlidir. Icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunaraq borclu Əsədov Aydın Murad oğluna bildiriş göndərilmiş, həmçinin borclu şəxsə icra sənədinin icrası üçün 10 gün vaxt verilmiş, lakin borclu bu günədək borcunu tam ödəməmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əsədov Aydın Murad oğlu, məhkəmə iclasında izahat verərək barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək məhkəməyə bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8608/2014 saylı, 05.01.2015-ci il tarixli icra sənədinə əsasən ondan 12.000 ABŞ dolları məbləğində pul tutularaq Əliyev Oqtay Bəndalı oğlunun xeyrinə ödənilməlidir. O, hazırki vaxtadək borcundan mütəmadi olaraq ödənişlər etmişdir və 12.07.2016 və 02.08.2016-cı il tarixlərdə borcundan 400 manat ödəniş etmişdir. Geri qalan məbləği yaxın vaxtlarda ödəyəcəyini üzərinə öhdəlik götürür. Göstərilənlərə əsasən barəsində olan inzibati xəta haqqında materiala xitam qərarı verilməsini məhkəmədən xahiş etdi.
Iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8608/2014 saylı, 05.01.2015- ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Əsədov Aydın Murad oğlundan 12.000 ABŞ dolları məbləğində pul tutularaq Əliyev Oqtay Bəndalı oğlunun xeyrinə ödənilməlidir.
İş materiallarında olan qəbzlərdən görünür ki, 400 manat məbləğində pul Əsədov Aydın Murad oğlu tərəfindən Əliyev Oqtay Bəndalı oğluna ödənilmişdir.
Məhkəmə iş materiallarına, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, tərəflərin izahatına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş Əsədov Aydın Murad oğlunun əməlində inzibati xəta tərkibinin və təqsirinin olması, sübuta yetirilmir.
Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində göstərilir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi müəyyən edilməmişdir.
Belə ki, o, 12.07.2016-cı il tarixdə və 02.08.2016-ci il tarixdə 400 manat məbləğində pul Əsədov Aydın Murad oğlu tərəfindən Əliyev Oqtay Bəndalı oğluna ödənilmişdir.
Ona görə də məhkəmə hesab edir ki, Əsədov Aydın Murad oğlunun əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta üzrə icraata xitam verilməlidir.
Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
Həmin Məcəlləsinin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan(vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 367, 425, 430-432-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Əsədov Aydın Murad oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.
Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10(on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasutəsi ilə Sumqayıt Apelyasiyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.”
Sumqayıt Şəhər Məhkəməsinin hakimi Ceyhun Məmmədovun belə salmanbəyi qərarı çox təəccüb doğurur. Hüquqşünaslar dünyanın nizam tərəzisini müəyyənləşdirən yunan hüququndan və dünya hüquqşünaslıq elminin cünglərindən araşdırmalar aparsalar da, haqq-ədalət tərəzisinin hakimi Ceyhun Məmmədov tərəfindən belə (nə səbəbə belə qərar qəbul etdiyinin məsuliyyəti onun üzərində qalır.) Absurd qərar qəbul etməsinin səbəbini müvafiq orqanlar Ceyhun Məmmədovdan görəsən soruşacaqlarmı?
Sumqayıt Şəhər Apellyasiya Məhkəməsi özünün 10 oktyabr 2016-cı il tarixli qərarı ilə saxta qərarlar qəbul etmiş hakimi Məmmədov Ceyhun Bəşir oğlunun qərarını ləğv etmişdir.
Apellyasiyanın qərarında oxuyuruq: “Sumqayıt Şəhər Məhkəməsinin (hakim Məmmədov Ceyhun Bəşir oğlu) 02 avqust 2016-cı il tarixli qərarı ilə, Əsədov Aydın Murad oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə inzibati xəta haqqında işin icraatına xitam verilmişdir.
