Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (6-05-2017, 16:59)
İcra başçısından şikayət var

Qazax rayonunda baş alıb gedən özbaşınalıqla bağlı Qazax rayon sakini Tərlan Məhərrəmova mətbuat vasitəsilə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına və 1-ci Vitse Prezident Mehriban xanım Əliyevaya müraciət etmişdir.Müraciəti olduğu kimi təqdim edirik.

 

Hörmətli cənab Prezident, hörmətli 1-ci Vitse Prezident!

 

Xahiş edirəm məni və qızım Samirəni Rəcəb Babaşovun əlindən xilas edin. Rəcəb Babaşov bizimlə düşmənçilik aparır. Bizdən nə istəyir bilmirik. Bizə kömək edin Cənab Prezident!

 

Biz qaçqın ailəsiyik. Əslimiz kökümüz Qazaxın Bağanıs Ayrım kəndindəndir. Oğlum Məhərrəmov Sərxan Vaqif oğlunu hərbiçi kimi vətənə vermişəm. Qazaxın Cəfərli kəndində düşmənin qaynar təmas xəttində ölkəmizi qoruyur. Mənim atamda Böyük Vətən müharibəsinin veteranı olub. Özüm doğum evində işləyirəm. Yoldaşım Məhərrəmov Vaqif yataq xəstəsidir.  

 

Qızım Məhərrəmova Samirə Vaqif qızının himayəsində 3 oğlan uşağı var. Cəbhədə olan oğlumun uşağınıda qızım Samirə saxlayır. Mənim qızım dövlətimizə və Ali Baş Komandanımız Hörmətli İlham Əliyev cənablarına 3 əsgər böyüdür. Qızım Samirə 5 aydır ki Qazaxda yerləşən müəssisələrin birində işləyirdi. Bir neçə gün bundan əvvəl İcra Başcısı Babaşov Rəcəb qızımın iş yerinə gedib və orada qızımı başqa şəxslərin yanında (ifadəmə görə üzr istəyirəm) əxlaqsız adlandırıb sonrada həmin obyekti mənim qızıma görə bağladıram deyib. Bunu mən eşidəndə təzyiqim qalxdı huşumu itirdim özümdən getdim. Təcili yardım çağırtdırıb mənə ilkin tibbi yardım göstərildi. Hələdə özümdə deyiləm. Rəcəb Babaşov nəyə görə məni və qızımı  bütün rayonda təhqir etməlidir? Ona bu ixtiyarı bu səlahiyyəti kim verib? Mənim 58 yaşım var bizim rayona hələ belə rəhbər gəlməyib. Rayonda onun təhqir etmədiyi adam qalmayıb. Hər kəs bu başcının əməllərindən danışır.

 

Bu gün bizə icra hakimiyyətindən məktub gəlib ki 3 günə artırma söküləcək. Halbu ki həmin artırmaya Rəcəb Babaşov şəxsən özü icazə vermişdi. Hətta biz buna görə Rəcəb Babaşova minnətdarlıq məktubuda yazmışıq. İndi isə ondan Adminstrasiya şikayət etdiyimiz üçün həmin artırmanı sökdürmək istəyir.

 

Hörmətli cənab Prezident, hörmətli 1-ci Vitse Prezident!

Xahiş edirəm Rəcəb Babaşovun əməllərinə son qoyun. Onu durdurun. Qazaxlılara kömək edin. Siz həmişə məmurlara tapşırıq verirsiniz ki əhalini dolandırın nəzakətlə davranın. Amma Rəcəb Babaşov kimiləri Sizin dediklərinizin əksinə gedir. Rayon rəhbəridə qadına belə ağır söz deyərmi Cənab Prezident?  Mənim bu çağırışımı bir ananın və bir Azərbaycan qadınının fəryadı kimi qəbul edin. Mənim qızım uşaqlarını nəylə dolandırsın? İşlək bir müəssisəni bağlatmağın hansı məntiqə sığışdırmaq olar. Onsuz da bir əsgər ailəsi  kimi narahatcılıq icində yaşayırıq. Cünki övladımız düsmənlə üz- üzə dayanıb. Mənim dərdim onsuz da özumə bəsdi digər tərəfdən də rayon rəhbəri tərəfindən  qızımın təhqir olunması və cörəyinin kəsilməsi.

 

Rəcəb Babaşov niyə qadınlarla prinsip aparıb düşmənçilik edir? Biz kimə müraciət edək haraya gedək? Rəcəb Babaşov görünür heç Prezidentdən və 1-ci Vitse Prezidentdəndən və Adminstrasiyadan belə çəkinmir qorxmur. Biz nə edək bilmirik? Bizə xahiş edirik kömək edin. Xahiş edirik.

 

 

Hörmətlə Məhərrəmova Tərlan İsəxan qızı. Tarix 06.05.2017. Tel 055 318 63 41

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024