Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (28-04-2017, 15:16)
İki dövlət qurumu bir-birini təkzib edir?!:ali təhsillə bağlı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsləhətçisi ali təhsili harada və necə alıb?

Mediatv.az: Mikayıl Cabbarov təhsil naziri kimi fəaliyyətinin ilk günlərindən saxta diplom məsələsini gündəmə gətirdi və bugün də mövzu aktual olaraq qalmaqdadır. Saxta diplomlulara yazlnız təhsil sahəsində təsadüf olunmasını demək isə yumşaq desək sadəlöhvlük olardı.  Ötən illərdə məlum oldu ki, saxta diplomlu “qəhrəmanlar” təhsil və səhiyyə sahəsi ilə bərabər digər dövlət strukturlarına da soxula biliblər. Təəssüf ki, bu problem hələ də aktuallığını qorumaqdadır...

Bu istiqamətdə yenixeber.org-a daha bir məlumat daxil olub. Ötən ayın əvvəlində Ağdam rayonundan redaksiyamıza daxil olan məlumatda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsinin Pensiya Sektorunun məsləhətçisi Xəqani Nazim oğlu Ələsgovun ali təhsili ilə bağlı şübhəli detallar yer alır... Məlumatı dərc etməzdən əvvəl, məlum qayda və prinsiplərə uyğun olaraq aidiyyatı qurumlarla dəqiqləşdirmək qərarına gəldik. Bunun üçün də  07 mart 2017-ci ildə №-08/017 məktubla Dövlət İmtahan Mərkəzinə müraciət etdik. Dövlət İmtaham Mərkəzinindən 29.03.2017-ci il tarixli, 09/332 nömrəli cavab məktubunda bildirilir ki, “17 aprel 1979-cu il təvəllüdlü Xəqani Nazim oğlu Ələsgərov 1995/1996-cı tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində qəbul imtihanında iştirak etmiş, heç bir təhsil müəssisəsinə qəbul olunmamış və bu şəxs barədə TQDK tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir”.

İki dövlət qurumu bir-birini təkzib edir?!:

Bu cavabdan sonra növbəti sorğunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Səlim Müslümova ünvanladıq. Nazirlikdən 19 aprel 2017-ci il tarixdə №17030021455 aldığımız cavab məktubunda yazılır: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsinin Pensiya sektorunun məsləhətçisi Xəqani Nazim oğlu Ələsgərov San-Marino Beynəlxalq Elmlər Akademiyası Akademik Mərkəzinin Azərbaycan filialında Hüquqşünaslıq ali peşə istiqamətinin Hüquqşünaslıq ixtisası üzrə təhsil almış və hal hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakultəsinin IV kurs tələbəsidir. Ali təhsil haqqında diplomun surəti və müvafiq sənədlər təqdim olunur”.

 Göründüyü kimi bir məsələyə iki dövlət qurumu fərqli cavablar verir. Belə demək mümkünsə nəinki fərqli, tam bir-birini təkzibedici cavablar. Bu faktorun özü də Xəqani Ələsgovun ali təhsilinə yütərincə şübhələr doğurur. Maraqlıdr ki, hazırda dövlət quluqçusu olan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsinin Pensiya Sektorunun məsləhətçisi Xəqani Ələsgov sonradan qanuni yolla ali təhsil almaq niyyətinə düşmüş və başqa yolla ali təhsil diplomu almağa cəhd edir. Bu işdə isə ona fəaliyyəti məlum San-Marino Beynəlxalq Elmlər Akademiyası Akademik Mərkəzinin Azərbaycan filialının diplomu yardımçı olur. Bu diplomla da hazırkı iş yerinə qəbul olunur. İndi isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının inzibati idarəetmə fakultəsinin 4-cü kursunda təhsil alır. Qarşıdakı günlərdə bu məsələyə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rəhbərliyinin də mövqeyini öyrənməyə çalışacağıq.

Qarşı tərəf olaraq Xəqani Ələsgərovla telefon əlaqəsi yarada bilsək də, ətraflı məlumat ala bilmədik.

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024