Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (26-04-2017, 10:19)
Qüdrət Qurbanovun milyonluq korrupsiyaları

Son zamanlar Dövlət Dəniz Administrasiyasının fəalyyəti ilə bağlı mediada çoxsaylı məlumatlar dərc edilir. Verilən məlumatlarda DDA-nın ölkənin ən korrupsiyalaşmış qurumlarəndan biri olduğu bildirilir. Xüsusilə Admnistrasiyanın rəhbəri Qüdrət Qurbanovun milyonlarla manat vəsaiti necə “dənizdə batırması” haqqında ilginc informasiyalar verilir.
Kiçik ləpələr böyük dalğalara çevrilir
Rubrika.az saytına verilən xəbərə görə DDA-da hökm sürən ab-hava artıq hamının səbrini daşırıb. Hər şeyin pulla ölçüldüyü Admnistrasiyada rüşvətxorluq və korrupsiya tüğyan edir.
Q. Qurbanovun medya və geniş ictimaiyyət üçün qapalı quruma çevirdiyi DDA-da baş verənlər artıq kiçik ləpələrin böyük dalğalara çevrilməsinə səbəb olub. Dənizçilər bu şəraitdə işləməyin qeyri mümkünlüyünü bildirirlər. Az qala qazandıqlarının böyük qismi rüşvət şəklində əllərindən alınan dənizçilər ölkə rəhbərliyindən kömək istəyirlər.Rubrika.az-a verilən məlumatlara görə sertifikatların verilməsi, dənizçilər üçün bildirişlər, qəza araşdırma hesabatları, gəmi standartlarına nəzarət sektoru, limanlarla iş üzrə sektor, gəmi qeydiyyatı və sənədləri sektorunda rüşvət əsas iş prinsipinə çevrilib.
Dənizçilər dənizə çıxmaq üçün Dövlət Dəniz Administrasiyasından sertifikat almalıdır. Əslində bu sertifikatlara görə heç bir ödəniş tələb olunmur. Amma Qüdrət Qurbanovun qurduğu sistem dənizçilərin cibinin soyulmasına çevirilir. Rubrika.az-a verilən məlumatlara görə, administrasiyasa rəhbərliyi sertifikatları dənizçilərə 120-150 manata satır. Bu məbləği ödəməyənlər isə təbii olaraq dənizə buraxılmır. İşsiz qalmaqdan qorxan dənizçilər məcburiyyət qarşısında qalaraq həmin məbləği ödəməli olurlar.
Qüdrət Qurbanov və adamları sertifikatla yanaşı, diplom alveri ilə də məşğul olur. Administrasiya rəhbərliyi matros diplomunu 2500-3000, bosman diplomunu 4000-5000 manata satır. Üstəlik bu diplomların dəyişdirilməsi zamanı da dənizçilərdən müəyyən məbləğ alınır.
Dənizçilər ağır şərtlər altında qazandıqları pulun müxtəlif yollarla əllərindən alınmasından narazıdırlar. Rüşvətxorluq və korrupsiya Dövlət Dəniz Admnistrasiyasını sözün həqiqi mənasında “batırır” .
DDA-nın rəhbərinin adı uzun müddətdir ki, Qəmbər Səfərov adlı vətəndaşa məxsus olan “Yunıy moryak” gəmisinin oğurlanmasında çəkilir. Rubrika.az-a verilən məlumata görə hətta məhkəmə sənədlərində təsdiq edilmişdi ki, DDA heç bir hüquqi əsas olmadan və müvafiq sənəd təqdim edilmədən qanunsuz olaraq gəminin qeydiyyatını rəsmiləşdirib və başqa birinə mülkiyyət haqqında sənəd verib.
Bu dəfə işarəni dənizdən gözləməyə ehtiyac qalmayacaq
Daxil olan məlumata görə DDA-nın rəhbəri Q. Qurbanovun fəaliyyətindən artan çoxsaylı şikayətlər artıq müvafiq dövlət qurumlarını hərəkətə keçirib. Deyəsən bu dəfə işarəni dənizdən gözləməyə ehtiyac qalmayacaq
шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024