Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (7-03-2016, 12:13)
Gənc hakimə saxta diplomu Misir Mərdanov verib: FAKT+FAKT

Gənc hakimə saxta diplomu Misir Mərdanov verib: FAKT+FAKT

 

 

Xeberinfo.com daha bir saxtakarlığı aşkarladı

Suraxanı Rayon Məhkəməsinin hakimi Həsənov Ramil Yaqub oğlunun ali təhsilinin şübhə doğurması ilə bağlı  məlumat vermişdik. “Gənc hakimin diplomu saxta çıxdı?!” sərlövhəli yazımızda Ramil Həsənovun fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetindən aldığı hüquqşünas diplomundan və bu istiqamətdə əldə etdiyimiz digər məlumatlardan yazmışdıq.

Bu hüquqşünas diplomu ilə bağlı şübhələri əsaslandıran başlıca faktor isəTələbə Qəbuli üzrə Dövlət Komissiyasından sorğumuza verilən 04/73№-li 26.01.2016-cı il tarixli cavab idi: “22.05.1978-ci il təvəllüdlü Həsənov Ramil Yaqub oğlu 1995/1996-cı tədrsi ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən alı təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulla bağlı keçirilmiş test imtahanında iştirak etmiş və heç bir təhsil müəssisəsinə qəbul olunmamışdır”.

Cavab məktubunda daha sonra qeyd olunur ki, “Əlavə olaraq bildiririk ki, R.Y. Həsənovun hər hansı bir alı və ya orta ixtisas təhsil müəssisəsini bitirməsi haqqında “Tələbə-Məzun” dövlət elektron məlumat sistemində heç bir məlumat mövcud deyil”.

Bu yazıdan sonra da biz bir neçə aidiyyatı dövlət strukturlarına sorğular ünvanladıq. Aldığımız cavablar sırasında isə xüsusi ilə diqqət çəkəni Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova yazdığımız məktubun cavabı oldu. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasından aldlğımız 1/S-35/2 №-li cavabda deyilir: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Ramil Həsənovla bağlı Ədliyyə Nazirliyindən Məhkəmə-Hüquq Şurasına daxil olmuş 03. 02. 2016-cı il tarixli müraciətinizə baxilmışdır.

Müəyyən edilmişdir ki, Azərbaycan Beynəlxalq Universiteti tərəfindən R. Həsənovun adına yazılmış A seriyalı 025771№-li diplomun blankı 1999-cu ildə Təhsil Nazirliyi tərəfindən həmin təhsil müəssisəsinə  verilmiş dövlət nümunəli sənəddir.

Göründüyü kimi, hörmətli gənc hakimin diplomunun saxtakarlığı ilə bağlı şübhələr inkar olunmur. Ölkədə tələbə qəbulu siyasətini həyata keçirən TQDK rəsmən bildirir ki, belə bir şəxs heç bir ali təhsil məktəbinə qəbul olmayıb, ölkənin təhsil siyasətini həyata keçirən Təhsil Nazirliyi isə belə bir şəxsə rəsmən diplom verir. İndi necə başa düşək-hansı dövlət təşkilatı haqlıdır, hansı haqsızdır? Ortada hansısa maraq olubmu? Olubsa kimlərin və hansı maraqları?

Həmin dövrdə-1999-cu ildə təhsil naziri vəzifəsini Misir Mərdanov icra edirdi. Mətbuatdan da bəlli olduğu kimi, saxta diplomların verilməsi daha şox məhz sabiq nazirin fəaliyyəti dövrünə təsadüf edir. Gənc hakim Ramil Həsənovun hüquqşünas diplomu kimi...

Biz xeberinfo.com olaraq bura qədər araşdırıb, yaza bilərdik ki, bunu da etdik. İndi söz aidiyyatı dövlət strukturlarının və səlahiyyətli şəxslərindir.

Mövzu diqqətimizdədir.

 

Xeberinfo.com

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024