Problem (1-12-2014, 14:56)
Müğənni Elton: “Bədxərc insanam“
Müğənni Elton Hüseynəliyev 10 il əvvəlki həyatını xatırlayıb
Mediataz-ın məlumatına görə, sənətçi “Onlar” verilişinə açıqlamasında pulsuz vaxtlarında ona əməkdar artist Teymur Əmrahın kömək olduğunu deyib:
“Azəri star”dan sonra Ayaz Qasımovla birlikdə Teymur Əmrahın dərslərinə gedirdik. Üstümüzdə ancaq metro “jeton”u olurdu. Dönər və ayran alırdıq, yarı bölüb yeyirdik. Teymur müəllim həmişə soruşurdu ki, pulun var? “Var” deyəndə məcbur edirdi ki, çıxart göstər. Olmayanda bizə pul verirdi. Vaxt gəldi biz də böyüdük, onun maddi borcunu qaytardıq. Mənəvi borcunu qaytara bilmərik. Uşaqlıq arzuları insanı bir yerə gətirib çıxarır. On ildir səhnədəyəm, indi xoşbəxtəm. Çalışaq, sadə olaq. Bu gün başıyuxarı gəzməyimizin səbəbi xalqımızdır. 32 yaşım olacaq, başa düşürəm ki, böyümüşəm, ailəcanlıyam, niyyətini tutub ona doğru gedən kişiyəm”.
E.Hüseynəliyev prodüser Tolikin ona bağışladığı pul qabından da danışıb:
“Əli o qədər yüngüldür ki, cüzdanımdan pul əskik olmur. Bədxərc insanam. Son vaxtlar özümü “yığışdırmışam”. Pulu qazandığımdan çox xərcləyirdim. İndi başa düşürəm ki, bədxərclik olmaz. Üstümdə çox pul gəzdirməyi sevmirəm. Amma müəyyən məbləğ olur ki, birdən başıma nəsə gələr”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025