Inzibati xəta haqqında protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 05.01.2015-ci il tarixli icra vərəqsinə əsasən Əsədov Aydın Murad oğlundan 12.000 (on iki min) ABŞ dolları məbləğində pulun tutularaq Əliyev Oqtay Bəndalı oğlunun xeyrinə ödənilməlidir. Iş materiallarında olan qəbzlərdən görünmüşdür ki, borclunun tələbkara olan borcundan yalnız 400 manat ödənilmişdir. Qalan borcun ödənilməsi borcludan tələb olunsa da, borclu borcunu ödəməmişdir və məhkəmə qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir.
Sumqayıt Şəhər Məhkəməsinin 02 avqust 2016-cı il tarixli qərarı ilə A.M.Əsədov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə olan inzibati işin icraatına xitam verilmişdir.
Məhkəmənin qərarından narazı qalan zərərçəkmiş şəxs Əliyev Oqtay Bəndalı oğlu şikayət verərək, Əsədov Aydın Murad oğlu barəsində olan məhkəmə qərarının ləğv edilməsini və A.M.Əsədovun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmasını xahiş etmişdir.
Şikayət bununla əsslandırılmışdır ki, məhkəmənin A.M.Əsədovun barəsində olan qərarı qərəzli və əsassızdır.
Belə ki, Sumqayıt şəhər Məhkəməsi və Sumqayıt şəhəri üzrə icra şöbəsi tərəfindən 12.000 (on iki min) ABŞ dolları pul vəsaitinin borclu, hazırki iş üzrə barəsində inzibati haqqında iş üzrə icraat aparılan şəxs Əsədov Aydın Murad oğlu tərəfindən zərərçəkmiş şəxs Əliyev Oqtay Bəndalı oğluna ödənilməsi barədə qanunvericiliyə uyğun aparılan tədbirlər görülməsinə baxmayaraq heç bir fayda vermədiyindən, Əsədov Aydın Murad oğlu barəsində
inzibati xəta haqqında protokol tərtib edilərək Sumqayıt şəhər Məhkəməsinə göndərilsə də işə məhkəmə hakimlərinin işə qərəzli yanaşması nəticəsində onun da heç bir faydası olmamış və beləliklə də qanuni qüvvəyə minmiş Qətnamənin icrası təmin edilməmiş və barəsində inzibati haqqında iş üzrə icraat aparılan şəxs məsuliyyətdən kənarda saxlanılmışdır.
Eləcə də məhkəmə qərarının icrası ilə əlaqədar borclunun yaşayış yeri məlum olmadığından hazırki iş üzrə inzibati xəta törətməkdə təqsirləndirilən Əsədov Aydın Murad oğlunun barəsində axtarış qərarı qəbul edilərək 19.03.2015-ci il tarixdə tələbkarın ünvanı üzrə Füzuli rayon Polis İdarəsinə göndərilmiş, axtarış işi açılmadan geri qaytarıldığı üçün 30.04.2015-ci il tarixdə borclunun faktiki ünvanı üzrə Səbail rayon Polis İdarəsinə göndərilməsinə baxmayaraq bunun da heç bir nəticəsi olmamışdır. Borclu könüllü olaraq icra sənədini icra edən icra məmurunun tələblərinə və müvafiq icra orqanının axtarışlarına obyektiv yanaşmamış və icra orqanına gəlməmişdir. Bütün bu hərəkətlər fonunda mütəmadi və sistematik olaraq icra sənədinin borclu tərəfindən qanunun tələblərinə uyğun bu günədək icra edilməməsi barədə Respublikanın səlahiyyətli İcra orqanlarına və işə baxmış məhkəmələrə etdiyimiz şikayətlər nəticəsində Sumqayıt şəhər İcra şöbəsinin icra məmuru Qasımov Abusət Sahib oğlu 2(060)-8608/2014 saylı, 05.01.2015-ci il tarixli icra sənədini icra etmədiyinə görə Sumqayıt şəhər Məhkəməsinə borclu Əsədov Aydın Murad oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət üzrə protokol və təqdimat hazırlayaraq icraata başlamış və baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir.
