Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (9-04-2017, 18:25)
Heç bir müharibədə məğlub olmayan TÜRK SƏRKƏRDƏSİ

Əksər döyüşçülər oxun yayını kürəcik sümüyünə kimi dartıqları zaman, Teymur yayı qulağına kimi gətirə bilirdi

O, 9 aprel 1336-cı ildə, Mərkəzi Asiyada Keş (hal-hazırda Şaxrisabz, Özbəkistan) şəhərinin yaxınlığındakı Hoca-İlqar kəndində dünyaya gəlib. Uşaqlıq və gənclik illəri Keş dağlarında keçib. Gənc olarkən ov etməyi, at yarışlarını, nizə tullamağı və ox atmağı çox sevirdi.  Söhbət böyük türk sərkərdəsi, fatehi Əmir Teymurdan gedir. Onun barəsində mənbələrdə olan ilk məlumatlar 1361-ci ildən etibarən siyasi fəalliyyətə başlaması ilə meydana gəlib. Teymurun siyasi fəaliyyətinin başlanğıcı Çingiz xanın fəaliyyətinə bənzəyir: onlar şəxsən özləri ardıcılları tərəfindən təşkil olunmuş dəstələrin başçıları idilər, hansılar ki, sonralar da onların hərbi qüdrətində əsas təməl rolunu oynayıblar. Teymur Çingiz xan kimi şəxsən bütün hərbi qüvvə təşkilatlarının təfərrüatları ilə maraqlanırdı, rəqib və onların torpaqları barədə ətraflı məlumatlar toplayırdı, öz ordusunda yüksək olan şəxsi nüfuza malik idi və tamamilə öz silahdaşlarına güvənirdi.
Teymur başlıca olaraq özünün doğma şəhəri Mavərənnəhrin çiçəklənməsi və paytaxt Səmərqəndin şöhrətlənməsi üçün böyük qayğı göstərirdi. Teymur ələ keçirdiyi bütün ölkələrdən ustaları, memarları, zərgərləri və inşaatçıları imperiyasının paytaxtı Səmərqənd, atasının vətəni Keş (Şaxrisabz), Buxara və sərhədyanı şəhər Türkistanı yenidən qurmaq üçün sözügedən yerlərə göndərirdi.
M.M.Gerasimov tərəfindən Əmiri-Gur məqbərəsinin açılmasından sonra Teymura aid edilən skeletin tədqiq edilməsi zamanı onun boyunun 172 sm olması aşkarlanıb. Teymur çox güclü idi. O, fiziki cəhətdən xeyli inkişaf etmişdi. Onun müasirləri belə yazırdılar: “Əksər döyüşçülər oxun yayını kürəcik sümüyünə kimi dartıqları zaman, Teymur yayı qulağına kimi gətirə bilirdi”. Teymurun saçları eyni qəbilədən olan qohumları kimi açıq rəngli idi. Teymurun yaşının çox olmasına baxmayaraq (69 yaş) onun kəllə sümüyü və skeletində açıq nəzərə çarpan qocalıq cizgiləri yox idi. Əmir Teymur 18 Fevral 1405 tarixində, Çinə səfərə gedərkən Otrarda 69 yaşında öldü. Ölüm səbəbi qulunc idi. Səmərqəndə gətirilərək nəvəsi Xəlil Sultan tərəfindən, daha əvvəl ölmüş olan nəvəsi Məhəmməd Sultanın Ruh Abâd yaxınlarındakı mədrəsəsinə dəfn edildi. Dünya tarixinə heç bir böyük müharibədə məğlub olmamış yeganə hökmdar kimi düşdü Teymur. Banisi olduğu Teymurilər dövləti, onun ölümündən sonra zəifləməyə doğru getdi və sonradan süquta uğradı.

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024