Sumqayıt şəhər Məhkəməsinin (hakim C.Məmmədov) iş 3(006)-1147/2016 saylı, 02 avqust 2016-cı il tarixli qərarı ilə “Azərbaycan Respublikası İXM-nin 357, 360, 362-365, 367, 425, 430-432-ci maddələrinə istinadla “Əsədov Aydın Murad oğlu barəsində Azərbaycan Respublikasının İXM-nin 528-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir.
Şikayətçinin fikrincə hakimin qərarda apardığı şərh, təfsir və tövsüf və yanlış olmuş işin halları ilə uyğun gəlməyən yanlış mülahizələr toplusundan başqa bir şey olmamışdır.
Məhkəmə hakimi öz qərarını əsaslandırarkən guya borclunun 12.07.2016-cı il tarixdə və 02.08.2016-cı il tarixdə 400 manat məbləğində pul ödədiyi haqqında yalan fakta istinad etmişdir. Halbuki tələbkar olaraq bu günədək ona həmin məbləğ ödənilməmiş, işə daxil edilən ödəniş qəbzləri tamamilə saxta olub heç bir halda mövcud olmayan hərəkətlərin məcmusu kimi təqdim olunur ki, bu da məhkəmənin araşdırdığı işin faktiki hallarına, eləcə də hakimin qərar qəbul edərkən istinad etdiyi Azərbaycan Respublikası İXM-nin 8.1, 53.0.2 və 105-ci maddələrinin tətbiq və tövsüf edilməsi tamamilə işin hallarına uyğun deyildir.
Şikayətçinin fikrincə, borclunun hərəkətlərində Sumqayıt şəhər İcra şöbəsinin tərtib etdiyi protokol və təqdimat üzrə Azərbaycan Respublikası İXM-nin 528-ci maddəsinin bütün tələb və tərkibi mövcud olmuşdur və bu məhkəmə hakimi tərəfindən qərəzli olaraq inkar edilmişdir.
Mübahisələndirilən məhkəmə qərarı ilə Əsədov Aydın Murad oğlunun inzibati məsuliyyətdən kənarda saxlanılaraq iş üzrə icraata xitam verilərkən, işin əsl hallarını, baş vermə xüsusatlarını, aparılmış icra işləri nəticəsində borclu, hazırki iş üzrə inzibati xəta törədən Əsədov Aydın Murad oğlunun məqsədli və qərəzli şəkildə icra işindən boyun
qaçırması və məhkəmə qətnaməsini icra etməməsi və beləliklə də icra məmuru tərəfindən bu hərəkətlərə yönələn qanuni təqibi saymaması tam sübuta yetirilməsinə baxmayaraq belə bir inzibati xəta törətmiş şəxsin məhkəmə tərəfindən müdafiə edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə ziddiyyət təşkil edir və işin bu faktiki halını təsdiqləyir.
Şikayətçinin fikrincə başlanmış inzibati iş üzrə ilkin olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əsədov Aydın Murad oğlunun məsuliyyətdən azad olunaraq başlamış inzibati icraatına xitam verilməsinə dair iş 3(060)-1147/2016 saylı, 02 avqust 2016-cı il tarixli Qərar qəbul etmiş məhkəmə hakimi hüquq tətbiqetmədə kobud qanun pozuntularına yol verərək “İcra haqqında Azərbaycan Respublikası qanunun”, Azərbaycan Respublikası MPM-nin bütün tələb və göstərişlərinə zidd mövqe nümayiş etdirərək icra işini aparan icra məmurunun protokol və təqdimatını təmin etməməklə özü-özünü inkar etmək pilləsinə qalxmışdır. Bu o deməkdir ki, icra işi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının təmin edilməsindən onun bütün tələbləri məcburi mahiyyət daşıyır, icra məmuru qanunvericiliyin tələblərinə görə icra işini həyata keçirərkən onun bütün tələbi məcburiyyət yaratdığı halda-borclu bu günədək icra vərəqəsini icra etməkdən yayınmış, icra işi üzrə göstərilən məbləğdən bu günədək 1 (bir) manat da olsun ödəniş hərəkəti yerinə yetirilməmiş, başlanmış icra işində işin icra edilməsinə dair heç bir aktı mövcud deyildir. Bütün hallarda borclu icra məmurunun məcburi tələblərindən yayınmışdır.
Əgər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən icra hərəkəti edilərək ödənilmişdirsə nəticəsi bəlli deyil.
Zərərçəkmiş şəxsin fikrincə qərar qəbul etmiş məhkəmə hakiminin inzibati iş barədə hazırki qərarı mülahizələr əsasında yanlış hüquq tətbiq etməyə söykənərək bilə-bilə yalan qərar çıxarma hərəkətindən başqa bir şey deyildir.
Sumqayıt şəhər Məhkəməsinin Aydın Murad oğlu Əsədov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair 02 avqust 2016-cı il tarixli qərarından zərərçəkmiş O.B.Əliyev tərəfindən verilmiş şikayətin dəlillərini inzibati işin materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib şikayətin təmin edilməsi barədə zərərçəkmiş şəxsin və onun nümayəndəsi Səmədov Rəhman Bəykişi oğlunun çıxışını dinləyib belə hesab edirəm ki, mübahisələndirilən məhkəmə qərarı ləğv edilərək inzibati iş yenidən başqa tərkibdə baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilməli, zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətin məhkəmə qərarının ləğv edilməsi hissəsində təmin edilməlidir.
Belə ki, Sumqayıt şəhər Məhkəməsinin qətnaməsinə və 04 dekabr 2014-cü il tarixli tərtib edilmiş icra vərəqəsinə əsasən cavabdeh Əsədov Aydın Murad oğlundan 12000 (on iki min) ABŞ dolları məbləğində pulun alınaraq iddiaçı Əliyev Oqtay Bəndalı oğluna verilməsi qət edilmiş, Sumqayıt şəhəri üzrə İcra Şöbəsinin icra məmurunun (Abusət Qasımov) 17 fevral 2015-ci il tarixli qərarı ilə 2(060)-8608/2014 saylı 04 dekabr 2014-cü il tarixli sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, 02 avqust 2016-cı il tarixdə icra məmuru tərəfindən Əsədov Aydın Murad oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 528-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokoldan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8608/2014 saylı 04 dekabr 2014-cü il tarixli icra sənədinə əsasən Əsədov Aydın Murad oğlundan 12.000 (on iki min)ABŞ dolları aalınaraq Əliyev Oqtay Bəndalı oğluna verilməlidir. Keçən müddət ərzində borcluya dəfələrlə xəbərdarlıq edilməklə, bildirişlər göndərilməklə icra sənədinin mahiyyəti, həmçinin hüquq və vəzifələri dəfələrlə izah edilməsinə baxmayaraq bu günə kimi borclu tam ödənişi müxtəlif bəhanələrlə icra sənədi üzrə öhdəliyi yerinə yetirməkdən yayınmışdır və borcdan 3500 (üç min beş yüz) manat ödəmişdir.
Eləcə də Apellyasiya Məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən 12 iyul 2016-cı ildə Əsədov Hafiz Murad oğlu tərəfindən 200 (iki yüz) manat, 02 avqust 2016-cı ildə 200 (iki yüz) manat pul “Azərpoçt” vasitəsi ilə zərərçəkmiş şəxs Əliyev Oqtay Bəndalı oğluna göndərilməsi barədə qəbzlər iş materiallarına əlavə olunmasına baxmayaraq məhkəmə iclasında zərərçəkmiş şəxs şikayətə baxılarkən həmin pulun onun ünvanına gəlmədiyini bildirmiş, həmçinin birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxsə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmamış və məhkəmə iclasında zərərçəkmiş şəxsin iştirakı təmin edilməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 62-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxsin hüquqları barədə müddəanın tələbləri kobud şəkildə pozulmuş məhkəmənin iş üzrə gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır.
Azərbaycan Respublikası İXM-nin 135.1, 135.1.2-ci maddələrinə əsasən hakimin səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamsı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır.
Odur ki, iş üzrə zərərçəkmiş şəxs O.B.Əliyev tərəfindən verilmiş şikayətin Sumqayıt şəhər Məhkəməsinin Aydın Murad oğlu Əsədov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair 02 avqust 2016-cı il tarixli qərarının ləğv edilməsinə dair hissəsində təmin edilməli, iş yenidən başqa tərkibdə baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilməlidir.
Göstərilənlərə əsasən Azərbaycan Respublikası İXM-nin 133, 134, 134.1.4, 135.1, 135.1.2, 136-cı maddələrini rəhbər tutaraq
Q Ə R A R
Sumqayıt Şəhər Məhkəməsinin Aydın Murad oğlu Əsədovun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair 02 avqust 2016-cı il tarixli qərarı ləğv edilsin.
İş başqa tərkibdə yenidən baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilsin.
Zərəçəkmiş şəxs Əliyev Oqtay Bəndalı oğlu tərəfindən verilmiş şikayət mübahisələndirilən məhkəmə qərarının ləğv edilməsi hissəsində qismən təmin edilsin, şikayət qala hissədə təmin edilmədən saxlanılsın.
Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir.”
Sumqayıt Şəhər Məhkəmsində bu araşdırma yenidən start götürmüşdür. Lakin dəladuzu yaxlandığı vaxtda cəzalandırmayan hakimlərin günahı ucbatından indi Əsədov Aydın Murad oğlunun Rusiyanın gözəl şəhərlərində gəzib-dolaşır. Onun nə zaman haqq-ədalət divanına tapılıb-gətiriləcəyi müşkülə dönüb. Qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin (Hakim-sədr, möhtərəm, İ.Mahmudov) iş 2(060)-8608/14 saylı, 04.12.2014-cü il tarixli) Qətnaməsinin icrasının pozulmasında qulluq mövqeyindən sui-istifadə yolu ilə vəzifə saxtakarlığı törətmiş hakim İlyas Mahmudov və Ceyhun Məmmədovun, eləcə də Sumqayıt şəhəri üzrə İcra məmuru Qasımov Abusət Sahib oğlunun və belə-belə işlərlə xalqın başını girləyən şəxslərin işinin araşdırılması üçün xüsusi komissiya yaradılması və bu məqsədlə Ədliyyə Nazirliyi və Məhkəmə- Hüquq Şurasının qəti qərar verməsi, işi nəzarətə götürməsi zərurəti yaranmışdır. Çünki belə hallar təkcə bir neçə nəfərin tələbi, müraciəti ilə bağlı deyildir. Bəzi hakimlərin kütləvi hal almış belə qanunun aliliyini pozan hərəkətləri cəmiyyətdə haqlı olaraq narazılıqlar doğurur.
Belə qənaətə gəlirik ki, qeyri-qanuni qərarlar qəbul edən hakimlərin dövlətçiliyimizə, qanunçuluğumuza, insanların mənafeyinə və mənəviyyatına vurduqları ziyanın mahiyyətini dərk edərək saxtakarlıqla müntəzəm məşğul olan hakimlərin barəsində ciddi araşdırmalar aparılıb tədbirlər görülməsi çox vacibdir. Çünki qulluq mövqeyində dayanmış, dövlət adında qərarlar qəbul edən hakimlərin cəmiyyətimizə vurduqları ziyanın mahiyyətini heç nə ilə əvəzləşdirmək olmaz. Yəqin ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şürası bu cəhətləri ciddi nəzərə alacaqdır.
Oqtay Əliyev
yazıçı-jurnalist

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024